Дырнаг вә тире ишарәләри фәрглидир, һамысы ејни формаја салынсын



Yüklə 1,76 Mb.
Pdf görüntüsü
səhifə45/78
tarix22.01.2022
ölçüsü1,76 Mb.
#83040
1   ...   41   42   43   44   45   46   47   48   ...   78
Allahdan-nur-almış-insan

Yeni 
gödəkcə 
Məsumə Səbukxiz 
Arabir atası kənddən bizə baş çəkməyə gəlirdi. Bir dəfə 
Əbdülhüseyn  məzuniyyətdə  olanda  təsadüfən,  o  da  gəldi. 
Hələ  yolun  yorğunluğu  canından  çıxmamış  Əbdülhüseyn 
yenə  cəbhədən  danışmağa  başladı.  Həmişə  deyirdi: 
«İstəyirəm atamı cəbhəyə aparım, orada şəhid olsun». 
Bu dəfə  atasından  əl çəkmədi.  Sonda  necə  oldusa, onu 
cəbhəyə  aparmağa  razı  saldı.  Bütün  işlərini  özü  yoluna 
qoydu  və  məzuniyyəti  bitəndən  sonra  ikisi  birgə  cəbhəyə 
yollandılar. 
Üç-dörd  aydan  sonra  rəhmətlik  atası  qayıtdı.  Birbaş 
Məşhədə  və  bizə  gəldi.  Cəbhənin  yaxşı  cəhətlərindən 


 
114 
danışır,  biz  də  dinləyirdik.  Əbdülhüseynin  əxlaqından  və 
davranış  tərzindən  bir  şey  eşitmək  üçün  diqqətlə  qulaq 
asırdım.  Bu  haqda  soruşanda  dedi:  «Bala,  bilmirsən  ki, 
ərin nə qədər diqqətli və həssasdır!» 
– Necə məgər? 
–  Cəbhəyə  çatanda  mənə  bir  gödəkcə  vermişdi,  dünən 
qayıdanda da alıb Bəsic üzvlərinə verdi. 
Təəccübləndim.  Adətən,  döyüşçülərə  verilən  paltar  bir 
müddətdən sonra onlarınkı olurdu. 
Bir neçə gündən sonra Əbdülhüseynin özü məzuniyyətə 
gəldi. Salamlaşandan sonra dedim: «Axı gödəkcə nədir ki, 
bir qoca kişiyə verib, sonra da alasan?!» 
Güldü. 
– Bilmirəm atam sənə nə deyib. 
Ondan əhvalatı danışmasını istədim. 
–  Cəbhəyə  çatanda  hava  soyuq  idi.  Atamın  yaşını 
nəzərə alıb ona yeni bir gödəkcə verdim. Otaqda özümün 
bir  neçə  yeri  yamaqlanmış  köhnə  gödəkcəm  vardı. 
Gördüm  ki,  özününkünü  çantaya  qoyub  mənim  köhnə 
gödəkcəmi götürdü. Cəbhədə olduğu üç-dörd ayda həmin 
gödəkcəni geyindi. 
Məzuniyyətə  çıxanda  yaxşı  görünsün  deyə  yeni 
gödəkcəni  çıxarıb  geyinmək  istədi.  Ona  dedim  ki,  ata, 
inşallah haraya? 
– Məzuniyyət veriblər, kəndə gedirəm. 
–  Kəndə  gedirsənsə,  bəs  nə  üçün  köhnə  gödəkcəni 
geyinmirsən? 
Məqsədimi anlamadı, üzümə baxıb lal-dinməz dururdu. 
Mən  də  çəkinmədən  dedim  ki,  yeni  gödəkcəni  çıxarıb 
əvvəlkini  geyinsin.  Əvvəlcə  etiraz  etdi  ki,  məgər 
özümünkü deyil?! Dedim ki, özününkü olsaydı, ilk gündən 


 
115 
geyinərdin. Nəhayət, onu razı saldım ki, beytülmala qarşı 
diqqətli olsun və savabını əldən verməsin. 
Əbdülhüseyn  gülərək  əlavə  etdi:  «Yeni  gödəkcəni 
əynindən çıxarmağa özüm də kömək elədim». 

Yüklə 1,76 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə