Дырнаг вә тире ишарәләри фәрглидир, һамысы ејни формаја салынсын



Yüklə 1,76 Mb.
Pdf görüntüsü
səhifə10/78
tarix22.01.2022
ölçüsü1,76 Mb.
#83040
1   ...   6   7   8   9   10   11   12   13   ...   78
Allahdan-nur-almış-insan

Edam hökmü 
Məsumə Səbukxiz 
Çox  ehtiyatlı  adam  idi,  hər  şeyə  diqqətlə  yanaşırdı. 
Kasetə  qulaq  asmaq  istəyəndə  bir  neçə  ruhani  dostu  ilə 
gəlirdi.  İmamın  çıxışları  yazılmış  təhlükəli  kasetlər  idi. 
Biz kirayəçi idik, ev sahibi ikinci mərtəbədə qalırdı. Kaset 
dinləyəndə  Əbdülhüseyn  yoldaşları  ilə  birgə  arxa  otağa 
keçirdi. Mənə deyirdi ki, kim qapını döysə, tez xəbər ver, 
maqnitofonu söndürüm. 


 
33 
Əvvəllər  məsələdən  çox  xəbərdar  olmayanda 
soruşurdum  ki,  nə  üçün?  Deyirdi  ki,  bu  kasetləri  kimdə 
tutsalar, həbs edərlər. 
Bəzən imamdan  yeni bəyanat  gələndə də həmin hövzə 
tələbələri  ilə  otağa  keçirdi.  Bəyanatı  bacardıqları  qədər 
köçürürdülər,  gecə  vaxtı  Əbdülhüseyn  ora-bura  gedib 
yayırdı. Çox az yatırdı, onun da bəlli saatları yox idi. 
Şəhadət  qüslü  vermədən  evdən  bayıra  çıxmazdı. 
Bənnalığa  gedəndə  də  şəhadət  qüslü  ilə  gedərdi.  Deyirdi 
ki,  belə  olduqda  başıma  bir  iş  gəlsə,  inşallah,  şəhid 
savabına nail olaram. 
Gündüzlər  işləyir,  axşamlar  dərs  oxuyurdu.    Həm  də 
inqilab işləri üçün çox zəhmət çəkirdi. 
Yadımdadır,  bir  axşam  yenə  həmin  tələbələrlə  evə 
gəldi.  Bir  neçə  kaset  gətirmişdilər.  Dedi  ki,  imamındır, 
Parisdən yeni gəlib. 
Həmişəki kimi, otağa girib maqnitofonu qoşdular. Saat 
on  bir  idi,  hələ  qulaq  asırdılar.  Həyətin  işığı  yanırdı.  Ev 
sahibinin yoldaşı tapşırmışdı ki, hər axşam saat onda işığı 
söndürək.  Əsəbi  bir  qadın  idi.  Ürəyim  əsirdi  ki,  səsi 
çıxmasın. 
Həyətə  baxırdım.  Birdən  peyda  oldu.  Düz  elektrik 
sayğacına  tərəf  gedib  işıqları  söndürdü.  Oradan  da 
zirzəminin qapısının ağzına gəlib deyinməyə başladı: «Siz 
səhərə qədər oturub hər cür kasetə qulaq asacaqsınız?!» 
Qalın səsi vardı və ucadan danışırdı. Əbdülhüseyn gəlib 
dedi: «Biz sizi narahat edirik, hacı xanım?» 
Başını  aşağı  salmışdı  və  qadının  üzünə  baxmırdı.  Ev 
sahibinin yoldaşı dedi: «Daha bundan artıq nə olacaq?!» 
Elə  bildim  ki,  məqsədi  həyətdə  yanan  işıqdır.  Bayıra 
çıxıb dedim ki, eybi yoxdur, həyətin işığını söndürərəm. 


 
34 
Sayğaca  yaxınlaşmaq  istəyəndə  qoymadı  və  birdən 
dedi: «Biz daha sizin bu işlərinizə dözə bilmərik». 
– Hansı işlərə? 
– Şaha qarşı işlərinizə. 
Sanki  ürəyim  yerindən  qopdu.  Məsələni  haradan 
öyrəndiyini  bilmirdim.  Əbdülhüseyn  mənə  dedi  ki,  gəl 
aşağı. 
İçəri  girib  qapını  bağladıq  və  daha  heç  nə  demədik. 
Səhər evdən çıxanda iş alətlərini götürmədi. Soruşdum ki, 
işə getmirsən? 
– Yox, başqa bir ev tapmaq istəyirəm. Bura daha bizlik 
deyil. 
Günorta qayıdanda ev tapıb-tapmadığını soruşdum. 
– Hə. 
– Necə yerdədir? 
– Hövzə tələbələri küçəsində bir zirzəmidir. 
Günortadan sonra yeni evə daşındıq. Zirzəmini görəndə 
qorxudan  az  qaldı  çığırım.  Çox  təəccüblə  dedim:  «Bu 
nədir, Əbdülhüseyn?!» 
Sevgi  dolu  təbəssümlə  dedi:  «Bu  ev  bir  tələbənindir, 
özümüzə bir yer fikirləşənə qədər burada qalacağıq». 
Qaranlığı  məni  daha  da  qorxudurdu.  Ağlamağa 
qalmışdım.  Dedim:  «Pişiyi  qovsan,  gəlib  burada 
yaşamaz!» 
-  Çox  da  çətinləşdirmə,  müvəqqəti  qalmaq  üçün  eybi 
yoxdur. 
Beləliklə,  həmin  qaranlıq  və  qorxulu  zirzəmidə 
yaşamağa başladıq. 
Bir  neçə  gündən  sonra  oraya  yaxın  bir  yerdə  40  kv. 
metrlik  torpaq  aldı,  bir  neçə  ruhani  ilə  köməkləşib  ev 
tikməyə başladı. 


 
35 
Gecə-gündüz işləyirdilər. Çox tez bir zamanda torpağın 
ətrafına divar hörüb üstünü bağladılar. Ev hələ kərpicli və 
torpaqlı  ikən  əşyaları  daşıyıb  içərisinə  girdik.  Bir  neçə 
gecə  də  işləyib  yaşamalı  vəziyyətə  saldı.  Çox  kiçik  idi, 
yalnız bircə otaq vardı. Ortadan bir pərdə asdıq, axşamlar 
pərdənin  bu  tərəfində  biz  otururduq,  o  tərəfində  o  və 
ruhani dostları. 
Get-gedə  işləri  genişləndi,  əvvəlkindən  daha  çox  elan 
yayıb  qapı  və  divarlara  yapışdırırdı.  Birinə  pul  verib 
Zahidandan  özünə  tapança  gətizdirdi.  Soruşdum  ki,  bunu 
neyləyirsən?  Dedi:  «Birdən  mübarizə  bu  mərhələyə  də 
çatar, o vaxt əlimiz boş olmasın». 
Elan  yaymağa  gedəndə  deyirdi:  «Şahın  məmurları 
gəlsələr,  de  ki,  yoldaşım  bənnadır  və  işləməyə  gedir, 
bundan başqa heç nədən xəbərim yoxdur». 
Bir gecə elan yaymağa gedəndə qayıtmadı. Çox nigaran 
qaldım.  Səhərə  qədər  bir  neçə  dəfə  küçəyə  çıxıb  ətrafa 
baxdım.  Heç  bir  xəbər  yox  idi.  Zaman  ötdükcə  ələ 
keçdiyinə əmin olurdum. SAVAK məmurlarının vəhşiliyi 
haqda eşitmişdim. Bu, həyəcanımı daha da artırırdı. 
Səhər  açılandan  sonra  məsələni  dostlarına  bildirdim. 
Dedilər ki, indi axtararıq, inşallah, tapılar. 
Həmin gün heç nə öyrənə bilmədilər. Sonrakı günlər də 
axtardıq, tapılmadı. Yavaş-yavaş ümidimi üzürdüm ki, bir 
gün birdən peyda oldu. 
Təxminimiz  düz  idi,  onu  SAVAK  tutmuşdu.  Bir  neçə 
gündən sonra necə olmuşdusa, azad etmişdilər. 
 
*** 
 


 
36 
Həzrət  imamın  yeni  müraciəti  gəlmişdi.  O,  xalqdan 
küçələrə  çıxıb  rejim  əleyhinə  yürüş  keçirmələrini 
istəmişdi. 
Əbdülhüseynin  işi  Çəhno  küçəsində  idi,  Qiyasi  adlı 
birinin evini təmir edirdi. Həmin gün işə getmədi, şəhadət 
qüslü  alıb  çəkinmədən  yürüşə  hazırlaşdı.  İmamın 
kasetlərini,  risaləsini  və  başqa  bir  neçə  kitabı  bir  yerə 
toplayıb mənə dedi: «Birdən geciksəm, bunları ötürərsən». 
Sağollaşıb getdi. 
Camaat  İmam  Rzanın  (ə)  məqbərəsinə  toplaşıb  rejim 
əleyhinə  şüar  deyirdilər.  Günortaya  qədər  pis  xəbərlər 
gəlirdi.  Deyirdilər  ki,  şahın  vəhşi  məmurları  cəlladlıq 
edirlər,  hətta  məqbərənin  içində  də  atəş  açıb  çoxlarını 
şəhid etmiş və çoxlarını tutmuşlar. 
Həm  ondan  ötrü  narahat  idim,  həm  də  kitab  və 
kasetlərdən ötrü. 
Bir-iki  gün  ötdü,  ondan  xəbər  çıxmadı.  Bundan  artıq 
gözləyə  bilməzdim,  işə  başlayıb  imamın  şəriət  risaləsini 
qardaşıgilə apardım. O, həyətin plitələrindən birini çıxarıb 
altını  boşaltdı  və  risaləni  oraya  qoyub  plitəni  yerinə 
bərkitdi. 
Evə döndüm. Kasetləri və digər kitabları nə edəcəyimi 
düşünürdüm.  Oğlu  Əbdülhüseyndən  bənnalıq  öyrənən 
qonşumuz  yadıma  düşdü.  Öz-özümə  dedim  ki,  Allaha 
təvəkkül, inşallah, qəbul edər. 
Gözlədiyimin  əksinə  olaraq,  məni  yaxşı  qarşıladılar, 
gətirdiklərimi  alıb  dedilər  ki,  biz  bunları  gizlədərik, 
narahat olma. 
Yeddi-səkkiz  gün  ötdü,  hələ  xəbər  yox  idi.  Bu 
müddətdə  bəzi  şahsevərlər  bizə  çox  əziyyət  verdilər. 
Hərdən gəlib deyirdilər ki, onu edam etmişlər, cənazəsini 
də görməyəcəksiniz; məgər şahla vuruşmaq olar?! 


 
37 
Nəhayət,  onuncu  gün  bir  nəfər  gəlib  dedi  ki,  usta 
Əbdülhüseyn yaşayır. 
İnanılmaz idi. Soruşdum ki, haradadır? 
-  Vəkilabad  zindanındadır,  azadlığa  çıxması  üçün  ya 
gərək yüz min tümən pul aparasan, ya da bir evin sənədini. 
Narahat  oldum;  nə  o  qədər  pulumuz  vardı,  nə  də 
evimizin sənədi. 
Kişi  getdi,  mən  min  cür  fikirlə  yalqız  qaldım.  Allaha 
yalvarırdım  ki,  bir  yol  tapılsın.  Öz-özümə  deyirdim  ki, 
kimdən bu qədər pul və ya bir evin sənədini istəmək olar?! 
 
Yadıma  kim  düşürdüsə,  sonunda  düşüncələrim  dalana 
dirənirdi.  Kimsə  bununla  razılaşsaydı  da,  çətin  zindana 
gedəydi. Tələyə düşmək, tutulmaq və başqa min cür fikir 
məni rahat buraxmırdı. 
Belə  bir  vəziyyətdə  bir  gün  qapı  döyüldü.  Çadramı 
başıma atıb üzümü tutdum və qapını açmağa getdim. Yad 
bir kişi idi. Kənara çəkilib salam verdi. 
Yavaşca  cavabını  verdim.  Dedi:  «Bağışlayın,  xanım, 
mən Qiyasiyəm, usta Əbdülhüseyn bizim evdə işləyirdi». 
Rahat  nəfəs  aldım.  Kişi  sözünə  davam  etdi:  «Bilmək 
istəyirdim ki, nə üçün bir neçə gündür işə gəlmir?» 
Boğazımı qəhər tutdu, az qaldı ağlayım. Olanları qısaca 
danışdım.  Kişi  dedi:  «Siz  heç  narahat  olmayın,  mənim 
evimin  sənədi  var.  Özüm  gedib  Allahın  köməyi  ilə  onu 
çıxararam». 
Sağollaşıb tez getdi. Sevincdən az qaldı infarkt keçirim. 
Dua edirdim ki, çox tez və sağlam qayıtsın. 
Günortaya  yaxın  küçədə  səs-küy  qopdu.  Kiçik  qızımı 
qucağıma  götürüb  cəld  bayıra  çıxdım.  Küçənin  başındakı 
şirniyyatçı əlində bir qutu şirniyyat tutub gülə-gülə hamıya 
paylayırdı. 
Yaxınlaşdım. 
Adamların 
arasında 


 
38 
Əbdülhüseyni  görüb  yerimdə  qurudum,  bir  neçə  saniyə 
tərpənə  bilmədim.  O,  bir  neçə  gün  öncəki  Əbdülhüseyn 
deyildi. Üzü çox qocalmış, sanki ağzı kiçilmişdi. Qonşular 
dayanmadan  salavat  deyir,  şənlənirdilər.  O  isə  kədərli  və 
lal-dinməz  dururdu.  Yavaşca  adamların  içindən  çıxıb 
birbaş  evə  getdi.  Onun  arxasınca  içəri  girdim.  Dedi  ki, 
qapını bağla. 
Qapını bağlayıb qarşısında dayandım. Sanki bir neçə il 
qocalmışdı.  Danışmaq  üçün  ağzını  açanda  bəzi  dişlərinin 
yerində olmadığını gördüm. 
– Nə olub?! Sevinib şirniyyat paylayırsınız?! 
– Mən şirniyyat almamışam. 
Dərin bir köks ötürdü. 
– Kaş şəhid olaydım! 
Bunu deyib otağa girdi. Qohumlarımızdan bir neçəsi də 
gəlmişdi. Onlarla yalnız salamlaşıb hamama getdi. 
Axşama  qədər  başına  gələnləri  nə  qədər  soruşdumsa, 
heç  nə  demədi.  Yavaş-yavaş  halı  yaxşılaşdı.  Axşam  yenə 
ruhani dostları gəldilər, pərdənin o tərəfində oturub söhbət 
etdilər.  Söhbət  əsnasında  bir  kapitanın  adını  çəkib  dedi: 
«Silahı  boynuma  dirədi,  əl-ayaqlarımı  da  bağlamışdılar. 
Biri öndən gəlib üzümdən vurur və deyirdi:  «Köpək oğlu, 
de görüm o biri yoldaşların haradadırlar?» 
Deyirdim ki, mən tək idim. 
Üzünü həmin kapitana tutub dedi: «Bax, bu köpək oğlu 
nə qədər döyülür, amma rəngi də dəyişmir». 
Axırda  bezib  yumruqla  vurmağa  başladı.  Dişlərimi 
qırmaq məqsədilə vururdu». 
Əbdülhüseyn  SAVAK  məmurlarının  vəhşiliyindən 
danışıb  gülür,  mənsə  yavaşca  ağlayırdım.  Dişlərinin 
çoxunu  sındırmışdılar.  O,  buna  görə  sonradan  protez  diş 
qoydurmağa  məcbur  oldu.  Ona  bundan  da  pis  işgəncələr 


 
39 
vermişdilər.  O  işgəncələri  nə  söyləmək  olur,  nə  də 
yazmaq.  Lakin  əhval-ruhiyyəsi  daha  da  güclənmişdi  və 
mübarizəni davam etdirməyə öncəkindən də qərarlı idi. 
Bir gün  yenə mitinq keçirildi. Deyirdilər ki, xalq şahın 
məmurlarına qarşı ciddi müqavimət göstərib. 
Əbdülhüseyn də həmin mitinqdə idi. Günorta gəlmədi, 
axşama  qədər  də  ondan  xəbər  çıxmadı.  Daha  çox  da 
həyəcanlı  deyildim,  hətta  tutulması  da  mənə  təbii  gəlirdi. 
Axşam  ruhani  dostları  bizə  gələndə  tutulduğuna  əmin 
oldum. Biri soruşdu ki, evdə sementiniz varmı? 
Sementin  yerini  göstərdim.  Bir  kisə  sement  gətirdilər. 
İmamın yeni bəyanatları bizim evimizdə idi. Onları şəriət 
risaləsi  ilə  birgə  pillələrin  altına  qoyub  üstünü  diqqətlə 
sementlədilər. İşləri bitəndən sonra dedilər ki, kasetləri və 
bir neçə kitabı da öncə verdiyiniz qonşulara apararsınız. 
Səhər  tezdən  hamısını  bir  çantaya  qoyub  qonşuya 
getdim.  Qonşu  arvadına  dedim  ki,  cənab  Burunsini  yenə 
tutublar. 
Xüsusi tərzdə dedi ki, sonra? 
Çantanı  göstərib  dedim  ki,  kaset  və  kitabdır,  yenə 
gizlətməyinizi istəyirəm. 
Bir  az  mızıldanıb  dedi:  «Hacı  xanım,  düzü,  mən  daha 
qorxuram». 
Yerimdə donub qaldım. Tez sözünə davam etdi: «Yəni 
ərim  evdə  deyil  və  mən  onun  icazəsi  olmadan  belə  işlər 
görə bilmərəm». 
Çox  dayanmadım,  sağollaşıb  evə  döndüm.  Kimə 
verəcəyimi  bilmirdim.  Axırda  dedim  ki,  Allaha  təvəkkül, 
burada  gizlədərəm.  Onsuz  Əbdülhüseyn  şəhadət  eşqinə 
düşüb,  tapsalar,  o  da  arzusuna  çatar.  Bir  neçə  xalçamız 
vardı. Bəzi kasetləri birinin arasına qoydum. Kasetlərin bir 
neçəsi  çox  təhlükəli  idi,  onları  bir  balışın  içinə  qoyub 


 
40 
ağzını  tikdim.  Kitabları  da  zirzəmiyə  aparıb  bir  qazanın 
içinə qoydum. 
Otaqda  oturub  SAVAK  məmurlarını  gözləməyə 
başladım.  Həsəni,  Mehdini,  Hüseyni  və  kiçik  qızımı  da 
yanıma çağırdım. 
Birdən  peyda  olub  qapı  və  divarlardan  həyətə 
tökülüşdülər.  Həsənin  7-8  yaşı  vardı.  Orada  dili  tutuldu.  
İki-üç  məmur  ayaqqabı  ilə  evə  girdi.  Yerimdən  qalxdım. 
Biri  silahı  mənə  tuşlayıb  qışqırdı:  «Yerindən  tərpənmə! 
Olduğun yerdə otur!» 
O  anlarda  sanki  Allah  mənə  yol  göstərdi.  Kitabları 
gizlətdiyim  balışı  tanıyırdım.  Tez  götürüb  ayaqlarımın 
üstünə qoydum və qızımı onun üstündə yatırtdım. 
Onlar  evi  axtarmağa  başladılar.  Hərdən  gözucu 
xalçalara 
baxırdım.  Birini  çevirsəydilər,  kasetləri 
tapacaqdılar.  Həzrət  İmam  Mehdiyə  (ə)  təvəssül  edirdim. 
Sanki  gözləri  kor  olmuşdu  və  xalçaları  görmürdülər. 
Onlara heç yaxınlaşmadılar da. 
Çox  axtardılar,  amma  az  şey  tapdılar.  Axırda  da 
qollarını sallayıb rədd oldular. 
Yenə  də  cənab  Qiyasi  evinin  sənədini  qoyub  onu 
azadlığa çıxardı. 
Ağa Rzayi  və digər iki-üç ruhani ilə gəldi. Hər şeydən 
qabaq  kasetləri  soruşdu.  Dedim  ki,  xalçaların  arasındadır. 
Kasetləri  görəndə  hamısı  mat  qaldı.  Əbdülhüseyn 
təəccüblə  dedi:  «Yəni  SAVAK  məmurları  bunları 
görmədilər?!» 
- Görsəydilər, aparardılar, sən də arzuna çatmış olardın. 
Güldü.  Təhlükəli  kasetləri  soruşdu.  Dedim  ki,  özünüz 
tapın. 


 
41 
Bir  qədər  axtardılar,  tapa  bilmədilər.  Dedi:  «Əziyyət 
vermə, hacı xanım, de görək kasetlər haradadır? Dinləmək 
istəyirəm». 
Balışın  ağzını  açdım.  Kasetləri  görüb  dedilər:  «Yəni 
bunları da görmədilər?!» 
- Hələ əsas məsələ zirzəmidədir. 
Qazanın  içindəki  kitabları  görəndə  təəccübdən  nə 
edəcəklərini bilmədilər. 
Əbdülhüseyn  azadlığa  çıxandan  bir  neçə  gün  sonra 
imam Parisdən gəldi, 11 fevralda da inqilab qələbə çaldı. 
Həmin günlərdə ağa Qiyasi ilə evin sənədini götürməyə 
getdi. 
Sənədi 
Tehrana 
yollamışdılar. 
Qayıdanda 
Əbdülhüseynin  əlində  sənəddən  başqa  kağızlar  da  vardı. 
Gülüb onları mənə verdi. Soruşdum ki, nədir? 
Gülə-gülə dedi ki, mənim edam hökmümdür. 
Sənədi  Əbdülhüseynin  qovluğu  ilə  birgə  Tehrana 
göndərmişdilər,  məhkəmə  də  edam  hökmü  çıxarmışdı. 
Edam  hökmünü  görəndə  ürəkdən  Allaha  şükür  etdim  ki, 
imam  Parisdən  qayıtdı  və  inqilab  qələbə  çaldı,  yoxsa  bir 
neçə gündən sonra Əbdülhüseyni edam edəcəkdilər. 

Yüklə 1,76 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə