Дырнаг вә тире ишарәләри фәрглидир, һамысы ејни формаја салынсын



Yüklə 1,76 Mb.
Pdf görüntüsü
səhifə5/78
tarix22.01.2022
ölçüsü1,76 Mb.
#83040
1   2   3   4   5   6   7   8   9   ...   78
Allahdan-nur-almış-insan

Burunsinin nakam Fat
iməsi və bir gecənin 
sirri 
Məsumə Səbukxiz (həyat yoldaşı) 
1968-ci  il  idi.  İzdivacımızın  ilk  günləri,  özünəməxsus 
şirin  çağlar  idi.  Müştərək  həyatımızdan  zaman  ötdükdə 
onun  əxlaq  və  xarakterləri  ilə  tanışlığım  artırdı.  Onun  nə 
üçün  mənimlə  ailə  qurduğunu  yavaş-yavaş  anlayırdım: 
atam ruhani idi və o da dindar bir ailə axtarırmış. 
O zaman kənddə əkinçilik edirdi. Özünün heç bir metr 
torpağı  da  yox  idi,  başqaları  üçün  işləyirdi.  Zəhmətlə 
qazandığına çox razı idi. 
Onda həzrət İmam Xomeyninin şəriət risaləsi vardı. Bu 
risalə  mənim  gördüklərimdən  fərqli  idi,  üzərində  imamın 
şəkli vardı. Tutsaydılar, onu ağır cəza gözləyirdi. 
Atamda  imamın  bir  neçə  kitabı  vardı,  onları  ancaq 
etibarlı adamlara oxumağa verirdi. İnqilabi yönümdə digər 
işlər  də  görürdü.  Sanki  bunları  Allah  Əbdülhüseyn  üçün 
hazırlamışdı. Gecələr evə gələndə atam ona risalə oxuyur, 
imamın  digər  kitablarından  danışırdı.  Bir  dərs  kimi  idi. 
Bu,  onun  birgünlük  işinin  yorğunluğunu  çıxarırdı.  Necə 
həvəslə dinlədiyi baxışından bilinirdi. 
Çox  tez  bir  zamanda  mübarizəyə  qoşuldu.  Çox 
qorxmaz  idi,  bu  işlərdən  ötrü  heç  nədən  çəkinmirdi.  Bir 
dəfə  kəndimizə  bir  ruhani  gəlmişdi,  məsciddə  şah  rejimi 
əleyhinə  söhbət  edirdi.  Gecə  Əbdülhüseyn  onu  evimizə 
gətirdi. Sonralar belə işləri çoxaldı. 
Məncə, əsas mübarizəsi torpaq bölgüsü zamanı başladı. 


 
14 
Onda  uşağımız  olmuşdu,  adını  Həsən  qoymuşdu. 
Bəziləri torpaq bölgüsünə çox sevinirdilər. O isə əvvəldən 
narahat  idi,  üzü  gülmürdü.  Mən  heç  nə  başa  düşmürdüm, 
öz-özümə deyirdim ki, kəndlilərə torpaq verdiklərinə görə 
narahat olarlarmı?! 
Digərlərinin  sevindiyini  görəndə  marağım  daha  da 
artdı.  Bir  dəfə  ona  dedim:  «Nə  üçün  bəziləri  sevinirlər, 
sənsə narahatsan?» 
Üzünü turşutdu. Açıq cavab vermədi, yalnız bunu dedi: 
«Hər şeyi korlayacaqlar. Hər şeyi murdarlamaq istəyirlər». 
Nəhayət,  torpaq  bölgüsü  söhbətləri  bitdi.  Bir  gün  bir 
neçə  dövlət  məmuru  kəndimizə  gəlib  bütün  əhalini 
məscidə  topladı.  Bir-bir  evləri  gəzib  kişiləri  çağırırdılar. 
Zorla aparmırdılar, məscidə dəvət edirdilər. Həmin əsnada 
birdən  Əbdülhüseyn  peyda  oldu.  Həyəcanlı  idi.  Anbara 
getdi,  mən  də  ardınca.  Gizlənmək  istədiyini  görüb 
təəccübləndim.  Bir  yerdə  daldalanıb  dedi  ki,  gəlsələr, 
deyin evdə yoxam. 
- Deyim ki, yoxsan?! 
– Hə, de ki, yoxam. Harada olduğumu soruşsalar, de ki, 
bilmirəm. 
Bir  neçə  gün  idi  hirsli  idim,  orada  isə  daha  özümdən 
çıxdım. 
-  Axı  bu  nə  deməkdir?!  Hamı  torpaq  almaq,  əkib-
becərmək istəyir, sənsə gizlənirsən? 
Cavab  vermədi.  Qaranlıqda  üzünü  də  görmürdüm, 
ancaq narahat olduğunu bilirdim. Bayıra çıxdım. Bir qədər 
sonra  qapı  döyüldü.  Onu  axtarırdılar.  Dedim  ki,  evdə 
yoxdur. Getdilər. 
Bir  neçə  dəqiqədən  sonra  kəndin  böyükləri  gəldilər, 
onları da yola saldım. Həmin gün bizi rahat buraxmadılar. 
Üç-dörd dəfə də məsciddən gəldilər, dedim ki, evdə deyil. 


 
15 
Harada 
olduğunu  soruşur,  mən  də  bilmədiyimi 
söyləyirdim. 
İşləri  bitənə  qədər  Əbdülhüseyn  kənddə  görünmədi. 
Nəhayət,  bütün  torpaqları  böldülər.  Yaxşı  yadımdadır, 
hətta  atası  və  qardaşı  da  gəldi,  kəndin  böyükləri  də  gəlib 
dedilər  ki,  sənin  adına  torpaq  ayrılıb,  get  al.  Deyirdi  ki, 
istəmirəm. Deyirdilər ki, almasan, ömür boyu başqalarına 
çalışacaqsan.  Deyirdi  ki,  heç  bir  eybi  yoxdur.  Nə  qədər 
dəlil-sübut  gətirirdilərsə,  razılaşmırdı.  Hətta  onları  da 
torpaq  almamağa  çağırırdı.  Deyirdilər  ki,  bizimlə  nə  işin 
var, sən özünə cavabdehsən. 
Əbdülhüseynin yanına gələn sonuncu adam ona verilən 
torpağın  əsl  sahibi  idi.  Ona  dedi:  «Əbdülhüseyn,  get 
torpağı  al.  İndi  ki  onu  zorla  məndən  alıblar,  mən  sənə 
vermələrinə razıyam. Ananın südü kimi halaldır». 
Əbdülhüseyn  dedi:  «Sən  bilirsən  ki,  həmin  su  və 
torpaqların bir  hissəsi bir neçə  yetim uşağın olub. Bunlar 
hamısını bir-birinə qarışdırıblar. Sən razı olsan da, yetimin 
haqqına toxunmaq olmaz». 
Torpağı  nə  üçün  qəbul  etmədiyini  yavaş-yavaş 
anlayırdım.  Nəhayət,  bir  gün  hamıya  son  sözünü  dedi: 
«Bir şeyi ki, tağut rejimi verir, ondan murdarı ola bilməz. 
Mən  belə  bir  şey  istəmirəm.  Onlar  zərrə  qədər  də  bizim 
xeyrimizi düşünmürlər». 
Təklikdə  əsəbiləşib  deyirdi:  «Allah  ona  (məqsədi  şah 
idi)  lənət  eləsin!  O,  bu  işləri  ilə  xalqın  başına  nə  oyunlar 
açır!» 
İş-işdən  keçəndən  sonra  çoxları  torpaq  «sahibi» 
olmuşdular.  Əbdülhüseyn  isə  yenə  qollarını  çırmayıb 
başqaları üçün əkinçilik edirdi. 


 
16 
İlk  övladım  Həsən  yeddiaylıq  idi.  Kənd  əhalisi  ilk 
buğda  məhsulunu  götürəndə  bizə  dedi:  «Bu  gündən 
etibarən çox ehtiyatlı olmalısan». 
– Nə üçün? 
–  Əvvəla,  özün  atamgildə  bir  şey  yemə.  İkincisi  də 
özündən  çox  Həsəndən  muğayat  ol  ki,  ona  bir  tikə  çörək 
də verməsinlər. 
Təəccüblə  soruşdum  ki,  məgər  bu,  mümkündür?! 
Həsəni göstərib dedim ki, hər halda, uşaqlarıdır. 
– Yox, mən əsla razı deyiləm, sən də diqqətli ol. 
Səsi  qətiyyətli  və  qərarlı  idi.  Elə  onda  atasıgilə  son 
sözünü  deməyə  getdi.  Mənə  dediklərini  onlara  da  dedi. 
Ondan sonra özü də atasıgildə heç nə yemədi. 
Yavaş-yavaş  payız  gəldi.  Bir  dəfə  hazırlıq  görüb 
Məşhədə ziyarətə getdi. Öncəki ziyarətlərdən fərqli olaraq, 
bu səfəri çox uzun çəkdi. 
On-on beş gün ötdü. Çox narahat idim. Nəhayət, ondan 
bir  məktub  alıb  rahat  nəfəs  aldım.  Zərfin  arxasına  atamın 
adını  yazmışdı.  Atam  məktubu  oxuduqca  üzü  gülürdü. 
Sona  qədər  oxudu,  sonra  başını  qaldırıb  mənə  baxdı  və 
dedi:  «Yazır  ki,  mən  daha  kəndə  qayıtmayacağam. 
İstəyirsinizsə,  qızınızı  Məşhədə  göndərin,  istəmirsinizsə, 
evimdə  nə  varsa,  hamısı  sizin  olsun.  Nəyi  istəyirsiniz 
satın, yalnız uşağımı şəhərə göndərin». 
Məktubu  bağladı.  Əbdülhüseynin  ünvanını  bir  də 
oxuyub  dedi:  «Bu  vəziyyətlə  kənddə  yaşamaq  həqiqətən, 
çətindir». Mənə baxıb sözünə davam etdi: «Yaxşı olar ki, 
siz  bacardıqca  tez  şəhərə  gedəsiniz,  biz  də  hazırlaşıb, 
inşallah,  sizin  arxanızca  gələrik.  Bu  kənd  daha  bizim 
kimilər üçün deyil». 
Həmin  gündən  hazırlığa  başladıq.  Bəzi  əşyalarımızı 
satdıq,  bəzilərini  də  borclarımızın  əvəzinə  verdik.  Qalan 


 
17 
bir  qədər  əşyanı  topladıq.  Bircə  Məşhədə  yola  düşmək 
qaldı. Rəhmətlik atası ilə yola düşdüm. 
Ünvanda  Əhmədabadın  Pastor  xiyabanı  yazılmışdı. 
Çatanda oranın varlılar məhəlləsi olduğunu anladım. Oranı 
necə tapdığı mənə maraqlı idi. 
Nəhayət,  evə  çatdıq.  Yaxşı  və  geniş  ev  idi.  Özü  ilə 
söhbətdən  sonra  öyrəndim  ki,  ev  kənddəki  torpaqların 
sahibinindir.  Əbdülhüseynin  Məşhəddə  qalmaq  istədiyini 
biləndə o evə aparıb demişdi ki, sənin olsun. 
O,  qəbul  etməmişdi.  Torpaqların  sahibi  də  demişdi  ki, 
onda özünə iş-güc tapana qədər qal. 
Ondan  iş  tapıb-tapmadığını  soruşdum.  Gülüb  dedi  ki, 
tapmışam. 
– Necə işdir? 
– Küçənin başında bir göyərti dükanı var. Hələlik orada 
çalışıram. 
Atası  elə  həmin  gün  qayıtdı  və  biz  yeni  həyatımıza 
başladıq.  Bu  həyata  alışmaq  çətin  idi,  amma  birtəhər 
keçinməli idik. 
Əbdülhüseyn  iki  ay  göyərti  dükanında  çalışdı.  Bəzən 
işindən söz düşəndə narazı olduğunu  anlayırdım. Bir  gün 
gəlib dedi: «Bu iş çox pisdir. Mən harama düşməyim deyə 
torpaq  bölgüsündən  qaçdım,  amma  deyəsən,  bura  da 
kənddən geri qalmır». 
– Nə üçün? 
– Hicabsız qadınlarla çox ünsiyyətdə oluram. Dükanın 
sahibi də düz adam deyil, göyərtiləri isladır ki, çəkidə ağır 
gəlsin. 
Bir  ah  çəkib  sözünə  davam  etdi:  «Sabahdan  daha 
getməyəcəyəm». 
– Bəs nə edəcəksən? 
– Narahat olma, Allah kərimdir. 


 
18 
Ertəsi gün səhər  yenə iş axtarmağa  getdi. Günorta evə 
döndü. 
– Süd məhsulları dükanında iş tapdım. 
– Orada günə nə qədər verəcəklər? 
– Göyərti dükanından yaxşıdır; günə on tümən. 
On-on beş gün bu işlə məşğul oldu. Bir gün günortadan 
sonra  həmişəkindən  tez  döndü.  Səbəbini  soruşmaq 
istəyəndə gözüm əlindəki bel və külüngə sataşdı. 
– Bunları niyə almısan? 
–  Allahın  köməyi  və  on  dörd  məsumun  duası  ilə 
sabahdan fəhləliyə başlayıram. 
Yolda  dayanan  fəhlələr  haqqında  eşitmişdim.  Bilirdim 
ki, işləri çox ağırdır. Ona dedim: «Axı işin yaxşı idi, yaxşı 
zəhmət haqqı verirdi». 
Başını yellədi. 
– Bu, göyərti dükanının sahibindən də pisdir. 
– Necə? 
– Tərəzidə aldadır. Pis malı yaxşıya qatıb baha qiymətə 
satır,  üstəlik,  onu  da  tərəzidə  azaldır.  Hamısından  pisi 
budur ki, məni də öz gününə qoymaq istəyir. Deyir ki, bir 
şeyə nail olmaq istəyirsənsə, bu işləri görməlisən. 
Hirslə  əlavə  etdi:  «Bunun  çörəyi  o  birindən  də 
haramdır». 
Ertəsi  gün  səhər  tezdən  fəhlə  dayanacağına  getdi.  Üç-
dörd  gündən sonra  axşam  qayıdanda dedi:  «Allaha şükür, 
bu gün bir bənna tapıldı, məni də özü ilə işə aparacaq». 
– Gündə nə qədər zəhmət haqqı verəcək? 
– On tümən. 
İşi  çox  ağır  idi,  süd  dükanındakı  işi  ilə  müqayisə 
edəndə  ona  yazığım  gəlirdi.  Bunu  ona  da  dedim.  Cavabı 
belə oldu: «Heç eybi yoxdur. Zəhmətkeşin çörəyi təmiz və 
halaldır, onların işindən çox yaxşıdır». 


 
19 
Yavaş-yavaş  bənnalığı  öyrəndi  və  özünə  görə  bir  usta 
oldu. Sonra özü şagird götürdü, qazancı da çoxaldı. 
Həmin günlərdə bir dəfə anası kənddən bizə gəldi. Bizə 
bir  boğça  çörək,  iki-üç  kilo  qatıq  və  başqa  bir  neçə  kənd 
məhsulu  gətirmişdi.  Əbdülhüseyn  hamısını  götürüb  tez 
mətbəxə apardı. Anası dedi: «Qoy uşaqlar bir az yesinlər». 
Təşəkkür  edib  dedi:  «İndi  heç  kim  ac  deyil,  inşallah, 
sonra yeyərik». 
Nə  özü  yedi,  nə  də  məni  və  Həsəni  yeməyə  qoydu. 
Anası  ziyarətə  gedən  kimi  tez  dükana  aparıb  çəkdi, 
pullarını hesablayıb tanıdığı bir neçə yoxsula verdi. Yalnız 
bundan  sonra  onları  yeməyə  icazə  verdi.  Anası  narahat 
olmasın deyə, məsələni ondan gizlətdi. 
Anası  bir  neçə  gün  bizimlə  qaldı.  Getmək  istəyəndə 
Əbdülhüseyn dedi: «Kəndə getmə, burada bizimlə qal». 
– Atanı neyləyim?! 
– Onu da şəhərə gətirərik. 
Anasının  qalmasını  ürəkdən  istəyirdi,  daha  çox  haram 
torpaqlara  görə  narahat  idi.  Anası  isə  razı  olmadı,  kəndə 
yola düşdü. Əbdülhüseyn də atasını yoxlamaq üçün onunla 
getdi.  Orada  kəndin  yeniyetmələrini  toplayıb  deyirmiş: 
«Hansınız  Məşhəddə  hövzə  təhsili  almaq  istəsə,  özüm 
xərcini verərəm». 
Onların 
üç-dördü 
valideynlərini 
razı 
salıb 
Əbdülhüseynlə  şəhərə  gəldilər.  Əbdülhüseyn  adlarını  bir 
mədrəsəyə yazdırdı. Ondan sonra öz uşaqları kimi onların 
xərcliyini verirdi. Özü də hövzə dərsləri oxumağa başladı. 
Gündüzlər işləyir, gecələr oxuyurdu. O vaxtlar həm də şah 
rejiminə qarşı mübarizəyə başlamışdı. 
Mən  uşağa  qalmışdım.  Ata-anam  da  şəhərə 
köçmüşdülər.  Bir  gün  atamgildə  ağrım  tutdu.  Mübarək 


 
20 
ramazan  ayı  və  günbatan  çağı  idi.  Əbdülhüseyn  tez  bir 
maşın tutdu. Anam soruşdu ki, nə etmək istəyirsən? 
–  İstəyirəm  uşağım  öz  evimizdə  dünyaya  gəlsin.  Siz 
oraya gedin, mən də mama gətirirəm. 
Kənd  qadınlarından  biri  də  yanımızda  idi.  Üçümüz 
maşına  minib  yola  düşdük.  Özü  də  mopedi  ilə  mama 
çağırmağa getdi. 
Evə çatanda hələ də ağrı çəkir və Allahı çağırırdım ki, 
mama  tez  gəlsin.  Anam  çox  nigaran  idi,  bir  an  da 
sakitləşmirdi. Qapının səsini eşidəndə sevincindən uçmaq 
istədi.  Cəld  qapını  açdı  və  sevincək  gəlib  dedi  ki,  mama 
gəldi. 
Ağır və mətanətli bir qadın idi. Əli də yüngül idi, uşaq 
düşündüyümüzdən də rahat dünyaya gəldi; qəşəng bir qız 
idi. 
Mamanın  üzü  və  boy-buxunu  mənə  qəribə  gəlirdi. 
Üzündən  gözümü  çəkmirdim.  O,  gülümsəyib  soruşdu: 
«Uşağın adını nə qoyacaqsınız?» 
Nə  deyəcəyimi  bilmədim.  Özü  dedi:  «Adını  Fatimə 
qoyun, çox yaxşı addır». 
Elə  əxlaqlı  və  nəzakətli  mama  görməmişdim.  Anam 
ona çay və meyvə gətirdi. Nə içdi, nə də yedi. Anam dedi: 
«Buyurun, yeməsəniz, olmaz». 
Dedi: «Çox sağ olun, yemirəm». 
Anam  başqa  şeylər  də  gətirdi.  Nə  qədər  israr  etdiksə, 
heç  birindən  ağzına  qoymadı.  Bir  az  sonra  sağollaşıb 
getdi. 
Gecə  yarını  keçmişdi.  Saatın  əqrəbləri  üçü  göstərirdi. 
Hamımız  Əbdülhüseyndən  nigaran  qalmışdıq.  Anam 
deyinirdi ki, axı adam bu qədər məsuliyyətsiz olar?! 
Mənsə başına bir iş gəlməsindən narahat idim. 


 
21 
Nəhayət,  saat  üçdə  qapının  səsi  gəldi.  Tez  dedim  ki, 
mütləq  özüdür.  Anam  həyətə  çıxdı.  İçəri  girməsinə  aman 
verməyib danlamağa başladı. Səsini eşidirdim: «Bala, sən 
mamanı  göndərirsən,  özünsə  gedirsən,  bəs  demirsən  ki, 
Allah eləməmiş, başına bir iş gələr?!» 
İçəri  girənə  qədər  anam  dayanmadan  danışdı.  Otaqda 
Əbdülhüseyn  də  dilləndi:  «Mama  gəldi  də,  xala,  məni 
neyləyirdiz?!» 
Daha  anamdan  cavab  gözləməyib  tez  uşağın  beşiyinə 
yaxınlaşdı.  Beşiyi  götürüb  qaldırdı  və  birdən  ağlamağa 
başladı.  Bahar  buludlarının  yağışı  kimi  göz  yaşı  tökürdü. 
Uşağı qucağından ayırmırdı, gözünü ona dikib ağlayırdı. 
Təəccüblə soruşdum ki, nə üçün ağlayırsan? 
Heç  nə  demədi.  Ağlaması  mənə  təbii  görünmürdü. 
Yenə  düşündüm  ki,  bəlkə  həddən  artıq  sevindiyinə 
görədir.  Bir  qədər  sakitləşəndən  sonra  dedim:  «Mama 
istəyirdi ki, adını Fatimə qoyaq». 
Kədərli səslə dilləndi:  «Mən də belə istəyirəm.  Niyyət 
etmişəm ki, qız olsa, adını Fatimə qoyacağam». 
– Əbdülhüseyn, biz ona  çay və meyvə  gətirdik, amma 
heç nə yemədi. 
– Onlar heç nə istəmirlər. 
Uşağı  yanıma  qoydu.  Xüsusi  ab-havada  idi,  solmuş 
gülə bənzəyirdi. 
Ertəsi  gün  də  eyni  vəziyyətdə  idi.  Uşağı  hər  dəfə 
qucağına  götürəndə  gizlicə  ağlayırdı.  Bilirdim  ki, 
Fatimeyi-Zəhranı (ə) çox sevir. Öz-özümə düşünürdüm ki, 
uşağın  adını  Fatimə  qoyduğumuza  görə  o  həzrəti  yada 
salıb ağlayır. 
Fatimənin  ömründən  on  beş  gün  ötürdü.  Hamama 
aparmalı  idik.  Ondan  öncə  mama  çağırmaq  lazım  idi. 


 
22 
Əbdülhüseynə  nə  qədər  dediksə,  cavab  verdi  ki,  ehtiyac 
yoxdur. 
– Axı mama olmalıdır! 
Narahat halda dedi ki, daha mama gəlməyəcək, özünüz 
aparın.  Həmin  gün  uşağı  anamla  hamama  aparıb 
yuyundurduq. 
Bir  neçə  gündən  sonra  Fatimə  və  Həsənlə  evdə  idim. 
Günorta gəlib halımı soruşdu. 
– Yaxşıyam. Necə məgər? 
–  Anangilin  evinə  yaxın  bir  yerdə  ev  kirayə  etdim. 
Əşyalarımızı toplayıb gedək oraya. 
– Nə üçün gedək?! Bu ev yaxşıdır, pulsuz qalırıq. 
–  Yox,  bu  uşaq  çox  ağlayır,  sən  də  burada  təksən. 
Anangilə yaxın olsan, yaxşıdır. 
Bir qədər dayanıb  əlavə  etdi:  «İstəyirəm ki, Fatimədən 
çox muğayat olasan». 
Bir  qədər  sonra  əşyalarımızı  toplamağa  başladıq.  Ev 
sahibi  getmək  istədiyimizi  biləndə  narahat  oldu, 
Əbdülhüseynə 
dedi: 
«Bu 
ev 
bütünlüklə 
sizin 
ixtiyarınızdadır, sizdən də kirayə pulu istəmirəm. Nə üçün 
gedirsən?» 
– Sizə bundan artıq əziyyət vermək istəmirik. 
–  Nə  əziyyəti?!  Bizə  əziyyəti  yoxdur,  burada  qalın, 
getməyin. 
Qəbul  etmədi.  İki  ayağını  bir  başmağa  dirəmişdi  ki, 
getməliyik, vəssəlam. 
Fatimə  doqquzaylıq  idi,  amma  iki-üç  yaşlı  uşağa 
bənzəyirdi.  Üzü  aydın  və  qəşəng  idi.  Görənlər  deyirdilər 
ki, maşallah, necə də gözəldir. Bir dəfə Əbdülhüseyn uşağı 
qucağına götürüb ağlayanda onu yaxaladım. 
– Sən nə üçün bu uşaqdan ötrü narahatsan? 
Ağladığını gizlətməyə çalışdı. 


 
23 
– Heç nə, onu sevirəm. Adı Fatimə olduğuna görə çox 
sevirəm. 
O  uşağın  hansı  sirrinin  olduğunu  bilmirəm.  Xatirəsi 
hələ  də  zehnimdə  gün  kimi  aydındır.  Xüsusən  ömrünün 
son  anlarını  yaxşı  xatırlayıram;  xəstələnmişdi,  bir  neçə 
gündən sonra isə vəfat etdi. 
Uşağa  özü  qüsl  verdi,  özü  kəfənlədi  və  özü  dəfn  etdi. 
Böyük  adamlar  kimi  qəbrinə  bir  başdaşı  düzəltdirdi. 
Başdaşına belə yazdırdı: «Nakam Fatimə Burunsi». 
Bir  neçə  il  ötdü.  İnqilabın  qələbəsindən  və  müharibə 
başlayandan sonra Əbdülhüseyn cəbhələrə yollandı. 
Bəzən  uzun  müddət  ondan  xəbər  tutmurduq.  Hərdən 
məzuniyyətə çıxmış döyüş yoldaşlarının yanına gedib onu 
soruşurdum.  Bir  dəfə  onu  soruşmağa  gedəndə  Bəsic 
üzvlərindən  biri  mənə  bir  şəkil  göstərdi.  Əbdülhüseynin 
şəkli  idi,  ətrafında  bir  neçə  döyüşçü  oturmuşdu.  O,  dedi: 
«Baxın,  hacı  xanım,  burada  ağa  Burunsi  sizin  uşağınızı 
dünyaya gətirmənizdən danışır». 
Bir  anlığa  əl-ayağım  qurudu,  üzüm  qızardı.  Narahat 
halda ürəyimdə dedim ki, ağa Burunsi nə işlər görür?! 
Bir az sonra sağollaşıb getdim. Çox hirslənmişdim. Öz-
özümə deyinirdim ki, axı başqalarına mənim uşaq dünyaya 
gətirməyimdən danışmaq nə deməkdir?! 
Bir  müddət  sonra  cəbhədən  gəldi.  Yorğunluğunu 
çıxarmağa  macal  vermədən  bu  məsələni  soruşdum. 
Narahat  halda  dedim:  «Uşaq  dünyaya  gətirmək  nədir  ki, 
sən gedib ona-buna danışırsan?!» 
Gülüb dedi: «Sən bilirsən ki, mən hansını danışırdım?» 
Bu barədə əsla düşünməmişdim. Dedim ki, yox. 
Üzündən  gülüş  qaçdı,  baxışına  qəm-kədər  çökdü,  ah 
çəkdi. 
- Mən qızım Fatimədən danışırdım. 


 
24 
Marağım  daha  da  artdı,  israrla  nə  danışdığını  bilmək 
istədim.  Kiçik  qızımızın  vəfatından  illər  ötürdü,  amma 
xatirəsi  yaşayırdı.  Bəzən  Fatimənin  dünyaya  gəlməsində 
bir  sirr  olduğunu  təxmin  edirdim,  amma  sonuna  qədər 
israr etmirdim. 
Nəhayət, sirrin üstü açıldı, lakin yenə də tam və mənim 
istədiyim  kimi  aydın  olmadı.  O,  dedi:  «Həmin  gün 
günbatan çağı mən mama gətirməyə getdim, yadındadır?» 
– Hə, biz getdik öz evimizə. 
Başını yelləyib sözünə davam etdi. 
–  Getdiyim  yerdə  ruhani  dostlarımdan  birini  gördüm. 
Elanları  yaymaq  üçün  zəruri  bir  iş  çıxmışdı,  mütləq 
getməyim  lazım  idi.  Yəni  başqa  çarə  yox  idi.  Allaha 
təvəkkül  edib  onunla  getdim.    Həmin  axşamın 
sərgüzəştləri  çoxdur.  Bu  qədər  deyim  ki,  gecə  təxminən 
saat ikidə mama  yadıma düşdü. Öz-özümə dedim ki, vay, 
mən  evə  mama  aparacaqdım.  Bilirdim  ki,  artıq  iş-işdən 
keçib  və  özünüz  lazım  olanı  etmisiniz.  Tez  özümü  evə 
çatdırdım.  Anan  «mamanı  göndərirsən,  özünsə  gedirsən» 
deyəndə  bildim  ki,  bu  işdə  bir  sirr  var,  amma  üz 
vurmadım. 
Əbdülhüseyn susdu. Gözləri yaş içində idi. Bir ah çəkib 
sözünə davam etdi: «Özün bilirsən ki, o axşam heç kimin 
sənin ağrılarından xəbəri yox idi. Yalnız mən bilirdim ki, 
mama  gətirməliyəm,  mən  də  gətirmədim.  Yəni  o  axşam 
mən  heç  kimi  göndərməmişdim,  o  qadın  kim  idisə,  özü 
gəlmişdi». 
 
 
 
 
 


 
25 

Yüklə 1,76 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə