Дырнаг вә тире ишарәләри фәрглидир, һамысы ејни формаја салынсын



Yüklə 1,76 Mb.
Pdf görüntüsü
səhifə7/78
tarix22.01.2022
ölçüsü1,76 Mb.
#83040
1   2   3   4   5   6   7   8   9   10   ...   78
Allahdan-nur-almış-insan

Zahidan 
səfəri 
Seyid Kazim Hüseyni 
1974-1975-ci  illər  idi.  O  zaman  Əbdülhüseynlə  yeni 
tanış  olmuşdum.  Dostluğumuzun  əvvəlindən  onun 
mübarizə  xəttində  olduğunu  anladım.  Yavaş-yavaş  məni 
də  mübarizəyə  qoşdu.  Bir  müddətdən  sonra  inqilabın 
məşhur şəxsiyyətləri ilə tanış oldum. Onların söhbətlərinə 
çox  gedirdik.  Bir  gün  mənə  dedi  ki,  səfərə  çıxmaq 
istəyirəm, gəlirsən? 
– Haraya? 
– Zahidana. 
Əmin  idim  ki,  məqsədi  istirahət  deyil,  yenə  hansısa 
işdən ötrü gedir. Soruşdum ki, inşallah, tapşırıqdır, eləmi? 
Soyuqqanlılıqla  dedi:  «Yox,  elə-belə  gəzmək  üçün  bir 
dost səfəridir». 
Sirr  saxlamaqda  mahir  idi.  Belə  olanda  çox  da  israr 
etmirdim. Dedim ki, gedək. 
Üzümə baxıb gülümsədi. 
– Saqqalını çox qısalt, bığlarını isə uzat. 
– Baş üstə. 
– Hazırlaş, səni götürməyə gələcəyəm. 
Sağollaşıb getdi. Bir neçə saatdan sonra əlində bir yağ 
vedrəsi ilə qayıtdı. 
– Bunu neyləyirsən? 
– Elə-belə götürdüm, bəlkə lazım oldu. 
O zaman İmam Xomeyninin Xorasan vilayətində şəriət 
ödəncləri  üzrə  nümayəndəsi  olan  bir  ruhaninin  evinə 
getdik.  Mən  bayırda  gözlədim,  o  isə  içəri  girdi.  Bir  neçə 
dəqiqədən sonra çıxıb dedi ki, gedək. 
Avtovağzala  getdik,  Zahidan  avtobuslarından  birinə 
minib yola düşdük. 


 
27 
Zahidana çatanda ilk mehmanxanada bir otaq götürdük. 
Hələ  tam  yerləşməmiş  yağ  vedrəsini  götürüb  getməyə 
hazırlaşdı. Təəccüblə soruşdum ki, haraya? 
- Bir yerə gedim, tez qayıdacağam. 
Bir qədər fikirləşdi. 
- Birdən gec olsa, nigaran qalma. 
– Bu yağ vedrəsi ilə haraya getdiyini demək istəmirsən? 
Əminliklə dedi: «Yox». 
Qapıya yaxınlaşdı. 
– Heç olmasa, bir az qalıb yorğunluğunu çıxaraydın. 
– Çox yorğun deyiləm. 
Qapının  yanında  mənə  sarı  dönüb  dedi:  «Yadında 
qalsın,  seyid  can,  nə  qədər  geciksəm  də,  nigaran  qalma; 
yəni durub polisə-zada getməyəsən». 
Sağollaşıb getdi. 
Düz iki gündən sonra qayıtdı. Yağ vedrəsi də əlində idi. 
Bu müddətdə nələr çəkdiyimi Allah bilir. Çatan kimi dedi 
ki, hazırlaş, gedək. 
– Gedək?! Elə bu?! 
– Hə, gedək. 
– Əcəb gəzdik ha. 
Gizli  bir  işinin  olduğunu  bilirdim.  Dedim  ki,  məsələ 
nədir,  ağa  Burunsi,  mənə  də  de.  Demədi.  Nə  qədər  israr 
etdimsə,  bir  şey  öyrənə  bilmədim.  Axırda  dedim:  «Yəni 
daha bizə inanmırsan». 
– Əgər inanmasaydım, gətirməzdim. 
– Bəs onda nə üçün demirsən? 
– Hələlik məsləhət deyil. 
Çantamı  götürüb  arxasınca  avtovağzala  yola  düşdüm. 
Orada  Məşhədə  bilet  alıb  avtobusa  mindik.  Yolda  yenə 
canına düşdüm, amma nə etdimsə, faydası olmadı; bir şey 
demədi ki demədi. 


 
28 
İnqilabın  qələbəsinə  qədər  bir  neçə  dəfə  soruşdum, 
yenə  danışmadı.  Sirr  saxlamaqda  misli  yox  idi.  Demək 
lazım deyildisə, deməzdi. Hətta SAVAK da onunla bacara 
bilmirdi. Bir dəfə tutub bir-bir dişlərini qırmış, başına min 
oyun açmış, amma bir kəlmə də öyrənə bilməmişdilər. 
Nəhayət,  inqilab  qələbə  çaldı.  Bir  müddətdən  sonra 
Sepah  Əhmədabad  xiyabanında  Qadınlar  mərkəzi  adlı  bir 
yer  açdı.  Burunsi  oranı  mühafizə  edirdi.  Bütün  mərkəzin 
mühafizəsini ona tapşırmışdılar. 
Bir gün onu görməyə getdim. Təsadüfən, istirahət saatı 
idi.  Otağında  oturub  sanki  məni  gözləyirdi.  Salamlaşıb 
yanında oturdum. Zahidan səfəri hələ də mənə maraqlı idi. 
Dedim ki, daha iş-işdən keçib, de görək məsələ nə idi. 
Gülüb əli ilə çiynimə vurdu, dedi ki, hə, daha təhlükəsi 
yoxdur, deyərəm. 
- O zaman bildiyin kimi, Hacı ağa Xamenei İranşəhrin 
bir  kəndinə  sürgün  olunmuşdu.  O  vaxt  mən  ona  bir 
məktub çatdırmalı idim. 
– Bir məktubu vermək iki gün çəkir?! 
– Doğru deyirsən, amma başqa bir iş də çıxdı. 
– Hansı iş? 
–  Məktubu  ağaya  verəndə  görüş  otağına  gedən  yolu 
göstərib  dedi  ki,  SAVAK  buradan  bizə  nəzarət  edir, 
yanımıza  gələnlər  kameraya  düşürlər.  Buna  bir  çarə  qıla 
bilsən, çox yaxşı olar. 
Başa  düşdüm  ki,  ağa  kamera  ilə  girişin  arasında  divar 
hörməyimi istəyir. Mən də tez işə başladım. Kərpic gətirib 
orada  bir  divar  hördüm.  Buna  görə  qayıtmağım  iki  gün 
çəkdi. 
Gülüb dedim:  «Onda həmin  yağ vedrəsini də ağa üçün 
istəyirdin?» 
– Bəli. 


 
29 
– SAVAK məmurları səni saxlamadılar? 
– Təsadüfən, gələndə ağa bunu ehtimal etdi. Dedim ki, 
gələndə  başıma  şal  bağlamışdım,  məni  tanımazlar.  Lakin 
ağa razılaşmadı və məni başqa bir yoldan bayıra çıxardı.  

Yüklə 1,76 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə