Дырнаг вә тире ишарәләри фәрглидир, һамысы ејни формаја салынсын



Yüklə 1,76 Mb.
Pdf görüntüsü
səhifə40/78
tarix22.01.2022
ölçüsü1,76 Mb.
#83040
1   ...   36   37   38   39   40   41   42   43   ...   78
Allahdan-nur-almış-insan

Paltaryuyan 
maşın 
Seyid Kazim Hüseyni 
O, cəbhədə qaldı, mənsə Məşhədə məzuniyyətə getdim. 
Ertəsi  gün  səhər  tezdən  Sepahın  yerləşdiyi  Məlikabada 
getdim. 
Yüksək 
rütbəli 
məmurların 
biri 
dedi: 
«Komandirlərin  hər  birinə  bir  şey  verdik,  ağa  Burunsinin 
payına da bir paltaryuyan maşın düşdü». 
Bir az dayanıb sözünə davam etdi: «Siz zəhmətini çəkib 
onun evinə apara bilərsiniz?» 
Bilirdim ki, hacı olsa, heç vaxt qəbul etməz. Öz-özümə 
düşündüm  ki,  nə  yaxşı,  nə  qədər  ki  yoxdur,  özüm  həll 
edərəm. Sonradan xəbər tutanda artıq iş-işdən keçmiş olar 
və daha bir iş  görə bilməz. Bu baxımdan dedim ki, sevə-
sevə apararam. 
Paltaryuyan  maşını  bir  yük  maşınının  arxasına  qoyub 
tez evlərinə apardım. 
Onun  qəzəbi  heç  vaxt  yadımdan  çıxmaz.  Bu  məsələni 
öyrənəndə  düz  mənim  yanıma  gəldi.  Onu  heç  vaxt  elə 
əsəbi görməmişdim. Səsi titrəyirdi. 
–  Sən  hansı  icazə  ilə  mənim  evimə  paltaryuyan  maşın 
aparmısan?! 
Belə bir şey gözləmədiyimə görə həyəcanlandım. 
– Yuxarıdan belə əmr etdilər. 
Daha da əsəbiləşdi. 
– Üzrün günahından betərdir. 
Bir  az  dayanıb  acıqla  sözünə  davam  etdi:  «Elə  indicə 
gedib o hədiyyəni gətirdiyin yerə apararsan». 


 
107 
Yavaş-yavaş özümə gəldim. 
– Məgər nə olub ki, belə aləmi bir-birinə qatıbsan, hacı 
ağa?! 
Qışqırdı:  «Məgər  mən  cəbhəyə  getmişəm  ki,  evimə 
paltaryuyan maşın gəlsin?» 
– Kiçik bir şeydir, haqqın idi, verdilər. 
–  Siz  mənim  savabımı  puç  etmək  istəyirsiniz.  Mən 
başqa  şeydən  ötrü  müharibəyə  getmişəm,  dini  vəzifəmə 
əməl edirəm. Bu kimi şeylər bizi yoldan çıxara bilər. 
Dərin bir ah çəkib üzünü yana çevirdi. 
–  Hələ  bu  aldığım  maaşa  haqqımın  çatıb-çatmadığını 
bilmirəm.  Gərək  məzuniyyətə  çıxanda  işləyib  ailəmin 
xərclərini  çıxarım  və  sonra  cəbhəyə  gedim.    Siz  isə  belə 
işlər görürsünüz! Səndən bunu gözləməzdim, ağa seyid! 
Əsla razılaşmadı, möhkəm və ciddi şəkildə dedi: «Onu 
özün gətirmisən, özün də gəlib aparacaqsan». 
Mən də inadkarlığa başladım. 
–  O  maşın  sənin  arvad-uşağının  haqqıdır  və  o  evdə 
qalmalıdır. 
Sağollaşıb  gedəndə  dedi:  «Sən  aparana  qədər  ona  əl 
vurmayacağıq». 
Öz-özümə  dedim:  Hansı  sözünə  qulaq  assam  da,  buna 
qulaq asmayacağam. 
Elə  də  oldu.  Ondan  sonra  iki  ayağımı  bir  başmağa 
dirədim və paltaryuyan maşını gətirmədim. 
Allah  ona  rəhmət  eləsin!  O  da  yoldaşına  demişdi  ki, 
maşını qutusundan çıxarma. 
O,  şəhid  olana  qədər  eləcə  qutuda  qaldı.  Şəhadətindən 
bir  müddət  sonra  onu  daha  yeni  bir  paltaryuyan  maşınla 
dəyişib ailəsinə apardım. 


 
108 

Yüklə 1,76 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə