Дырнаг вә тире ишарәләри фәрглидир, һамысы ејни формаја салынсын



Yüklə 1,76 Mb.
Pdf görüntüsü
səhifə29/78
tarix22.01.2022
ölçüsü1,76 Mb.
#83040
1   ...   25   26   27   28   29   30   31   32   ...   78
Allahdan-nur-almış-insan

Namaz 
halı 
Seyid Kazim Hüseyni 
Sübh  azanına  bir  saat  qalmış  iclas  bitdi  və  batalyona 
qayıtdıq.  İclasdan  öncə  də  ətrafa  nəzarətə  getmişdik. 


 
75 
Çadıra  çatan  kimi  yorğun-əzgin  halda  yerə  sərildim.  Elə 
bildim, Əbdülhüseyn də yatacaq. O isə corablarını çıxarıb 
bayıra çıxdı. Arxasınca getdim. 
Kranın  yanında  dayanıb  köynəyinin  qollarını  çırmadı 
və  dəstəmaz  almağa  başladı.  İşin  gərginliyi  hamımızdan 
çox  onun  üzərinə  düşürdü  və  təbii  ki,  hamıdan  yorğun 
olurdu.  Ehtimal  verməzdim  ki,  gecə  namazı  qılmağa  halı 
olsun. 
Onun  kimi  etmək  istədim,  amma  özümlə  bacarmadım. 
Fikirləşirdim  ki,  bir-iki  saatdan  sonra  durbinin  arxasına 
keçib  mövqelərə  baxmalı  olacağıq.  Allah  bilir,  nə  zaman 
qayıdacağıq.  Öz-özümə  dedim  ki,  24  saatda  bədənin  heç 
olmasa, bir saat istirahətə ehtiyacı var. 
Çadıra  girib  uzandım  və  tez  yuxuya  getdim.  Sübh 
azanında  bizi  oyatdı.  Qalxıb  gözlərimi  ovuşdurdum. 
Gözlərim  açılınca  bir  neçə  saniyə  çəkdi.  Üzünə  baxdım. 
Bildim ki, hər gecə olduğu kimi, yenə mənəvi halla namaz 
qılmışdır. 

Yüklə 1,76 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə