Дырнаг вә тире ишарәләри фәрглидир, һамысы ејни формаја салынсын



Yüklə 1,76 Mb.
Pdf görüntüsü
səhifə11/78
tarix22.01.2022
ölçüsü1,76 Mb.
#83040
1   ...   7   8   9   10   11   12   13   14   ...   78
Allahdan-nur-almış-insan

Püşkatma 
Seyid Kazim Hüseyni 
Kürd  problemi  və  Pavə  şəhərinə  hücum  məsələsi 
qarşıya çıxmışdı. Həmin günlər Məşhəddən birinci dəstəni 
Kürdüstana göndərmək istəyirdilər. 
Sepahın əməliyyat uşaqlarında xüsusi coşqu və həyəcan 
vardı,  hamısının  baxışından  sevinc  yağırdı.  Heç  kim 
qalmaqdan danışmırdı, istisnasız olaraq, hamı getməyə can 
atırdı. Kimə baxırdınsa, üzündən təbəssüm yağırdı. 
Cənab  Rüstəmi   uşaqlara  «təəssüf  ki,  bizdən  ancaq  25 
nəfər istəyiblər» deyəndən sonra isə dilxorluq başlandı. 


 
42 
Uşaqların əhval-ruhiyyəsi tamam dəyişdi. Artıq hər bir 
baxışdan  qəm-kədər  yağırdı.  Könüllülükdən  danışmağa 
dəyməzdi, çünki hamı  getmək istəyirdi. Qərara  gəldik ki, 
uşaqlar  öz  aralarında  razılaşıb  25  nəfəri  göndərsinlər. 
Lakin bu da nəticə vermədi. Nəhayət, cənab Rüstəmi dedi: 
«Heç kimin haqqı tapdanmasın deyə, püşk atacağıq». 
Uşaqların adlarını yazmağa başladılar. Mən bir tərəfdə 
Əbdülhüseynin  yanında  oturmuşdum.  Getməyə  ümidim 
yox  idi.  O  qədər  adamın  içindən  mənim  adımın  çıxması 
çox zəif ehtimal idi. Birdən bir ağlamaq səsi eşitdim. Tez 
Əbdülhüseynə sarı döndüm. Üzü islanmışdı. Soruşdum ki, 
nə  üçün  ağlayırsan?  Yavaşca  ağlaya-ağlaya  dedi: 
«Qorxuram  ki,  adım  çıxmasın  və  inqilab  düşmənləri  ilə 
vuruşmaq səadətindən məhrum olum». 
Özümü itirdim. O həddə eşq və ixlas adamı mat edirdi. 
Güclə  dillənib  dedim:  «Hər  halda,  əsas  məsələ  niyyətdir. 
Gərək  insanın  niyyəti  düz  olsun,  Allah  özü  hər  şeyə 
şahiddir». 
Dedi:  «Düzdür,  Allah  hər  şeyə  şahiddir  və  əməllər 
niyyətlə ölçülür, amma Allahın belə bir işdən ötrü insana 
yol açması başqa bir şeydir». 
Yavaşca ağlayır və danışırdı. Bədr döyüşündən danışıb 
dedi:  «Bu  dünya  durduqca  Bədr  döyüşündə  iştirak 
edənlərlə etməyənlər bir olmayacaqlar. Bəlkə də çoxları o 
döyüşdə iştirak etmək istəyirdilər, ancaq qismət olmadı; ya 
o  zaman  Mədinədə  deyildilər,  ya  xəstə  idilər,  ya  güclü 
qızdırmaları vardı, ya da başqa bir şey». 
Susub  üzümə  baxdı,  ürək  yanğısı  ilə  dedi:  «Qiyamət 
günü  Bədr  iştirakçılarını  çağıracaqlar  və  bu,  həmin 
döyüşdə iştirak etməyənlərə aid olmayacaq. Yalnız Bədrdə 
iştirak  edib  düşmənlərə  qarşı  vuruşanlar  qarşıya 
çıxacaqlar». 


 
43 
O  baxışa  və  o  düşüncə  səviyyəsinə  görə  ağlamağa 
haqqı vardı. Öz halıma təəssüf edirdim. 
Hamının adını yazandan sonra püşk atmağa başladılar. 
Onun  və  başqa  24  nəfərin  adı  çıxdı.  Mən  o  səadətdən 
məhrum olanların arasında qaldım. 
Bir  aydan  artıq  qaldılar.  Qayıdanda  digər  uşaqlarla 
onları  qarşılamağa  getdik.  Əvvəlcə  ümumi  qarşılama 
nəzərdə  tutulmamışdı,  amma  yavaş-yavaş  əhali  xəbər 
tutdu.  Tehran  xiyabanı  hər  an  sıxlaşır  və  bizim 
getməyimiz  çətinləşirdi.  Birtəhər  İmam  həyətinə  çatdıq. 
İynə  atsaydın,  yerə  düşməzdi.  Birdən  Əbdülhüseyn 
tribunaya  qalxdı. Dəmir dəbilqə  hələ  başında idi.  Sepahın 
yaşıl  formasını  geyinmiş,  çiynindən  kəmər  asmışdı. 
Televiziyadan  çəkilişə  gəlmişdilər.  Əbdülhüseyn  çıxışa 
başladı. 
Sözlərinin  çoxu  Quran  və  hədislərdən  idi,  onları 
məharətlə  Kürdüstan  məsələsinə  bağlayırdı.  Xalq  onu 
həvəslə  dinləyirdi.  Danışdıqca  adamı  özünə  cəlb  edirdi. 
Kürdüstanın  vəziyyətini  yaxşı  izah  etdi,  bəzilərinin 
xəyanətindən  danışdı,  sonda  insanları  Kürdüstana  gedib 
inqilab  düşmənlərinə  qarşı  vuruşmağa  və  fitnənin  kökünü 
kəsməyə çağırdı. 
Çıxışı təxminən 20 dəqiqə çəkdi. Maraqlı idi ki, şöhrətli 
alim  cənab  Haşiminejad  və  başqa  bir  neçə  məşhur 
şəxsiyyət də dinləyicilərin arasında idilər. 

Yüklə 1,76 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə