Дырнаг вә тире ишарәләри фәрглидир, һамысы ејни формаја салынсын


Kuşkun yumşaq torpağı və Burunsinin



Yüklə 1,76 Mb.
Pdf görüntüsü
səhifə32/78
tarix22.01.2022
ölçüsü1,76 Mb.
#83040
1   ...   28   29   30   31   32   33   34   35   ...   78
Allahdan-nur-almış-insan

Kuşkun yumşaq torpağı və Burunsinin 
yadi
garı 
Seyid Kazim Hüseyni 
Ramazan  əməliyyatından  öncə  Sepahın  komandanı 
bizim bölgəmizə gəlmişdi. 
Yüksək  rütbəli  zabitlər  arasında  özəl  bir  əməliyyatdan 
söz gedirdi. Nəhayət, bu əməliyyat Sepahın komandanlığı 
tərəfindən bizim briqadamıza, yəni 18-ci İmam Cavad (ə) 
briqadasına həvalə olundu. 
Həmin  gün  briqadanın  başçısı  təcili  iclas  çağırdı. 
Mövzunun  nədən  ibarət  olduğunu  orada  öyrəndik. 
Düşmən  bölgəyə  T-72  tankları  yeritmişdi.  İki  çox  güclü 
batalyon 
bizə  hücum  əmri  gözləyirdi.  Kəşfiyyat 
bölüyünün  uşaqları  əminliklə  deyirdilər  ki,  onlar  sabah 
hücuma keçməyə hazırlaşırlar. 
Onların  hücumu  baş  tutsaydı,  Ramazan  əməliyyatı 
başlamadan  iflas  edəcəkdi.  Çoxlu  söhbətlərdən  sonra 
iclasda  qərara  gəldik  ki,  gecə  ikən  düşmən  mövqelərinə 
girib T-72 tanklarını məhv edək. 
Düşmən  bu  tankları  bölgəyə  yeni  gətirmişdi,  ondan 
öncə  heç  bir  əməliyyatda  görməmişdik.  RPG  raketi  bu 
tanklara  təsir  etmirdi,  gedib  çox  yaxından  və  xüsusi 
yerlərindən vurmaq lazım idi. 
Həmin  gün  əməliyyata  nə  qədər  canlı  qüvvənin  və 
hansı  yolla  hücuma  keçməsindən  söhbət  düşdü.  Bu  iş  üç 


 
78 
batalyona  tapşırıldı.  Birinin  komandiri  Əbdülhüseyn  idi. 
Mövqeləri  təyin  etməyə  gedəndə  həmişəki  kimi 
təbəssümlü və sakit görünürdü. 
Düşmən mövqelərinə yaxınlaşdıq. İraqlılar bir həftə idi 
orada  işləyirdilər.  Möhkəm  bir  qala  əmələ  gəlmişdi, 
önündə çoxlu maneələr gözə çarpırdı. Maneələrdən  öndə, 
düz  yolumuzun  üstündə  geniş  bir  düzənlik  var  idi.  Əgər 
maneələri aşa bilsəydik də, orada çox çətin olacaqdı. Buna 
baxmayaraq, uşaqlar briqada komandirinə deyirdilər:  «Siz 
yalnız deyin ki, qayıtmaq üçün nə edəcəyik». 
Biz  düşmənin  texnikasını  sıradan  çıxarmağa  gedirdik. 
Buna  görə  də,  hər şeydən  əhəmiyyətli  olan uşaqların  sağ-
salamat geri qayıtması idi. Briqada komandiri bir neçə yol 
göstərdi,  özümüz  də  bəzi  işləri  gördük,  hətta 
kompaslarımızı qayıtmaq üçün tənzimlədik. 
Vəziyyəti  öyrənib  qayıdanda  günəş  batmaq  üzrə  idi. 
Əbdülhüseynlə mən öz batalyonumuza getdik. 
Digər  iki  batalyon  bir  iş  görə  bilmədilər.  Onların  biri 
öncədən mövqeləri yaxşı təyin etmədiyinə görə yolu itirdi, 
birinin  də  komandirinin  ayağı  minaya  düşdü.  Ratsiya  ilə 
hər iki batalyona geri dönmək əmri verildi. 
Artıq hamının ümidi bizim batalyonumuza idi, bizim də 
ümidimiz  Əhli-beytin  (ə)  duasına.  Hamıdan  çox 
Əbdülhüseynin özü təvəssül halında idi. Yola düşəndə alın 
lentini  tapmaq  üçün  bizi  bir  neçə  dəqiqə  gözlətdi.  Alın 
lenti  çox  idi,  onun  nəyi  axtardığını  bilmirdim.  Tələsik 
yaxınlaşıb dedim: «Nə edirsən, Hacı? Birini götür gedək». 
Alın  lentlərindən  birini  götürüb  ona  verdim,  amma 
almadı. 
– Həzrət Fatimeye-Zəhranın müqəddəs adının yazıldığı 
lenti axtarıram. 


 
79 
Xüsusi  mənəvi  halda  idi,  halını  dəyişmək  istəmədim. 
Mən də kömək etdim, nəhayət, birini tapdıq. Üstünə gözəl 
yaşıl xətlə yazılmışdı: «Ya Fatimə əz-Zəhra!» 
Gözləri  yaşardı,  götürüb  alnına  bağladı.  Bir  neçə 
dəqiqədən  sonra  bütün  batalyon  yola  çıxdı.  Həqiqətən, 
daxilimizdə inqilab baş vermişdi, hamı təvəssül edirdi. 
Həmin gecə hədəfə çatan yeganə batalyon bizimki idi. 
300-400 Bəsic üzvü haqqında danışdığım geniş düzənlikdə 
bir-birinin  arxasınca  yavaş  və  səssizcə  düşmənə  doğru 
addımlayırdı. 
Maneələrə  30-40  metr  qalmış  birdən  düşmən  düz 
başımızın üstündə manevr etdi. Düzənlik işıqlandı və onlar 
kolonun bir başını gördülər. Birdən səs-küy qopdu. 
Aramsız  güllə  səsləri  düzənliyin  sükutunu  alt-üst  etdi. 
Qeyri-bərabər  bir  döyüş  başladı.  Onlar  istehkam  və 
maneələrin  arxasında  möhkəm  qalada  idilər,  biz  isə  açıq 
çöldə. Hamımız yerə uzanmışdıq. Yeganə üstün cəhətimiz 
torpağın  yumşaq  olması  idi;  uşaqlar  çox  tez  torpağın 
içində gizləndilər. 
Düşmən var gücü ilə atəş açırdı. RPG-11, tank mərmisi 
– hər bir silahla düzənliyi hədəf seçmişdilər. Əbdülhüseyn 
əmr etmişdi ki, biz hətta bir güllə də atmayaq. O, vəziyyəti 
dəqiq ölçüb-biçmişdi.  Belə olduqda düşmən bizi bir neçə 
nəfərlik  bir  kəşfiyyat  qrupu  ilə  səhv  salıb  hamının  işini 
bitirdiyini düşünəcəkdi. Təsadüfən, elə də oldu. 
Təxminən  15-20  dəqiqə  güclü  atəşdən  sonra  səslər 
yavaş-yavaş  azaldı.  Özüm  də  sağ  qaldığıma  inanmırdım. 
Düşmən  əməliyyat  ehtimalı  versəydi,  bu  asanlıqla  bizdən 
əl çəkməzdi. Onlar bizim bir kəşfiyyat qrupu olduğumuza 
əmin  olmuşdular,  300-400  hərbçinin  onlara  yaxınlaşdığı 
ağıllarına gəlmirdi. 


 
80 
Mən Əbdülhüseynin yanında yerə uzanmışdım. O, dedi: 
«Batalyona bax, gör vəziyyət necədir?» 
Sürünə-sürünə  kolonun  axırına  qədər  getdim.  13-14 
şəhid  vermişdik.  Düşmənin  güclü  atəşinə  və  bizim 
mövqeyimizə əsasən, bu sayda itkinin özü bir möcüzə idi. 
Bəziləri ağır yaralanmışdılar. Hər kəs özünə nəzarət edirdi 
ki,  ağrıya  görə  səsi  çıxmasın.  Biri  əlini  dişlərinin  arasına 
qoyub  sıxırdı.  Tez  şalını  boğazından  açdım,  əlini  birtəhər 
dişlərinin arasından çıxarıb onu ağzına basdım. 
Uşaqların  arasında  gözüm  Hüseyn  Cavanana  sataşdı.  
Salamat  idi.  Onu  kolonun  arxasına  aparıb  dedim: 
«Muğayat ol ki, heç kimin səsi çıxmasın». 
– Bilirsən hacı nə etmək istəyir? 
Təəccübləndim. 
– Bunu soruşmağa dəyməz, təbii ki, qayıdırıq. 
– Bəs əməliyyat nə olacaq? 
– Bu vəziyyətdə əməliyyat intihar deməkdir. 
Növbəti  sualı  gözləməyib  yenidən  sürünə-sürünə 
kolonun  başına  Əbdülhüseynin  yanına  getdim.  Yatmış 
kimi  görünürdü.  Üzü  üstə  uzanıb  alnını  əlinin  arxasına 
qoymuşdu  və  tərpənmirdi.  Yavaşca  onu  səslədim.  Başını 
qaldırdı. 
– Deyəsən, qayıtmaq istəmirsən, hacı? 
Bir söz demədi. Soyuqqanlılığına hirsləndim. 
– Nə etməyimizi istəyirsən, hacı ağa? 
Yavaşca və kədərli səslə dedi: «Sən de, nə edək, seyid? 
Sən axı özünü xəritədən, kompasdan, döyüş qaydalarından 
başı çıxan adam hesab edirsən!» 
Bu  tərzdə 
danışığı  mənə  qəribə  gəldi.  Əsla 
düşünmədim. 
– Təbii ki, qayıdırıq. 
Tez dilləndi: «Nə?!» 


 
81 
Vəziyyətin  əlverişsiz  olduğunu  və  yaralıların  halını 
fikirləşirdim. Daha əminliklə dedim: «Qayıdırıq». 
– Belə şey olar?! 
Cavabını gecikdirmədim. 
– Məgər biz bu lənətə gəlmiş qaladan keçə bilərik?! 
Bir  söz  demədi,  fikrimi  yeritmək  üçün  məsələni  izah 
etməyə başladım. 
–  Bizim  yalnız  iki  yolumuz  vardı,  düşmənin  bizi  fərq 
etdiyinə və nəticədə daha ayıq-sayıq dayandığına görə hər 
ikisi bağlandı. 
Saatımı göstərdim. 
–  Komandir  də  dedi  ki,  saat  birə  qədər  bir  iş  görə 
bilməsəniz, mütləq qayıdın. İndi də birin yarısıdır. Bu bir 
neçə  dəqiqədə  heç  bir  yerə  çata  bilmərik.  «Komandir» 
sözünü  deməklə  həssas  nöqtəsinə  toxunmaq  istəyirdim. 
Bilirdim ki, hər bir şəraitdə komandirinə tabe olur. 
Bir  dəfə  iraqlıların  müdafiə  xəttini  yarıb  mövqelərini 
ələ  keçirmişdik.  Lakin  yerləşmək  istəyərkən  ratsiya  ilə 
qayıtmağımız  əmr  ediləndə  qeyd-şərtsiz  geri  dönmüşdü. 
İndi də onun reaksiyasını gözləyirdim. 
– Fikrin bu idi? 
– Məgər sənin başqa bir fikrin var? 
Bir neçə saniyə sakit qaldı, qəhər içində dedi:  «Mənim 
də ağlıma bir şey gəlmir». 
Dəqiq  yadımdadır  ki,  orada  üzünü  Kuşkun  yumşaq 
torpağı 
üzərinə 
qoydu. 
Müzakirənin 
nəticəsini 
gözləyirdim.  Saniyələr  ötürdü.  Çox  nigaran  idim,  o  isə 
sakit uzanmışdı və heç nə demirdi. 
– Bəs nə edək, ağa Burunsi? 
Heç tərpənmədi də. Mən əsəbiləşdim. 
–  Hacı  ağa,  hamı  gözləyir,  de  görək  nə  etmək 
istəyirsən? 


 
82 
Yenə  heç  nə  eşitmədim.  Sualımı  bir  neçə  dəfə 
təkrarladım,  o  isə  sanki  bu  dünyada  deyildi.  Bir  anlığa 
düşündüm  ki,  birdən  qulaqlarına  nəsə  olar.  Sualımı  yenə 
təkrar  etmək  istəyəndə  astadan  zarıltı  səsi  gəldi.  Səs 
arxadan  gəlirdi.  Tez  sürünə-sürünə  kolonun  ortasına 
getdim. 
Təxminən  10  dəqiqə  ötdü.  Bu  müddətdə  iki-üç  dəfə 
Əbdülhüseynin yanına gəldim. Gərginliyim hər an artırdı. 
Bütün diqqətim uşaqlarda idi. O da cavab vermirdi. Hirslə 
deyirdim: «Axı bu nə vəziyyətdir, hacı?! Bir söz de!» 
Heç  nə  demirdi.  Sonuncu  dəfə  yanına  gələndə  birdən 
başını  qaldırdı.  Üzünə  fikir  vermədim.  Ürəyim  bərk 
döyünürdü  və  tez  o  vəziyyətdən  çıxmaq  istəyirdim. 
Düşmən də bekar oturmurdu; arabir manevr edir, bəzən də 
atəş açırdı. 
Nəhayət,  Əbdülhüseyn  dilləndi.  Səsi  dəyişmişdi,  çox 
ağlamış adamın səsi kimi idi. 
– Seyid Kazim, yaxşı qulaq as, gör nə deyirəm. 
Bütün diqqətimlə onu dinləməyə çalışdım. 
– Özün irəliyə get. 
Gözlərim bərəldi. 
– İrəliyə gedib nə edim? 
–  Nə  deyirəmsə,  eynilə  onu  da  et.  Özün  gedirsən 
kolonun başına, yəni birinci adam olursan. 
Sağ tərəfini göstərdi. 
–  Kolonun  başına  çatanda  sağa  dönüb  25  addım 
irəliləyirsən. 
Bir qədər dayanıb təkid etdi: «Dəqiq sayarsan». 
Mat-məəttəl ona baxırdım. 
– 25 addım gedəndən sonra orada bir nişan qoy, sonra 
qayıt və uşaqları arxanca oraya apar. 


 
83 
Bir  anlığa  zarafat  etdiyini  düşündüm.  Lakin  çox  ciddi 
danışırdı; həm ciddi, həm də tam əminliklə. 
– Nişan qoyduğun yerə çatandan sonra düşmənə doğru 
40 metr irəlilə. Orada artıq uşaqların nə etməli olduqlarını 
özüm deyəcəyəm. 
Yerimdən  tərpənmədim.  Mənə  baxıb  əmrini  yerinə 
yetirməmi  gözləyirdi.  Hər  sözü  beynimdə  böyük  bir  sual 
işarəsi yaratmışdı. 
– Axı sən nə etmək istəyirsən, hacı? 
Hirslə soruşdu: «Eşitdin nə dedim?» 
– Eşitməyinə eşitdim, amma... 
Sözümü kəsdi. 
– Onda tez dediklərimi yerinə yetir. 
Az  qalmışdı  səsim  ucalsın.  Özümü  saxlayıb  yavaşca 
etiraz etdim. 
– Hacı ağa, nə dediyinin fərqindəsən? 
Bu dəfə sözümü kəsməsinə imkan vermədim. 
– Bu, intihardır, əsl intihar! 
Qətiyyətlə dedi: «Sən əmri yerinə yetir». 
Nə  qədər  fikirləşirdimsə,  ağlımla  düz  gəlmirdi.  Bəlkə 
elə  buna  görə  də  ona  məhəl  qoymadım,  gözlərinin  içinə 
baxıb dedim: «Bu intihar əmrini başqa birinə ver». 
–  Bu  əmri  sənə  verdim,  sənin  də  borcun  danışmadan 
icra etməkdir. 
Səsi  ciddi  və  qətiyyətli  idi.  Deyəsən,  onun  da  tərsliyi 
tutmuşdu. Əmrə tabe olmaqdan başqa yolum yox idi. Daha 
heç  nə  demədim,  sürünə-sürünə  kolonun  başına  getdim. 
Orada ayağa qalxıb sağa döndüm və addımlarımı saymağa 
başladım: bir, iki, üç, dörd... 
Fikirlərim  qarışıq  olsa  da,  dəqiq  saymağa  çalışdım. 
İyirmi  beşinci  addımda  dayandım,  yerə  bir  nişan  qoyub 
uşaqların  yanına  qayıtdım.  Hamını  öz  arxamca  nişanın 


 
84 
yanına  apardım.  Növbəti  əmrini  düşündüm:  «Düşmənə 
doğru  40  mert  irəli!»  Taqım  və  manqa  komandirlərinin 
köməyi  ilə  batalyonu  təxminən  40  metr  irəli  apardım. 
Birdən özünə gəldi. Seyid  və digər bir neçə RPG atan da 
yanında idi. Üzünü seyidə tutdu. 
– Atəşə hazırsan? 
– Bəli, hacı ağa. 
–  Mən  «Allahu-Əkbər»  deyən  kimi  barmağımın 
uzandığı tərəfə atəş açacaqsan. 
Qoca mat qalmışdı, astadan və təəccüblə dedi: «Biz axı 
bir şey görmürük, hacı ağa? Haranı vuraq?» 
– Sənin nəyinə lazımdır?! O tərəfə atəş aç, vəssəlam. 
Digər dörd-beş RPG atana da dedi: «Siz də təkbir səsini 
eşidən kimi seyidin arxasınca önünüzə atəş açın». 
Üzünü mənə tutdu. 
– Siz də digər uşaqlarla birgə dərhal hücuma keçin. 
Mən  hələ  razılaşmamışdım,  yalvararaq  dedim:  «Gəl 
qayıdaq, hacı, hamını ölümə verəcəksən». 
Soyuqqanlılıqla dedi: «Artıq gecdir». 
Üzünü seyidə tutdu. 
– Hazırsan, seyid can? 
– Tam hazıram. 
Əbdülhüseyn  başını  göyə  qaldırdı,  xüsusi  tərzdə 
səmanın  oyan-buyanına  baxdı.  Dodaqaltı  dua  da 
oxuyurdu. Birdən nərə çəkdi: «Allahu-Əkbər!» 
Təkbiri  elə  dedi  ki,  sanki  bütün  yer  kürəsini  yuxudan 
oyatmaq  istəyirdi.  Onun  arxasınca  seyid  «ya  Hüseyn» 
qışqırıb atəş açdı. 
Raketi bir tanka dəyib partlatdı. Hər tərəf işıqlandı. 
Dərhal  dörd-beş  raket  də  atdılar  və  onların  arxasınca 
uşaqlar təkbir deyib hücuma keçdilər. 


 
85 
Düşmən  özünə  gəlmədən  tar-mar  edildi.  Bəziləri 
iraqlıların 
arxasınca 
getmək 
istəyirdilər, 
lakin 
Əbdülhüseyn qışqırdı: «T-72 tanklarını tapın, biz bu qədər 
yolu yalnız onlardan ötrü gəlmişik». 
Nəhayət,  hədəfə  çatdıq.  Polad  tankları  görəndə 
sevincdən  qanad  çalıb  uçmaq  istəyirdim.  Uşaqlar  da 
mənim  kimi  sevinirdilər.  O  anlarda  Əbdülhüseynə 
dediyim sözlərə görə peşman oldum. 
Tankların  canına  düşdük.  O  qaçhaqaçda  Əbdülhüseyn 
seyidə dedi:  «Seyid can, bax, bu, T-72-dir. Deyirlər buna 
raket təsir eləmir». 
Bunu deyib bir tanka atəş açdı, amma tank partlamadı. 
Az sonra eyni mənzərə ilə rastlaşan digər uşaqlar da onun 
yanına gəlib dedilər: «Biz bu tankları vururuq, amma heç 
birinə təsir eləmir. Nə edək?» 
Yarızarafat-yarıgerçək  dedi:  «Bəs  Allah-Taala  sizi  nə 
üçün yaradıb?! Qalxın içinə qumbara atın, gedin yaxından 
vurun». 
Özü  bir  RPG  götürüb  tanklara  yaxınlaşdı.  Gedə-gedə 
deyirdi:  «Biz  bunları  mütləq  partlatmalıyıq,  çünki  bunları 
İslama qarşı buraya toplamışlar!» 
Həmin gecə düşmənin iki zirehli batalyonunu tamamilə 
məhv  etdik.  Öz  mövqelərimizə  çəkiləndə  sübh  azanı 
verilirdi. 
Namazı  qılandan  sonra  hərə  bir  tərəfdə  yatdı.  Mən  də 
Əbdülhüseynin  yanında  uzandım.  Onun  gecəki  əmrləri 
haqda düşünə-düşünə yuxuya getdim. 
Günəşin  istisinə  yuxudan  oyandım.  İki-üç  saat 
yatmışdım.  Hələ  yorğunluğum  çıxmamışdı.  Birdən 
Əbdülhüseyn  məni  çağırdı.  Tez  dedim:  «Can!  Mənimlə 
işin var?!» 


 
86 
Boynunu  göstərib  ağrı  çəkən  adam  kimi  dedi:  «Bunu 
qopar». 
Bir  kəsək  parçası  boynuna  keçib  dəri  ilə  ətin  arasında 
qalmışdı. Bir anlığa yerimdə qurudum. 
- Bu nədir?! 
-  O  qədər  yorğun  olmuşam  ki,  başımın  altına  fikir 
verməmişəm.  Bu  da  boynuma  yapışıb,  indi  də  gördüyün 
hala düşüb. 
Güclə  onu  qopardım.  Ağrısı  çox  idi,  amma 
bilindirmirdi.  Ayağa  qalxmaq  istəyəndə  gecəki  hadisələr 
yadıma  düşdü.  Sanki  şirin  bir  yuxu  görmüşdüm,  şirin 
cənnət yuxusu. 
Əbdülhüseyn  qalxanda  əlini  tutdum.  Üzünü  mənə 
çevirdi. 
Gözlərimi 
gözlərinə 
zillədim, 
bir 
az 
mızıldayandan  sonra  dedim:  «Düzü,  gecəki  hadisədən 
sonra beynimdə çox sual yaranıb». 
Adi şəkildə soruşdu ki, hansı hadisə? 
– Özünü bilməzliyə vurma, bu «25 addım sağa, 40 metr 
irəliyə» məsələsi nə idi? 
Yerindən qalxdı. 
–  İndi  gedək,  seyid  can,  gecikirik,  belə  sual-cavablara 
vaxtımız çox olacaq. 
Mən də yerimdən qalxdım, amma onu saxladım. 
– Yox, elə indi bu məsələni öyrənmək istəyirəm. 
Məni  çox  istədiyini  bildiyimə  görə  belə  cəsarətlə  israr 
edirdim.  Nəsə  demək  istəyəndə  birdən  Hacı  ağa  Zərif  
peyda  oldu.  Salam  verib  halımızı  soruşandan  sonra  dedi: 
«Eşq olsun! Bu gecə də möhtəşəm iş bacarmısınız». 
Təriflərini  davam  etdirmədi,  üzünü  mənə  tutub  dedi: 
«Gedək, seyid?» 


 
87 
Bütün  belə  əməliyyatlarda  olduğu  kimi,  yaralı  və 
şəhidləri  gətirməyə  getməli  idik.  Əbdülhüseyn  sualımdan 
qaçdığına görə çox hirslənmişdim. 
– Ağa Burunsi buradadır, özü ilə get. 
Əbdülhüseyn gülümsəyib dedi: «Oraları sən daha yaxşı 
xatırlayarsan, seyid can, yaxşı olar ki, özün gedəsən». 
İncimiş halda dedim: «Yox, hacı ağa, indi ki biz sirdaş 
deyilik, bundan ötrü də getməsək, yaxşıdır». 
Zərif  söhbətə  müdaxilə  edib  mənə  dedi:  «Mən  siz 
əzizlərin  mübahisəsindən  xəbərsizəm,  amma  ağa  Burunsi 
doğru deyir». 
Sözünü inandırmağa çalışdı. 
–  Sən  bilirsən  ki,  əsgərlər  təhlükəyə  düşəndə  hacı  çox 
həssas olur və mövqelər yaxşı yadında qalmır. Yaxşı olar 
ki, gec olmamış tez gedək. 
Daha  heç  nə  demədim,  Zərif  yola  düşdü,  mən  də 
arxasınca. 
Uşaqlar  bizi  gözləyirdilər.  Maşınlara  minib  tez 
əməliyyat bölgəsinə yola düşdük. 
Gecə uzandığımız yerə çatanda Zərifə dedim ki, burada 
saxla. 
Aşağı  endim.  Qarşımızda  halqa  şəklində  tikanlı  məftil 
topaları  və  digər  maneələr  görünürdü.  Qeyri-ixtiyari 
olaraq,  Əbdülhüseynin  gecəki  əmrini  xatırladım:  «25 
addım sağa». 
Cəld sağ tərəfimə baxdım və yerimdə quruyub qaldım. 
Az  sonra  özümə  gəlib  saya-saya  addımlamağa  başladım. 
Sayları ucadan deyirdim: «Bir, iki, üç, dörd...» 
Düz  25  addım  o  tərəfdə  tikanlı  məftillərlə  digər 
maneələrin arasında ensiz bir yol vardı. Anladım ki, bu yol 
iraqlıların  özlərinin  və  maşınlarının  keçməsi  üçün  imiş. 
Biz  də  məhz  həmin  yolla  onlara  doğru  getmişdik. 


 
88 
Özümdən  asılı  olmadan  barmağımı  dişləyib  dodaqaltı 
dedim: «Allahu-Əkbər!» 
Zərifin səsinə özümə gəldim. Təəccüblənmişdi. 
– Sənə nə olub, seyid? 
Elə bil heç səsini eşitmədim. Addımlarımı saya-saya bu 
dəfə irəliyə doğru getməyə başladım. 
40-50  addımdan  sonra  maneələr  bitirdi  və  bir  səngərin 
bir neçə metrliyinə çatırdın. Bir az da irəliyə getdim. Gecə 
seyidin  partlatdığı  tank  komandirin  tankı,  səngər  də 
komandir  səngəri  imiş.  Uşaqlar  bir  neçə  RPG  raketi  ilə 
hücumun  əvvəlində  onu  məhv  etmişdilər.  Sonralar 
öyrəndik  ki,  düşmənin  8-9  komandiri  orada,  səngərin 
içində cəhənnəmə vasil olmuşdular. 
Zərif  də  mənimlə  gəlirmiş.  Böyümüş  gözləri  ilə  mənə 
baxıb dedi: «Halın əsla təbii deyil, seyid, nə olub?» 
Halım həqiqətən də təbii deyildi. Orada  yerə oturdum. 
Seyidin  baxışları  sualla  aşıb-daşırdı.  Yavaşca  dedim: 
«Uşaqları  göndər  işlərin  arxasınca,  özün  gəl,  əhvalatı 
danışım». 
Getdi  və  tez  qayıtdı.  Gecəki  əməliyyatda  baş  verənləri 
danışdım. Onun halı da təbiilikdən çıxmışdı, arabir ayağa 
qalxıb təəccüblə deyirdi: «Allahu-Əkbər!» 
Bütün hadisəni danışandan sonra soruşdum: «İndi fikrin 
nədir? Əbdülhüseyn bunları necə öyrənib?» 
Onu ağlamaq tutdu. 
– Bu kişinin ki belə eşqi və ixlası var, daha artığını da 
gözləmək olar. Heç şübhəsiz, o, yuxarı aləmdən əmr alıb. 
Əgər  o  əmrlərin  sirri  mənə  açılmasaydı,  bu  qədər 
həssas  yanaşmazdım.  Onda  isə  Əbdülhüseyni  görmək 
üçün  saniyələri  sayırdım.  Qayıdanda  Zərifə  dedim:  «Mən 
bu məsələnin axırına çatmayınca rahatlaşmaram». 
– Gedib birlikdə soruşaq. 


 
89 
–  Yox,  sən  gəlmə,  mən  komandirimin  xarakterinə 
bələdəm.  Əgər  sənin  də  öyrəndiyini  bilsə,  bu  sirri  ömür 
boyu saxlayıb heç kimə deməyəcək. 
– Doğru deyirsən, seyid. 
Bir  qədər  dayanandan  sonra  əlavə  etdi:  «Sən  məsələni 
öyrənib inşallah, sonra mənə danışarsan». 
Çadırlarımıza  çatanda  birbaş  onun  yanına  getdim. 
Batalyon  komandiri  səngərində  tək-tənha  oturmuşdu  və 
sanki  məni  gözləyirdi.  İşin  nəticəsini  soruşdu,  tez  bir 
cavab  düzəldib  verdim.  Qarşısında  oturdum  və  başqa  bir 
söz deməyə macal vermədim. 
– Gecəki macəra nə idi? 
Cavabdan 
yayınmağa  çalışanda  israrla  dedim: 
«Deməsən, yerimdən tərpənməyəcəyəm». 
Seyid  oldumuğa  görə  xətrimə  dəyməyəcəyini  bilirdim. 
Yavaş-yavaş israrım bəhrəsini verdi. Birdən  gözləri  yaşla 
doldu. 
– Yaxşı, sənə deyərəm. 
Sanki dünyanı mənə verdilər. Qəribə hisslər keçirirdim. 
Elə bilirdim ki, əzəli və əbədi sirləri mənə açacaqlar. 
Danışmağa başlayanda gözlərimi nurlu üzünə zillədim. 
Mənəvi halı insana səmanı və cənnəti xatırladırdı. Kədərli 
idi. 
–  Əməliyyatın  üstü  açılanda  və  o  şəraitdə  sıxışıb 
qalanda  çox  məyus  oldum.  Sən  də  qayıtmalı  olduğumuzu 
söyləyəndə  ümidsizliyim  daha  da  artdı  və  ağlıma  bir  şey 
gəlmədi.  Həmişəki  kimi  yeganə  yol  Allahın  lütf 
vasitələrinə  təvəssül  idi.  O  vəziyyətdə  üzümü  yumşaq 
torpaq üzərinə qoyub xanım Fatimeyi-Zəhraya (ə) təvəssül 
etdim. 
Gözlərimi bağlayıb bir neçə dəqiqə o həzrətlə danışdım. 
Həqiqətən,  öz  halımı  anlamırdım.  Göz  yaşlarımın  tez-tez 


 
90 
axdığını hiss edirdim. Bütün vücudumla istəyirdim ki, bizə 
bir yol açılsın və bu durumdan çıxaq. 
Həmin vəziyyətdə birdən qulağıma bir qadın səsi gəldi; 
insana min  yeni can bəxş edən fövqəlbəşəri səs idi. Mənə 
buyurdu:  «Komandir!  Belə  şəraitlərdə  bizə  təvəssül 
edəndə biz də sizə yardım edirik, narahat olma». 
Əbdülhüseynin  səsi  qəribə  şəkildə  titrəyirdi.  Gözləri 
yenə yaşla doldu. 
–  Gecə  sənə  verdiyim  əmrlərin  hamısı  o  xanımın 
tərəfindən idi.  Sonra mən ona  yalvardım ki, ey  Fatimeyi-
Zəhra,  əgər  sizsinizsə,  bəs  nə  üçün  özünüzü 
göstərmirsiniz? Buyurdu ki, indi bu sözlərin zamanı deyil, 
daha vacibi gedib vəzifəni yerinə-yetirməndir. 
Əbdülhüseyn özünü saxlaya bilməyib ucadan ağlamağa 
başladı. Sakitləşəndən sonra dərin ah çəkib dedi: «O anda 
ağlamaqdan  üzümün  altındakı  yumşaq  torpaq  palçıq 
olmuşdu». 
Normal halına qayıdanda üzünü mənə tutdu. 
– Seyid, bu məsələni bir kimsəyə demənə razı deyiləm. 
–  Biz  indi  Zəriflə  həmin  yerə  gedəndə  əməliyyat 
zonasına  baxdıq  və  əmin  olduq  ki,  sən  haradansa  əmr 
almısan və o sözlər sənin olmayıb. 
– Məgər nə gördünüz? 
Gördüklərimi bütün təfərrüatı ilə danışdım. Dedi: «Mən 
əmin idim ki, doğru yerdən məsləhət almışam». 
Həmin  əməliyyatın  xəbəri  top  kimi  bütün  bölgəyə  səs 
saldı və çox tezliklə arxa cəbhəyə də çatdı. 
Yadımdadır, həmin gün Əbdülhüseynin yanına bir neçə 
jurnalist  və  bir  neçə  yüksək  rütbəli  zabit  gəldi.  Hamının 
sualı  bu  idi:  «Ağa  Burunsi,  siz  belə  az  itki  ilə  bu  qədər 
tankı və canlı qüvvəni necə məhv edə bildiniz?» 


 
91 
Soyuqqanlılıqla  sadə  cavab  verirdi:  «Mən  bir  iş 
görməmişəm,  gedin  Bəsic  üzvlərindən  və  onların  əsl 
komandirlərindən  soruşun». 
Onlar  deyirdilər:  «Biz  Bəsic  üzvlərindən  soruşduq, 
onlar dedilər ki, əməliyyatın müəllifi ağa Burunsidir». 
Gülüb deyirdi: «Onlar təvazökarlıq edirlər». 
İsrarları  nəticə  vermirdi.  Əbdülhüseyn  bir  kəlmə  də 
demədi, əməliyyatın sirrini nə orada, nə də başqa bir yerdə 
açdı. 
Kərbəla  qərargahından  cənab  Qulampur  gəlib  uğurlu 
əməliyyatın  səbəbini  soruşanda  Əbdülhüseynin  yeganə 
cavabı  bu  oldu:  «Uğurumuzun  səbəbi  ilahi  yardımlar  və 
məsum Əhli-beytin (ə) dualarıdır». 
Onun  heç  vaxt  dəyişməyən  bir  fikri  vardı;  qeybi-
yardımlar  haqqında  deyərdi:  «Bunları  heç  kimə  söyləmə. 
Bunlarla nə işin var?!» 
Sonra  əlavə  edərdi:  «Bu  sirlərin  üstünü  açmaq  istəsən 
də, gələcəkdəkilərə aç, indikilərə yox». 
Allah ona  rəhmət  eləsin! Sanki özünün şəhid olacağını 
və  mənim  sağ  qalacağımı  bilirdi.  Və  sanki  bilirdi  ki,  bu 
xatirələr ibrət üçün tarixdə qeyd olunacaq. 

Yüklə 1,76 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə