Дырнаг вә тире ишарәләри фәрглидир, һамысы ејни формаја салынсын



Yüklə 1,76 Mb.
Pdf görüntüsü
səhifə4/78
tarix22.01.2022
ölçüsü1,76 Mb.
#83040
1   2   3   4   5   6   7   8   9   ...   78
Allahdan-nur-almış-insan

Cənab polkovnikin villası 
Seyid Kazim Hüseyni 
Mənə  əsgərlik  dövründən  bir  xatirə  danışmışdı.  O, 
deyirdi: «Hərbi xidmətə başlayanda bizi Bircənd şəhərində 
yerləşən  bir  hərbi  hissəyə  apardılar.  Təlim  müddəti  başa 
çatdı və hərbi  hissələrə  bölünmə  haqda söhbətlər başladı. 
Bir gün bütün əsgərləri sıraya düzdülər. 
Hələ  bölgüyə  başlamamış  hərbi  hissə  komandiri 
uşaqların  önündə  ağır-ağır  gəzməyə  başladı.  Bir-bir 
əsgərlərin  üzünə  baxırdı.  Cərgələrin  arasında  birdən 
dayanıb  gözünü  bir  əsgərin  üzünə  dikdi.  Onu  başdan-
ayağa süzüb amiranə tərzdə dedi: «Bayıra!» 


 

Daha  iki-üç  nəfəri  də  bu  şəkildə  seçdi.  Mənim  boyum 
uca  idi,  uşaqların  dili  ilə  desəm,  ucaboy-enlikürək  idim, 
lakin kəndli və məzlum üzüm vardı. 
Qarnizonun  komandiri  hələ  uşaqların  arasında  gəzirdi. 
Mənə  yaxınlaşanda  birdən  dayandı.  Soyuqqanlı  olmağa 
çalışdım.  Üzümə  diqqətlə  baxdı,  sonra  da  başdan-ayağa 
süzüb dedi: «Sən də bayıra!» 
Arxadan bir nəfər yavaşca dedi: «Xoş halına!» 
Sıradan  çıxana  qədər  buna  bənzər  iki-üç  cümlə  də 
eşitdim: 
– Naz-nemətin içinə düşdün! 
– Xidmətin sonuna qədər kef edəcəksən! 
Sıradan  bayırda  bir  zabit  adımı  yazıb  məni  də  o 
birilərin  yanına  göndərdi.  Öz-özümə  düşünürdüm: 
Görəsən,  mənə  hansı  naz-neməti  verəcəklər  ki,  şəhər 
uşaqları bu qədər həsrətini çəkirlər?! 
Çoxları  mənə  həsrətlə  baxırdılar.  Nəhayət,  o  qədər 
əsgərin  arasından  dörd-beş  nəfəri  seçdilər.  Bir  gizir  bizi 
kazarmaya  aparıb  dedi:  «Cəld  əşyalarınızı  götürüb  bayıra 
çıxın, gecikməyin». 
Marağım daha da artdı. O birilərlə də yoldaş olmadığım 
üçün  soruşa  bilmədim.  Əşyalarımı  çantama  yığıb  bayıra 
çıxdım.  Bir  SUV  avtomobili  bizi  gözləyirdi.  Çantaları 
arxasına qoyub özüm də yuxarı qalxdım. 
Həmin gizirlə şəhərə getdik. Bir neçə dəqiqədən  sonra 
maşın böyük bir villanın önündə dayandı. Gizir maşından 
endi, üzünü mənə tutub dedi: «En aşağı!» 
Özü  gedib  qapının  zəngini  basdı.  Çantamı  götürüb 
aşağı  hoppandım.  Mənə  dedi:  «Bundan  sonra  bu  ev 
sahibinin  ixtiyarındasan,  nə  desələr,  qeyd-şərtsiz  əməl 
edirsən». 


 
10 
Mat-məəttəl  ona  baxdım.  Bir  söz  demək  istəyirdim  ki, 
qapı açıldı. Qapıda sadə görkəmli yaşlı bir qadın göründü. 
Rəngi  qaçmış  güllü  çadrasını  düzəltdi.  Gizir  onu 
danışmağa  qoymadı,  mənə  işarə  ilə  dedi:  «Bu  əsgəri 
xanımın yanına aparın». 
Xanım sözünü eşidib çox təəccübləndim. Gizir getmək 
istəyəndə  dedim:  «Mənim  silahım  yoxdur.  Mən  keşik 
çəkməliyəm? Nə etməliyəm?» 
İstehza  ilə  gülüb  dedi:  «Nə  silah?!  Bu  gündən  bu 
geyimi də çıxarıb mülki paltar geyinəcəksən». 
Təlim  zamanı  gözümüzün  odunu  almışdılar.  Bizə 
öyrətmişdilər ki, komandirin «öl» desə, mütləq ölməlisən. 
Buna  görə  də,  əmrinə  tabe  olub  içəri  girdim.  Hələ  də 
düşünürdüm  ki,  mən  bir  xanımın  evində  nə  edəcəyəm? 
Həyətin o başında yaraşıqlı bir saray göz oxşayırdı. Geniş 
həyətin,  rəngli  güllərin,  hündür  ağacların  da  öz  gözəlliyi 
vardı. Qadın dedi: «Arxamca gəl». 
Əlimdə  çanta  arxasınca  yola  düşdüm.  Binaya  girdik. 
Qadın pilləkənin qarşısında dayanıb ikinci mərtəbədəki bir 
otağı göstərdi. 
- Xanım oradadır. 
Etiraz etdim. 
-  Burada  mənim  işim  nə  olacaq?  Bir  xanımın  yanına 
getmək hərbi xidmətdir?! 
Qadın qorxub yalvarmağa başladı. 
- Yavaş ol, oğlum. 
Həcəyanla yuxarı baxdı.  
- Qalx yuxarı, nə etməli olduğunu xanım sənə deyəcək, 
çox da kobud deyil. 
Yenə soruşdum: «Axı mənim işim nə olacaq?» 
Cavab  verməyə  qorxdu.  İşimin  nədən  ibarət  olduğunu 
bilməkdən ötrü pillələrlə qalxdım. Otağın qapısı tam açıq 


 
11 
idi,  döyə  də  bilmirdim.  Yerdəki  qiymətli  xalçalara  baxıb 
çəkmələrimi  çıxardım.  Ehtiyatla  bir-iki  addım  irəliləyib 
dedim: «Ya Allah!» 
Səs gəlmədi. Yenidən dedim: «Ya Allah! Ya Allah!» 
Gənc  bir  xanımın  səsi  gəldi:  «Başına  dəysin!  «Ya 
Allah» demək də nədir?! Gəl içəri». 
İkiürək idim. Öz-özümə dedim: «İlahi, Sənə təvəkkül!» 
İçəri girib xanımı görən kimi birdən gözlərimə qaranlıq 
çökdü, az qaldı yerə yıxılım. Səncə nə gördüm?! Hicabsız, 
mini  yubkalı  və  ürəkbulandırıcı  qəliz  makiyajlı  bir  qadın 
divanın  üstündə  oturub  ayaqlarını  bir-birinin  üstünə 
aşırmışdı. Bütün bədənimi tər basdı. 
Bir neçə saniyə yerimdə donub qaldım. Deyəsən, qadın 
da  vəziyyətimi  anlamışdı,  çünki  heç  nə  demədi.  Özümə 
gələndə  otaqdan  necə  çıxdığımı  bilmədim.  Çəkmələrimi 
geyindim,  bağlarını  bağlamadan  çantamı  götürdüm. 
Hicabsız  qadın  hirslə  qışqırdı:  «Hey,  kərtənkələ,  hara 
gedirsən? Qayıt!» 
Sözlərinə  əhəmiyyət  verməyib  pillələri  iki-iki  aşağı 
endim. Çadralı qadının rəngi qaçmışdı. Ona da əhəmiyyət 
verməyib həyətə çıxdım. Həcəyanla arxamca qaçdı. 
- Xanım səni çağırır. 
– Canı çıxana qədər çağırsın. 
– Getməsən, səni öldürərlər. 
– Lap yaxşı. 
Mən  gedirdim,  zavallı  qadın  da  arxamca  qaçırdı. 
Qapının ağzında yadıma düşdü ki, hərbi hissənin ünvanını 
bilmirəm.  Birdən  dayandım.  Qadın  da  dayandı.  Ondan 
soruşdum: «04 saylı hərbi hissə hansı tərəfdədir?» 
Heyrətləndi. 
- Niyə soruşursan? 
– Bu cəhənnəmdən qaçmaq istəyirəm. 


 
12 
– Gəncliyinə yazığın gəlsin, oğul, bu nə işdir?! 
-  Burada  sənə  yaxşı  pul,  yaxşı  yemək  –  hər  şeyin  ən 
yaxşısını verəcəklər, kef edəcəksən. 
Hirsləndim. 
- Yox, nənə, 70 il də qalsa, belə kef istəmirəm. 
Qadının  məni  qaytarmaq  istədiyini  görüb  daha  ünvanı 
soruşmadım və həyətdən çıxdım. Küçə boş idi, bir quş da 
uçmurdu. Arabir sürətlə bir maşın keçirdi. 
Həmin  gün  birtəhər  hərbi  hissəni  tapdım.  Başıma 
gələnlər qanımı daha da coşdurmuşdu. Ora bir polkovnikin 
evi  idi  və  mən  orada  kölə  olacaqdım;  şah  rejiminin 
qeyrətsiz polkovnikinin arvadının xüsusi xidmətçisi. 
İki-üç  gün  məni  ora  qaytarmağa  çalışdılar,  amma 
razılaşmadım.  Axırda  həmin  polkovnik  əsəbiləşib  dedi: 
«Bu köpək oğlunu cəzalandırın, anlasın ki, ordu nənəsinin 
evi deyil və orada ürəyi istəyən hər qələti eləyə bilməz!» 
Cəzalandırmaq  üçün  günboyu  səkkiz  nəfərin  gördüyü 
işləri  təkbaşına  mənə  tapşırdılar.  Bir  həftə  dayanmadan 
səhərdən axşama qədər işlədim. Səkkizinci gün səhər çağı 
bir mayor başımın üstünü aldı. İstehzalı gülüşlə dedi: «Hə, 
kənd uşağı, ağıllandın, yoxsa yox?» 
Cavab vermədim, qürurla gözlərinin içinə baxdım. 
– O naz-nemətin qədrini indi anlayırsan, eləmi? 
Gözümü qırpmadan ona baxırdım. 
– Deyəsən, indi oraya qayıtmaq istəyirsən, düzdür? 
Köynəyimin  qolu  ilə  alnımın  tərini  sildim.  O  anda 
həqiqətən,  Allah  mənə  kömək  etdi.  Özümü  itirmədim  və 
arxayın  halda  dedim:  «Bu  bir  şey  deyil,  cənab  mayor, 
xidmətimin  sonuna  qədər  bundan  da  ağır  işləri  görərəm, 
amma daha o evə ayaq basmaram». 
Əsəbiləşib dedi: «Son qərarındır?» 
Dedim: »Məni öldürsəniz də oraya getməyəcəyəm». 


 
13 
Məni  iyirmi  gün  cəzalandırdılar,  inancımdan  və 
yolumdan  dönmədiyimi  gördükdə  isə  başqa  bir  hərbi 
hissəyə göndərdilər».  

Yüklə 1,76 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə