Дырнаг вә тире ишарәләри фәрглидир, һамысы ејни формаја салынсын



Yüklə 1,76 Mb.
Pdf görüntüsü
səhifə18/78
tarix22.01.2022
ölçüsü1,76 Mb.
#83040
1   ...   14   15   16   17   18   19   20   21   ...   78
Allahdan-nur-almış-insan

Həzrət Fatimənin (ə) nəzəri 
Höccətülislam Məhəmmədrza Rzayi 
Şəhid Burunsi deyirdi: 
«Hələ  əməliyyat  düz-əməlli  başlamamış  işlər  düyünə 
düşdü;  batalyonumuz  yerə  oturdu  və  uşaqların  əhval-
ruhiyyəsi dəyişdi. 
O vaxta qədər belə vəziyyətlə rastlaşmamışdım. Onlara 
nə  olmuşdusa,  sözə  qulaq  asmırdılar.  Lakin  əvvəllər 
özlərini alova atmalarını əmr edəndə can-başla atırdılar. 
Bəzilərinin  üzünə  diqqətlə  baxdım.  Çox  başqa  cür 
olmuşdular;  nə  yorulduqlarını  söyləmək  olurdu,  nə 
qorxduqlarını. Heç bir təxmin etmək olmurdu. Onlarla nə 
qədər  danışdımsa,  faydası  olmadı.  Sanki 
yerə 
yapışmışdılar və ayrılmaq istəmirdilər. 
Biz  dərəyə  enməsəydik,  digər  qüvvələrin  məğlubiyyət 
ehtimalı  yüksək  olacaqdı,  çoxlu  şəhid  verəcəkdik.  Çox 
aciz  qalmışdım.  Məyusluq  bütün  vücudumu  sarımışdı  və 
nə edəcəyimi bilmirdim. 
Başımı göyə qaldırıb dedim ki, İlahi, Özün kömək ol. 
Uşaqlardan  uzaqlaşdım,  həzrət  Fatiməni  ürəkdən 
çağırıb  ona  təvvəssül  etdim.  Dedim:  «Vəziyyətimiz 
ağırdır, dua et  ki, bu uşaqları  yerlərindən tərpətmək  üçün 
bir yol tapım». 
Bir  qədər  raz-niyaz  edib  uşaqların  yanına  qayıtdım. 
Bəhrəsi olacağını bilib lütf nəzərini gözləyirdim. Gecənin 
qaranlığında  və  elə  çarəsiz  durumda  birdən  beynimə  bir 
fikir  gəldi.  Üzümü  onlara  tutub  əminliklə  və  qətiyyətlə 
dedim:  «Daha  sizə  ehtiyacım  yoxdur,  heç  birinizi 
istəmirəm. Aranızdan yalnız bir RPG atan qalxıb mənimlə 
gəlsin, başqa heç nə istəmirəm». 


 
59 
Gözümü  onlara  dikib  səbirsizliklə  birinin  qalxmasını 
gözlədim. RPG atan uşaqlardan biri ayağa qalxıb dedi ki, 
mən gəlirəm. 
Baxışı  qərarlı  və  ciddi  idi.  Bir  neçə  saniyədən  sonra 
başqa birisi ondan da ciddi şəkildə qalxıb dedi ki, mən də 
gəlirəm. 
Onun arxasınca başqa biri ayağa qalxdı. Özümə gəlincə 
bütün batalyon ayağa qalxmışdı. Tez yola düşdüm, uşaqlar 
da arxamca. 
Həmin 
əməliyyatdakı 
qələbəmiz 
hamını 
təəccübləndirdi.  Əgər  öncədən  getsəydik,  o  qədər  uğurlu 
alınmazdı. Həzrət Fatimənin (ə) duası dadımıza çatmışdı». 

Yüklə 1,76 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə