Дырнаг вә тире ишарәләри фәрглидир, һамысы ејни формаја салынсын



Yüklə 1,76 Mb.
Pdf görüntüsü
səhifə13/78
tarix22.01.2022
ölçüsü1,76 Mb.
#83040
1   ...   9   10   11   12   13   14   15   16   ...   78
Allahdan-nur-almış-insan

Əsl mələk 
Məsumə Səbukxiz 
Hər  dəfə  o  şəklə  baxanda  şirin  bir  xatirə  gözlərim 
önündə  canlanır.  Mehriban  ata  kimi  qollarını  iki  kürd 
uşağın boynuna salıb biri ilə danışır. Ətrafda qoyun sürüsü 
var. Sanki Kürdüstanın soyuq havası da şəkildən duyulur. 
O xatirəni Əbdülhüseynin özü mənə danışıb: 
«Uşaqları  gördüyüm  ilk  axşam  çox  da  diqqətimi 
çəkmədilər. 
Mənə 
qəribə 
gəldi, 
amma 
çox 
şübhələnmədim. Digər dostlar da iki balaca çobanın axşam 
vaxtı haraya getdiklərinə təəccüblənmişdilər. 
Çox  maraqlanmadıq.  Bir  az  sonra  qaraltıları  göründü, 
daha sonra isə o da itdi. 
Növbəti  axşam  yenə  gəldilər.  İki  oğlan  uşağı  bir  sürü 
qoyunu yenə həmin yolla aparırdılar. Bu dəfə şübhələndik, 
bildik ki, bu işin içində bir iş var. 
Örgütlərin  işlərindən  məlumatımız  vardı,  onlar  üçün 
qoca-gəncin,  arvad-uşağın  fərqi  yox  idi,  əksər  hallarda 
zorla hamını özlərinə nökər edirdilər. 


 
45 
Önlərini kəsib diqqətlə onlara baxdım. Gözümə şübhəli 
bir  şey  dəymədi.  Qoyunlara  baxdım.  Hərəkətləri  bir  az 
qeyri-təbii idi. 
Birdən  ildırım  sürəti  ilə  beynimdən  bir  fikir  keçdi; 
qoyunların qarnının altına baxdım və qumbaraları gördüm. 
Qoyunların  hər  birinin  qarnının  altına  məharətlə  bir  əl 
qumbarası 
bağlamışdılar. 
Uşaqlar 
sanki 
yerə 
mıxlanmışdılar, gözləri hədəqədən çıxmaq üzrə idi. Dedim 
ki, qorxmayın, sizinlə işimiz yoxdur. Hirslənməli adamlar 
inqilab düşmənləri idilər. 
Qumbaraları topladıq, onları da səhərə qədər yanımızda 
saxladıq.  Səhər  öz  uşaqlarımı  nəsihət  edirmişəm  kimi 
qollarımı  boyunlarına  salıb  onlarla  danışmağa  başladım. 
Onlar əsla belə bir münasibət gözləmirdilər. 
Axırda onlardan söz alandan sonra dedim ki, azadsınız, 
gedə bilərsiniz. 
Mat-məəttəl  mənə  baxır,  inanmırdılar.  Doğru  dediyimi 
anlayandan  sonra  sağollaşıb  yavaş-yavaş  uzaqlaşdılar. 
Tez-tez dönüb arxalarına baxırdılar, hələ də təəccüb içində 
idilər.  Örgütlər  Sepaha  dair  onlarda  çox  vəhşi  təsəvvür 
yaratmışdılar.  Gördükləri  isə  təsəvvürlərində  olandan 
yerlə-göy qədər fərqlənirdi». 

Yüklə 1,76 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə