Дырнаг вә тире ишарәләри фәрглидир, һамысы ејни формаја салынсын



Yüklə 1,76 Mb.
Pdf görüntüsü
səhifə3/78
tarix22.01.2022
ölçüsü1,76 Mb.
#83040
1   2   3   4   5   6   7   8   9   ...   78
Allahdan-nur-almış-insan

Ən yaxşı dəlil 
Şəhidin anası 
Bizim kəndimizdə yalnız bir məktəb vardı, o da ibtidai 
məktəb  idi.  O  zaman  Əbdülhüseyn  dördüncü  sinifdə 
oxuyurdu.  Həm  də  işləməsinə  baxmayaraq,  qiymətləri 
həmişə  yaxşı  idi.  Bir  gün  məktəbdən  evə  qayıdan  kimi 
dedi: «İcazə verin sabahdan məktəbə getməyim». 
Atası  ilə  mən  bir-birimizin  üzünə  baxdıq.  O,  hətta  bir 
dəfə  də  belə  bir  istəkdə  olmamışdı.  Atası  dedi:  «Axı  sən 
məktəbi sevirdin, nə üçün getmək istəmirsən?» 
Nəsə  demək  istədi,  amma  boğazını  qəhər  tutdu.  Sonra 
kövrək  halda  dedi:  «Ata,  sabahdan  sənin  üçün  əkinçilik 
edərəm,  yer  suvararam,  nə  desən,  edərəm,  amma  daha 
məktəbə getməyəcəyəm». 
Bunu deyib ağlamağa başladı. Bildik ki, nəsə bir hadisə 
baş verib, amma nə qədər israr etdiksə, heç nə demədi. 
Ertəsi  gün  gördük  ki,  həqiqətən  də  məktəbə  getmək 
istəmir.  Atası  razılaşmayaraq  deyirdi  ki,  ya  məktəbə 
getməlisən, ya da nə baş verdiyini deməlisən. 
Sonda razılaşıb dedi: «Axı deməyə utanıram». 
Dedim ki, ana qurban, mənə de. 


 

Başını  aşağı  salıb  lal-dinməz  durmuşdu.  Əlini  tutub 
başqa  bir  otağa  apardım,  bir  qədər  əzizlədim.  Ağlaya-
ağlaya dedi: «Ana, o məktəb artıq murdarlanıb». 
Təəccüblə soruşdum: «Nə üçün, oğlum?» 
Qəzəblə müəlliminin adını çəkib dedi: «Dünən o köpək 
oğlunu bir qızla gördüm...» 
Utandığından  sözünü  bitirə  bilmədi,  daha  da  ucadan 
ağlayıb  dedi:  «O  məktəb  murdarlanıb,  mən  daha 
getməyəcəyəm». 
Həmin ibtidai məktəbdə yalnız bir müəllim vardı. Onun 
şah  tərəfdarı  olduğunu  bilirdik,  amma  bu  işlərindən 
xəbərimiz yox idi. 
Məsələni  atasına  danışdım.  Əbdülhüseyn  bizə  bir  dəfə 
də  yalan  söyləməmişdi.  Bu  səbəbdən  atası  dedi:  «İndi  ki 
belədir, heç özüm də onun məktəbə getməsini istəmirəm». 
Kəndimizdə  dini  mədrəsə  də  vardı.  Ertəsi  gündən  onu 
həmin mədrəsəyə Quran öyrənməyə göndərdik. 
Bu hadisə təxminən 1954-cü ilə aiddir. 

Yüklə 1,76 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə