Дырнаг вә тире ишарәләри фәрглидир, һамысы ејни формаја салынсын


Soyuq hava  Höccətülislam Məhəmmədrza Rzayi



Yüklə 1,76 Mb.
Pdf görüntüsü
səhifə8/78
tarix22.01.2022
ölçüsü1,76 Mb.
#83040
1   ...   4   5   6   7   8   9   10   11   ...   78
Allahdan-nur-almış-insan

Soyuq hava 
Höccətülislam Məhəmmədrza Rzayi 
Əllimetrlik  torpağım  vardı.  Sənədi  düzgün  idi,  amma 
ev  tikməyə  qoymurdular.  Açıq-aşkar  deyirdilər  ki,  işə 
başlamaq üçün bizim «haqqımızı» verməlisən. 
Bir  tərəfdən  rüşvət  vermək  istəmirdim,  bir  tərəfdən  də 
evi  mütləq  tikməli  idim.  Qışın  soyuğu  da  işimi 
çətinləşdirirdi. 
Nəhayət,  bir  gün  qərara  gəldim  ki,  gecə  ikən  torpağın 
ətrafına  hasar  çəkim.  Usta  Əbdülhüseynin  yanına  gedib 
məsələni danışdım. Dedi: «Başqa bir bənnaya da deyərəm, 
özün də kömək edərsən, inşallah, bir gecəyə bitirərik». 
Belə  tez  qəbul  edəcəyini  bilməzdim,  özü  də  qışın 
soyuğunda. 
Axşam 
düşməmiş 
materialları 
gətirdik. 
Şam 
namazından  sonra  o  biri  usta  da  gəldi.  Üçümüz  birgə  işə 
başladıq. 
Hamıdan  yaxşı işləyən o idi. Sanki yorulmaq bilmirdi. 
İş  üsuluna  bələd  idim,  bilirdim  ki,  ailəsini  dolandırmaq 
üçün Allah yolunda mücahid kimi tər tökür, zəhmət çəkir, 
yayın ən qızmar çağında da bənnalığını tərk eləmir. 
Gecə  yarıdan  ötmüşdü.  Mən  suvaq  hazırlayıb  onlara 
aparırdım. Əl və ayaq barmaqlarım sanki mənimki deyildi. 
Qulaqlarım və burnumun ucu da donmuşdu. 
İş  əsnasında  gözüm  o  biri  bənnaya  sataşdı.  Özündə 
olmadığını  hiss  etdim.  Birdən  yerdən  qopan  quru  ağac 
gövdəsi  kimi  yıxıldı.  Yanına  qaçdım.  Əbdülhüseyn  də 


 
30 
gəldi və mənə təskinlik vermək üçün dedi ki, bir şey deyil, 
soyuq vurub. 
Bədənini masaj eləməyə başladı. Mən də kömək etdim. 
Bir  neçə  dəqiqədən  sonra  özünə  gəlib  yavaş-yavaş  yerdə 
oturdu.  Sonra  hirslə  ayağa  qalxıb  dedi:  «Mən  daha  dözə 
bilmirəm, sağ olun». 
Arxasına  da  baxmayıb  getdi.  Nigaran  baxışlarımı 
Əbdülhüseynin  üzünə  dikdim.  O  da  işini  yarımçıq 
buraxsaydı, mən çox ziyana düşəcəkdim. Gülümsəyib əlini 
çiynimə qoydu. 
–  Narahat  olma,  Allahın  köməyi  ilə,  onun  işini  də 
görərəm... 
Ev  tikəndə  sanki  özünə  tikirdi.  Bu  onda  bir  inanca 
çevrilmişdi,  bütün  vücudu  ilə  buna  əməl  edirdi.  İşinə  də 
söz  ola  bilməzdi.  Tikdiyi  ev  həqiqətən,  ev  idi.  Hər  fəhlə 
onunla  ayaqlaşa  bilmirdi.  Həmişə  deyirdi  ki,  yediyim 
çörək halal olmalıdır. 
Deyirdi  ki,  gərək  qiyamət  günü  mənim  ev  sahibindən 
alacağım olsun, onun məndən yox. 
Elə buna görə də, işə hamıdan tez gəlir, hamıdan sonra 
gedirdi. Fəhlələri də yaxşıca işlədirdi. 
Həmin  gecə  səhərə  qədər  dayanmadan  işlədi.  Mənim 
bədənimdə  taqət  qalmamışdı,  o  isə  heç  nə  olmamış  kimi 
gülürdü.  Onun  gülüşünə  məni  də  gülmək  tutdu.  Artıq 
problemim qalmamışdı. 

Yüklə 1,76 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə