Дырнаг вә тире ишарәләри фәрглидир, һамысы ејни формаја салынсын



Yüklə 1,76 Mb.
Pdf görüntüsü
səhifə19/78
tarix22.01.2022
ölçüsü1,76 Mb.
#83040
1   ...   15   16   17   18   19   20   21   22   ...   78
Allahdan-nur-almış-insan

Yemək növbəsi 
Höccətülislam Məhəmmədrza Rzayi 
Mən  Qumdan  ezam  olunmuşdum,  o  isə  müqəddəs 
Məşhəd  şəhərindən.  Yalnız  iki-üç  dəfə  cəbhədə  onunla 
görüşmək mənə qismət oldu. Bir dəfə onu bir qarnizonda 
gördüm.  Günorta  namazını  qılandan  sonra  məsciddən 
çıxıb kazarmaya gedəndə yolda bir toyota gördüm. Yemək 
paylayırdılar.  Sırada  bir  neçə  Bəsic  üzvü  dayanmışdı. 
Onların arasında birdən Əbdülhüseyni gördüm. Bir anlığa 
oxşatdığımı  düşündüm.  Diqqətlə  baxdım.  Öz-özümə 
dedim  ki,  yəqin  batalyon  komandiri  olduğunu  səhv 
eşitmişəm. 
Yaxınlaşıb halını soruşdum, dedim ki, ağa Burunsi, sən 
nə üçün növbəyə dayanmısan, məgər batalyon komandiri...  
Sözümü  bitirməyə  qoymadı,  ciddi  görkəm  alıb  dedi: 
«Məgər  batalyon  komandirinin  digər  Bəsic  üzvləri  ilə 
fərqi var ki, yeməyi növbəsiz alsın?!» 
Yadıma  bir  hədis  düşdü:  «Kim  Allah  naminə 
təvazökarlıq  etsə,  Allah  onu  ucaldar».  Öz-özümə  dedim: 


 
60 
«Ağa Burunsinin cəbhələrdə bu qədər məşhurlaşması əbəs 
yerə deyil». 
Sonralar  öyrəndim  ki,  Bəsic  üzvləri  onun  növbəyə 
durmasına  mane  olmaq  üçün  çox  çalışmış,  amma  onunla 
bacara bilməmişlər. 

Yüklə 1,76 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə