Дырнаг вә тире ишарәләри фәрглидир, һамысы ејни формаја салынсын



Yüklə 1,76 Mb.
Pdf görüntüsü
səhifə46/78
tarix22.01.2022
ölçüsü1,76 Mb.
#83040
1   ...   42   43   44   45   46   47   48   49   ...   78
Allahdan-nur-almış-insan

Atasının vəfatı 
Məsumə Səbukxiz 
Atası  infarkt  keçirmişdi.  Kəndə  gedib  onu  Məşhədə 
gətirdik,  bir  neçə  doktora  apardıq,  Hamısı  eyni  sözü 
dedilər: «Daha düzələsi deyil». 
Dolayısı  ilə  işarə  vururdular  ki,  ömrünün  son 
günləridir. 
Həmin  əsnada  bir  gün  Əbdülhüseyn  cəbhədən  zəng 
vurdu. Atasının xəstə olduğunu dedim. Dedi ki, onun üçün 
dua edərəm. Etiraz etdim. 
– Necə yəni?! Sən Məşhədə gəlməlisən. 
– Mən nə üçün gəlim? Özünüz həkimə aparın. 
– Elə bilirsən indiyə qədər aparmamışıq?! 
Bir  söz  demədi,  deyəsən,  təxmin  etdi  ki,  vəziyyəti 
ağırdır. 
– Həkimlər dedilər ki, sağalmayacaq. İndi də vəziyyəti 
çox pisdir, hətta... 
Ölüm  ehtimalının  olduğunu  demək  istəyirdim,  amma 
səsim  titrədi  və  heç  nə  deyə  bilmədim.  Bir  neçə  saniyə 
sakit  qaldı,  sonra  qəmli  halda  dedi:  «Burada  şərait  elədir 
ki,  mütləq  qalmalıyam;  hətta  Allah  eləməmiş,  atam  vəfat 
etsə də». 
Çox hirsləndim. 
– Bu nə sözdür?! 
– Cəbhə hər şeydən vacibdir. 
– Bəs bir şey olsa, nə edək? 
Kədərli səslə yavaşca dedi: «Aparıb dəfn edərsiniz». 


 
116 
Bir  neçə  gündən  sonra  elə  də  oldu.  Atası  dünyadan 
köçdü,  amma  onu  dəfn  etmədik.  Qardaş-bacıları  və  digər 
qohumları onun gəlməsini gözlədilər. 
Meymək əməliyyatı yeni başlanmışdı. Çox çətinliklə və 
bir  neçə  vasitə  ilə  onunla  danışa  bildim.  Dedim  ki,  atan 
rəhmətə getdi. 
Yavaşca dedi: «Həqiqətən, biz Allahınıq və Ona doğru 
qayıdacağıq». (Bəqərə, 156) 
– Hələ onu dəfn etməmişik. 
– Nə üçün? 
– Burada hamı səni gözləyir. 
–  Keçən  dəfə  zəng  edəndə  hələ  əməliyyat 
başlanmamışdı, indi isə başlanıb, heç cür gələ bilmərəm. 
– Belə şey olar?! Bir sutkalığa gəl və tez qayıt. 
–  İndi  mənə  daha  çox  cəbhədə  ehtiyac  var.  Özünüz 
aparın, dəfn edin.  
Rəhmətliyin  qırxında  gəldi.  Həm  Məşhəddə  məclis 
keçirdik, həm də kənddə. Kəndin məscidində özü minbərə 
çıxıb dedi: «İndi bütün kənd əhalisi buraya toplaşıb». 
Danışanlar  sakit  qaldılar.  Öz-özümə  düşündüm  ki, 
görəsən, nə demək istəyir? 
Ucadan  dedi:  «Kimin  rəhmətlik  atamdan  incikliyi 
varsa,  onda  borcu-zadı  qalıbsa,  burada  özümə  desin,  həll 
edək». 

Yüklə 1,76 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə