Дырнаг вә тире ишарәләри фәрглидир, һамысы ејни формаја салынсын



Yüklə 1,76 Mb.
Pdf görüntüsü
səhifə48/78
tarix22.01.2022
ölçüsü1,76 Mb.
#83040
1   ...   44   45   46   47   48   49   50   51   ...   78
Allahdan-nur-almış-insan

Qərəz və mərəz 
Məsumə Səbukxiz 
O,  şəhid  olana  qədər  cəbhədə  vəzifəsinin  nə  olduğunu 
bilmədim.  Qohum-qonşuların  çoxu  da  bilmirdilər.  Onun 
cəbhəyə getməsindən söz düşəndə bəzi tanışlar deyirdilər: 
«Sənin ərin cəbhədən nə istəyir ki, bu qədər gedir?!» 


 
118 
Bir  dəfə  qonşular  arasında  bundan  söz  düşdü. 
Qadınların biri dedi: «Mən deyirəm ki, ağa Burunsi arvad-
uşaqlarından  doyub  cəbhəyə  gedir  və  əsgərlərin  yanında 
qalır». 
Heç  kim  ona  əhəmiyyət  vermədi.  Vəziyyətdən  çıxmaq 
üçün  sözünə  davam  etdi:  «Axı  adam  ailəsindən məhəbbət 
görsə, onları da nəzərə alar». 
Sözü  ürəyimə  ağırlıq  etdi.  Bilmirəm  qərəzi  vardı, 
mərəzi  vardı,  yoxsa  hər  ikisi.  Bir  söz  demədim,  başımı 
aşağı salıb narahat halda evə yollandım. 
Onda  Əbdülhüseyn  də  məzuniyyətdə  idi.  Həmin 
qadının sözünü dedim. Çox narahat olduğumu bildi, bəlkə 
də məsələni təbii göstərməkdən ötrü gülüb dedi: «Bilirsən 
mən nə etməliyəm?!» 
– Yox. 
–  Gərək  küçəyə  bir  stul  qoyub  qonşuları  toplayım, 
sonra  da  hamısına  deyim  ki,  ay  camaat,  mən  arvad-
uşaqlarımı  sevirəm,  həm  də  çox  sevirəm,  amma  cəbhə 
daha vacibdir. 
Ciddi görkəm alıb gözlərinə baxdım. 
–  Bu  sözü  deyən  qadın  yəqin  bilmir  ki,  mənim arvad-
uşaqlarım burada təhlükəsiz yerdədirlər, lakin sərhədlərdə 
çoxlarının evləri dağılıb və təhlükə altındadırlar. 

Yüklə 1,76 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə