Дырнаг вә тире ишарәләри фәрглидир, һамысы ејни формаја салынсын



Yüklə 1,76 Mb.
Pdf görüntüsü
səhifə21/78
tarix22.01.2022
ölçüsü1,76 Mb.
#83040
1   ...   17   18   19   20   21   22   23   24   ...   78
Allahdan-nur-almış-insan

Son arzu 
Həmid Xalxali 
Onun xanım Fatimeyi-Zəhraya (ə) eşqi vəsfəgəlməz idi. 
Bir  dəfə  uşaqların  arasında  dedi  ki,  ürəyim  istəyir 
boğazımın  qanı  ilə  anamın  (həzrət  Fatimənin)  müqəddəs 
adını yazım. 
Biz  bir-birimizə  baxdıq.  Bəziləri  təəccüb  içində 
qalmışdılar; nə üçün məhz boğazının qanı ilə? Bunu onun 
özündən  soruşdum,  kədərli  görkəm  alıb  dedi:  «Aşura 
gününün bir səhnəsi həmişə ürəyimi yandırır». 
Aşura  sözünü  eşidəndə  uşaqlar  kədərləndilər.  Özü  də 
dəyişildi və səsi titrəməyə başladı. 
- Ağa Əbu Abdullah (ə) həzrət Əli Əsğərin qanını göyə 
atıb dedi ki, İlahi, qəbul elə. Mənim də ürəyim istəyir ki, 
boğazımın  qanı  ilə  onun  müqəddəs  adını  yazıb  eşqimi 
sübuta yetirim». 
Maraqlıdır,  deyirdi  ki,  Allahdan  istəmişəm  bu  arzu 
şəhadətimdən öncə mütləq həyata keçsin. 
Bunu  sonralar  da  bir  neçə  dəfə  söylədi.  Lakin  birgə 
iştirak  etdiyimiz  bir  neçə  əməliyyatda  bu  istəyi  həyata 
keçmədi. 
Vəlfəcr-1 
əməliyyatında 
onunla 
deyildim. 
Yaralandığını eşidəndə qorxu və həyəcan bütün vücudumu 
sardı. Uşaqlar deyirdilər ki, boğazına güllə dəyib. 


 
63 
Boğaz  həssas  yerdir.  Ehtimal  verdim  ki,  şəhid  olub. 
Bunu  onlara  da  dedim.  Dedilər  ki,  yox,  Allaha  şükür, 
yarası ağır deyil. 
– Necə yəni? 
–  Güman  ki,  güllə  uzaqdan  atılıb,  hacıya  dəyəndə  son 
həddi olub. 
Uşaqların biri söhbətə qarışdı. 
–  Nəhayət,  hacının  arzusu  həyata  keçdi.  Mən  özüm 
gördüm ki, boğazından axan qanla bir daşın üzərinə həzrət 
Fatimənin (ə) adını yazdı. 
Həmin  gün  yaralıları  daşıyan  zaman  təsadüfən, 
Əbdülhüseyni  gördüm.  Xərəklə  aparırdılar.  Huşu  tam 
özündə  deyildi  və  onunla  danışmaq  olmurdu.  Boğazının 
yarasını  və  sağ  əlinin  işarə  barmağının  üzərindəki  qan 
yerini isə çox aydın gördüm. 
Hospitalda  yarasının  sağalmasına  aman  verməyib 
dərhal  cəbhəyə  döndü.  Üzündə  xüsusi  sevinc  vardı  və 
deyirdi:  «Allah  lütf  elədi  və  duam  qəbul  oldu.  Daha 
şəhadətdən başqa bir arzum yoxdur». 

Yüklə 1,76 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə