Дырнаг вә тире ишарәләри фәрглидир, һамысы ејни формаја салынсын



Yüklə 1,76 Mb.
Pdf görüntüsü
səhifə6/78
tarix22.01.2022
ölçüsü1,76 Mb.
#83040
1   2   3   4   5   6   7   8   9   ...   78
Allahdan-nur-almış-insan

Gənclərə nəsihət 
Höccətülislam Məhəmmədrza Rzayi 
16-17 yaşım olardı. Bir gün əkin sahəmizdə çalışırdım. 
Onun  ixlası və saflığı  haqda  çox  eşitmişdim.   Bilirdim 
ki, kənd camaatı da onu sevir. Hərbi xidmətdən qayıdanda 
onu  təntənə  ilə  qarşılamışdılar.  Toyunda  da  hamı  əlindən 
gələni etmişdi. 
Bunlardan  xəbərdar  idim,  amma  hələ  onunla  yaxından 
həmsöhbət  olmamışdım.  Belə  bir  imkanın  yaranmasını 
çox  istəyirdim.  Bəlkə  elə  buna  görə  də,  həmin  gün  məni 
çağıranda sevincimdən uçmaq istədim. Əlini qaldırıb işarə 
ilə məni yanına çağırdı. 
Özümü  ona  necə  çatdırdığımı  bilmədim.  Salam  verdi. 
Özümü  itirib  birtəhər  cavabını  verdim.  Əlindəki  beli 
kənara  qoydu.  Deyəsən,  istirahət  vaxtı  idi.  Orada  yerdə 
oturduq.  Beynimdə  min  cür  sual  yaranmışdı,  öz-özümə 
deyirdim  ki,  görəsən,  mənimlə  nə  işi  var.  Nəhayət, 
danışmağa başladı. Dindən, dinə sədaqətdən, mübarizədən 
və  inqilabçılıqdan  danışdı,  sonra  mənə  nəsihət  verməyə 
başladı.  Özü  gənc  olsa  da,  mehriban  və  xeyirxah  bir  ata 
kimi  nələrdən  ehtiyatlı  olmağımı,  hansı  işləri  görməli  və 
hansı işlərə əsla yaxınlaşmamalı olduğumu deyirdi. O, bu 
yaxşılığı yalnız mənə etməmişdi, kənd camaatından uyğun 
gördüyü hər bir adamla belə söhbətlər edirdi. 
Elə  güclü,  mənəvi  enerji  ilə  danışırdı  ki,  zamanın 
ötdüyünü  hiss  etmirdim.  Sözləri  bitəndən  sonra  özümə 
gəlib anladım ki, bir-iki saatdır orada oturmuşam. 
Söhbətdən sonra yenidən beli götürüb işləməyə başladı. 
Onun  yanında  daha  çox  qalmaq  istəyirdim,  amma 
narahat  edə  biləcəyimi  düşünüb  qalmadım.  Sağollaşıb 
getdim. Və gedəndə ona hörmətim daha da artmışdı. 


 
26 

Yüklə 1,76 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə