Дырнаг вә тире ишарәләри фәрглидир, һамысы ејни формаја салынсын



Yüklə 1,76 Mb.
Pdf görüntüsü
səhifə16/78
tarix22.01.2022
ölçüsü1,76 Mb.
#83040
1   ...   12   13   14   15   16   17   18   19   ...   78
Allahdan-nur-almış-insan

«
İki« qiyməti 
Əbülhəsən Burunsi 
Həmişə 
dərslərimizlə 
maraqlanırdı. 
Hər 
dəfə 
məzuniyyətə  gələndə  hamımızın  məktəbinə  baş  çəkir  və 
ən birinci mənim oxuduğum məktəbə gedirdi. 
Yaxşı  yadımdadır,  müəllim  imla  demişdi  və  dəftərləri 
yoxlayırdı.  Bir  dəftəri  götürüb  mənə  baxdı.  Bildim  ki, 
mənimkidir. 
Ürəyim 
döyünməyə 
başladı. 
Yaxşı 
yazmadığımı  bilirdim.  Qaşları  düyünləndikcə  halım 
pisləşirdi. Birdən qapının səsi gəldi. Müəllim ucadan dedi: 
«Buyurun». 
Qapı  açıldı.  Gələn  adamı  görəndə  isə  az  qaldı  ürəyim 
yerindən  qopsun.  Atam  qapının  ağzında  dayanmışdı. 
Müəllim  tez  yerindən  qalxdı.  Atam  ona  yaxınlaşdı. 
Salamlaşıb hal-əhval tutdular. Müəllim dedi:  «Təsadüfən, 
çox vaxtında gəldiniz, hacı ağa Burunsi». 
Atam gülümsədi. 


 
54 
– Niyə ki? 
–  Elə  indicə  Həsənin  imlasını  yoxlayırdım,  siz  qapını 
döyən kimi bitirdim. 
Onlar müəllimin stoluna yaxınlaşdılar. Müəllim mənim 
dəftərimi  göstərəndə  birdən  atamın  üzü  ciddiləşdi  və 
narahat  baxışı  mənə  tuşlandı.  Bir  az  özümü  səliqəyə 
saldım.  Ağzım  qurumuş,  bədənim  istiləşmişdi.  Başımı 
aşağı salıb ayaqqablarıma baxdım. Diqqətim heç bir yerdə 
deyildi,  yalnız  xəcalət  çəkirdim.  Müəllimin  sözlərindən 
başa düşdüm ki, qiymətim iki olub. 
– Bu nə qiymətdir almısan?! 
Atamın  səsindən  özümə  gəldim.  Başımı  yuxarı 
qaldırdım, lakin ona baxmadım. 
– Nə üçün dərs oxumursan? Müəllim deyir ki, dərslərin 
zəifdir. 
Deməyə sözüm yox idi. Vəziyyətimi anlayıb səs tonunu 
aşağı saldı. 
– Evə gələrsən, görək nə olur. 
Müəllimlə sağollaşıb getdi. 
Tənəffüsdə  uşaqlar  başıma  yığışdılar.  Hərəsi  bir  söz 
deyirdi. Biri dedi ki, evə gedəndə yaxşıca döyüləcəksən. 
Ona  gülüb  dedim:  «Atam  adam  vuran  deyil,  çox 
əsəbiləşsə, danlayar. Üstəlik, məni döysə də, eybi yoxdur, 
çünki mən onu çox sevirəm». 
Məktəbin  son  zəngi  çalındı.  Sinifdən  çıxmaq 
istəmirdim.  Atamın  narahat  üzü  yadıma  düşəndə  başıma 
min cür fikir gəlirdi. Necə oldusa, evə yollandım. 
Nəhayət,  çatdım.  Heç  kimə  yaxınlaşmadım,  başqa  bir 
otaqda  büzüşüb  oturdum.  Mənimlə  dalaşan  atamın  hirsli 
görkəmini təsəvvür edirdim. 


 
55 
Birdən  gördüm  ki,  qapının  ağzında  dayanıb.  Ona 
baxdım. Gülümsəyib yaxınlaşdı, başımı tumarladı və məni 
ayağa qaldırdı. 
- Gəl, bu dəfə eybi yoxdur, inşallah, bundan sonra yaxşı 
dərs oxuyarsan. 

Yüklə 1,76 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə