Дырнаг вә тире ишарәләри фәрглидир, һамысы ејни формаја салынсын



Yüklə 1,76 Mb.
Pdf görüntüsü
səhifə44/78
tarix22.01.2022
ölçüsü1,76 Mb.
#83040
1   ...   40   41   42   43   44   45   46   47   ...   78
Allahdan-nur-almış-insan

Xüsusi palata 
Məsumə Səbukxiz 
Müqəddəs 
Məşhəd 
şəhərinin 
17 
Şəhrivər 
xəstəxanasında  yatırdı.  Hər  dəfə  baş  çəkməyə  gedəndə 
yanında  iki  nəfəri  görürdüm.  İlk  günlərdə  digərləri  kimi 
onu ziyarət etməyə gəldiklərini düşünürdüm. Yavaş-yavaş 
öyrəndim  ki,  yox,  onlar  həmişə  oradadırlar.  Bir  dəfə  ağa 
Burunsidən onların kimliyini soruşdum. 
– Dostlarımdır. 
– Nə üçün həmişə buradadırlar? 
– Dostdurlar da, buraya gəlirlər ki, yanımda olsunlar. 
O  qədər  inamla  danışırdı  ki,  sözünə  şübhə  qalmırdı. 
Lakin  ağılla  da  uyğun  gəlmirdi;  iki  dost  həmişə  yanında 
olsunlar! 
İlk  günlərdə bir neçə xəstə ilə  bir palatada  yatırdı. Bir 
dəfə  gedəndə  isə  orada  deyildi.  Ürəyimə  min  cür  fikir 
gəldi.  Tibb  bacısından  soruşdum,  başqa  bir  palataya 
köçürüldüyünü söylədi. 
Yeni  palatada  yalnız  bir  çarpayı  vardı, həmin  iki  nəfər 
də  orada  idilər.  Məni  görən  kimi  bayıra  çıxdılar.  Gəlib 
çarpayının  yanında  dayandım.  Salamlaşandan  sonra 
dedim: «Səni nə üçün xüsusi palataya gətirdilər?» 
Laqeyd halda cavab verdi: «Doktor deyib ki, mənə səs-
küy olmaz, ona görə». 


 
113 
Bir  ay  xəstəxanada  yatdı,  həmin  iki  nəfər  də  həmişə 
yanında  qaldılar.  Xəstəxanadan  çıxıb  evə  gələndə  də 
yanında idilər. 
Hələ  yarası  sağalmamış  cəbhədən  adam  göndərdilər. 
Həmin yaralarla cəbhəyə qayıtdı. 
O, şəhid olandan sonra həmin iki nəfəri gördüm. Özləri 
gəlmişdilər. Dedilər ki, biz ağa Burunsinin mühafizəçiləri 
idik.  Gözlərim  az  qala  hədəqəsindən  çıxacaqdı.  Ağlıma 
gəlməyən yeganə şey bu idi. 
– Bəs siz nə üçün mənə bir söz demirdiniz? 
–  Hacı  ağa  xahiş  etmişdi  ki,  sizə  heç  nə  deməyək;  nə 
sizə, nə də başqa birinə. 

biri 
yoldaşı  dilləndi:  «Onu  bizim  çoxlu 
etirazlarımızdan sonra xüsusi palataya köçürdülər». 
– Nə üçün? 
–  Çünki  o  rəhmətlik  həmişə  insanların  arasında  olmaq 
istəyirdi,  biz  isə  bunu  təhlükəli  sayırdıq.  Sonunda  xahiş-
minnətdən sonra oradan çıxardıq. 

Yüklə 1,76 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə