Дырнаг вә тире ишарәләри фәрглидир, һамысы ејни формаја салынсын



Yüklə 1,76 Mb.
Pdf görüntüsü
səhifə37/78
tarix22.01.2022
ölçüsü1,76 Mb.
#83040
1   ...   33   34   35   36   37   38   39   40   ...   78
Allahdan-nur-almış-insan

Həcc ziyarətinin xərci 
Sadiq Cəlali 
Məkkədən  qayıdanda  yoldaşımla  birgə  onu  ziyarətə 
getdik.  O  zaman  evləri  hövzə  tələbələri  küçəsində  idi. 
Otağa girməzdən öncə dəhlizdə hələ qutuda olan bir rəngli 
televizor gördüm. 
Hal-əhval tutandan sonra həcc səfərindən söhbət düşdü, 
nə  etdiklərindən,  nə  gətirdiklərindən  danışdıq.  Rəngli 
televizor  haqda  soruşmaq  istəyəndə  təsadüfən,  özü  dedi: 
«Almağa  icazə  verilən  əşyalardan  yalnız  bir  rəngli 
televizor gətirdim». 


 
101 
– Mübarəkdir! İnşallah, uzun illər işlədəsiniz! 
Mənalı tərzdə güldü. 
– Onu şəxsi istifadə üçün gətirməmişəm. 
– Bəs nə üçün gətirmisən? 
–  Satmağa  gətirmişəm  və  məncə,  sən  yaxşı  müştəri 
olarsan, ağa Sadiq. 
Təəccübləndim. 
- Nə üçün satırsan, hacı ağa? 
–  Düzü,  mən  ziyarət  xərclərini  dəqiq  hesabladım, 
gördüm  ki,  Sepahın  mənə  xərclədiyi  ümumi  məbləğ  16 
min  tüməndir.  İndi  bu  televizoru  o  qiymətə  satmaq 
istəyirəm  ki,  pulunu  Sepaha  verim  və  beytülmala  borclu 
qalmayım. 
Susdu,  sanki  nəsə  düşünürdü,  sonra  yenidən  dillənib 
dedi:  «Doğrusu,  bazardan  xəbərim  yoxdur  və  bu 
televizorların qiymətini bilmirəm». 
Nə  deyəcəyimi  bilmirdim.  Mövzunu  bir  qədər 
uzadandan sonra dedim: «Qoşub yoxlamısan, hacı ağa?» 
– Sapsağlamdır. 
–  Mən  televizoru  alıram,  lakin  bazarda  qiyməti  çox 
olsa, necə? 
– Əgər çox olsa, nuşi-can; əgər aşağı olsa, gərək bizdən 
razı qalasan. 
Televizoru 16 min tümənə aldım, pulu da ikiəlli Sepaha 
təqdim etdi. 
İndi həmin hadisədən illər ötür. Həyat  yoldaşım bəzən 
hələ  də  o  hadisəni  yadına  salıb  Şəhid  Burunsinin 
beytülmala qarşı diqqətindən məsəl çəkir. 
 
 
 


 
102 

Yüklə 1,76 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə