Дырнаг вә тире ишарәләри фәрглидир, һамысы ејни формаја салынсын



Yüklə 1,76 Mb.
Pdf görüntüsü
səhifə15/78
tarix22.01.2022
ölçüsü1,76 Mb.
#83040
1   ...   11   12   13   14   15   16   17   18   ...   78
Allahdan-nur-almış-insan

Allah yolunda 
nəzir 
Məsumə Səbukxiz 
Tez-tez  nəzir  edirdim.  Bir dəfə  də Əbdülhüseynin  sağ-
salamat qayıtması üçün bir qurban nəzir etdim. 
Cəbhədən  qayıdanda  nəzrimi  söylədim,  özü  həll 
edəcəyini dedi. Bir qoyun alıb həyətdə bağladı. 
Qoyunu  anamla  başqa  bir  qonşu  da  görmüşdü. 
Qurbanlığın səbəbini soruşanda deyirdim ki, nəzrim var. 
Nəhayət,  qoyunu  kəsdik.  Özü  oturub  səbirlə  bütün 
ətləri böldü, hər payı bir sellofana qoydu, ciyəri, dərini və 
digər  hissələri  də  ayrı-ayrı  sellofanlara  qoydu.  İşini 
bitirəndən  sonra  əllərini  yudu  və  məndən  böyük  bir  kisə 
istədi. 
– Kisəni neyləyirsən? 
Sellofonları göstərdi. 
– Bunları qoymaq istəyirəm. 
Düşündüm  ki,  qohum-qonşuların  payını  özü  aparıb 
vermək istəyir. 
– Sən zəhmət çəkmə, mən uşaqlarla apararam. 
Gülümsədi. Deyəsən, fikrimi oxumuşdu. Mənalı tərzdə 
soruşdu:  «Məgər  bu  qoyunu  Allah  yolunda  nəzir 
etməmişdin?!» 
– Hə, necə ki?! 
– Onda get bir kisə gətir. 
Gedib  gətirdim.  Bütün  sellofanları  kisəyə  tökdü, 
özümüzə  də  bir  şey  saxlamadı.  Kisəni  motosekletinin 
arxasına qoydu. 


 
53 
–  Qohum-qonşularımızın  arasında,  Allaha  şükür  olsun 
ki, axşam yeməyinə möhtac olan yoxdur. 
Ətləri  haraya  apardığını  və  kimə  verdiyini  bilmirəm, 
ancaq  onu  birirəm  ki,  o  ətlərdən  bir  tikəsini  də  nə  biz 
gördük, nə də  qohum-qonşulardan  biri.  Onların  bir  neçəsi 
məsələni  öyrənmək  üçün  soruşurdular  ki,  qoyunu 
kəsdinizmi?  Deyirdim  ki,  hə.  Bunu  eşidəndə  gözləri 
bərəlirdi, deyirdilər ki, necə də səssiz. 
Yəqin  ki,  onlara  da  pay  düşəcəyini  gözləyirmişlər. 
Bəzilərinin hətta «qoyunu özləri üçün kəsiblər» dediklərini 
də duydum. 
Sonralar da qurban nəzir edəndə eyni işi görürdü. Ətləri 
hara  apardığını  nə  qədər  soruşurdumsa,  heç  nə  demirdi. 
Heç vaxt kiminsə öyrənməsinə də imkan vermədi. 

Yüklə 1,76 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə