Дырнаг вә тире ишарәләри фәрглидир, һамысы ејни формаја салынсын



Yüklə 1,76 Mb.
Pdf görüntüsü
səhifə9/78
tarix22.01.2022
ölçüsü1,76 Mb.
#83040
1   ...   5   6   7   8   9   10   11   12   ...   78
Allahdan-nur-almış-insan

Şanapipiyin ağzındakı suyu 
Seyid Kazim Hüseyni 
İnqilabdan  üç-dörd  il  öncə  idi.  O  zaman  bir  mağazam 
vardı.  Əbdülhüseyn  oraya  get-gəli  ilə  məni  inqilab  və 
inqilabçılarla  tanış  etdi.  Tədbirlərə  gedəndə  məni  də 


 
31 
aparırdı.  Bir  gün  gəlib  dedi  ki,  bu  gün  səni  yaxşıca 
işlətmək istəyirəm, seyid. 
Bu işin öncəki işlər kimi olduğunu düşünüb güldüm. 
– Biz indiyə qədər qaçmamışıq, indi də qaçmarıq. 
Gülümsədi. 
- Bu gün çətin davam gətirəsən. 
Əminliklə dedim ki, sınaya bilərsən. 
Əlini tərəziyə qoyub başını mənə yaxınlaşdırdı. 
– Onda bir dəst köhnə paltar götür gedək. 
– Köhnə paltar nə üçündür? 
Güldü. 
–  Əgər  qaçmayacaqsansa,  onda  «niyə»  və  «nə  üçün» 
demə. 
Özü  bənna  idi,  düşündüm  ki,  məni  də  bənnalığa 
aparmaq  istəyir.  Hər  halda,  çox  da  əhəmiyyət  vermədim. 
Bir dəst köhnə paltar tapdım, mağazanın qapısını bağlayıb 
onunla yola düşdüm. 
Təxminim düz idi. Şah rejiminə qarşı mübarizə aparan 
və  rejimin  də  nəzarətdə  saxladığı  məşhur  alimlərdən 
birinin  evində  bənna  işi  vardı.  Qollarımı  çırmayıb  onunla 
işə  başladım,  lakin  dediyi  kimi,  çox  da  davam  gətirə 
bilmədim.  Elə  əvvəldə  yoruldum,  amma  birtəhər  iki-üç 
saat  işlədim.  Sonra  birdən  yerimdə  oturdum,  yorğun  və 
halsız halda dedim: «Mən daha bacarmıram». 
Yaxşı bilirdi ki, belə ağır işlər mənlik deyil. Bəlkə elə 
buna görə də bir söz demədi. Paltarlarımı dəyişib gedəndə 
məni gülərüzlə yola saldı. 
Ertəsi gün yenə yanıma gəlib dedi ki, iş paltarını götür 
gedək. 
Bir  anlığa  nə  deyəcəyimi  bilmədim,  sonra  yarızarafat-
yarıgerçək  dedim:  «Çox  xahiş  edirəm,  düzü,  mən  belə 
işləri bacarmıram». 


 
32 
Gülüb  dedi:  «Gəl  gedək,  bu  gün  sənə  çətin  iş 
verməyəcəyəm». 
Sözünü yerə salmaq istəmirdim, amma işin öhdəsindən 
də  gəlmirdim.  Bir  bəhanə  tapmaq  üçün  başımı  qaşımağa 
başladım.  Dedi:  «Mus-mus  etməyin  və  baş  qaşımağın 
faydası yoxdur, paltarını götür gedək». 
Ciddi  və  möhkəm  danışırdı.  Mən  də  sözümü  açıq 
demək qərarına gəldim. 
–  Ağa  Burunsi,  mən  gəlsəm,  az  işləyəcəyəm.  Belə 
olanda  da  həm  özümə  faydası  və  savabı  olmur,  həm  də 
sənin əl-ayağına dolaşıram. 
Dodağından  gülüş  qaçdı,  qaşlarını  düyünləyib 
Nəmrudun həzrət İbrahimi yandırmaq üçün hazırladığı dağ 
boyda alova ağzında su gətirən şanapipiyin məsəlini çəkdi. 
Çox gözəl və məntiqli şəkildə bunu inqilabla əlaqələndirib 
dedi:  «Sən  mübariz  alim  və  ruhanilərə  bacardığın  qədər 
xidmət etsən, yetər». 
Bütün  vücudumla  onu  dinləyir  və  həmişəki  kimi 
sözlərindən həzz alırdım. Sözünü davam etdirib dedi: «Bu 
gün  din  alimləri  İslamı  yaşatmağa  çalışırlar,  bizim  onlara 
xidmətimiz  də  Allahın  razılığından  ötrü  və  İslam 
üçündür». 

Yüklə 1,76 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə