Дырнаг вә тире ишарәләри фәрглидир, һамысы ејни формаја салынсын



Yüklə 1,76 Mb.
Pdf görüntüsü
səhifə20/78
tarix22.01.2022
ölçüsü1,76 Mb.
#83040
1   ...   16   17   18   19   20   21   22   23   ...   78
Allahdan-nur-almış-insan

Qızıl üzük 
Məsumə Səbukxiz 
Əməliyyatların birində üzüyümü nəzir etdim; dedim ki, 
salamat  qayıtsa,  bu  üzüyü  İmam  Rzanın  (ə)  zərihinə 
ataram. 
Həmin  əməliyyatda  yaralandı.  Yarası  çox  da  ağır 
deyildi, məzuniyyətə gələnə qədər yeri tam sağalmışdı. 
Evə gələndə üzüyümü nəzir etdiyimi deyib əlavə etdim 
ki, sən buna görə salamat gəlmisən. 
Gülüb dedi: «Nəzir edəndə cəbhəyə nəzir et». 
– Nə üçün? 
–  Çünki  İmam  Rzanın  (ə)  ehtiyacı  yoxdur,  amma 
cəbhənin  çox  ehtiyacı  var.  Üzüyünü  məqbərəyə  salmana 
da gərək yoxdur. 
Narahat oldum, amma heç nə demədim, həmişəki kimi 
sözünü dinlədim. 
Növbəti  əməliyyatda  ağır  yaralandı.  Onu  Kərəcə 
hospitala  aparmışdılar.  Bir  nəfər  oradan  zəng  vurub  bizə 
xəbər  verdi.  Özü  ilə  danışmaq  istədim,  amma  dedilər  ki, 
halı uyğun deyil. 
Həmin  gün  qardaşımla  qaynım  Kərəcə  yollandılar. 
Ertəsi  gün  qardaşım  Tehrandan  zəng  vurdu.  Bilmirəm 
salamın  cavabını  verdim,  yoxsa  yox.  Tez  soruşdum  ki, 
yeni nə xəbər var, halı necədir? 
Gülüb dedi: «Düşündüyündən də yaxşıdır». 
Elə bildim məni aldadır, əsəbiləşdim. 


 
61 
– Zarafat eləmə, düzünü de. 
– Doğru deyirəm, indi yanından gəlirəm, rahat danışır. 
İnanılası deyildi. Çox sevindim. 
-  Sənə  mühüm  bir  mesajı  var,  məni  ondan  ötrü 
göndərdi. 
Sözünü bitirməyə aman vermədim. 
– Nə mesajı? 
–  Əvvəla  salam  göndərdi,  ikincisi  isə  dedi  ki,  qabaqkı 
əməliyyatda  nəzir  etdiyi  üzüyü  elə  indicə  aparıb  zərihə 
salsın. 
Təəccüb içində qalmışdım. Özü demişdi ki, lazım deyil. 
–  Məsələ  uzundur,  inşallah,  Məşhədə  gələndə 
danışaram. 
Onu təyyarə ilə Məşhədə gətirdilər. Evə gələsi durumda 
deyildi. Hava limanından birbaş xəstəxanaya apardılar. 
Onunla  görüşə  getdik.  Qayıdanda  yolda  qardaşımdan 
üzüyün macərasını soruşdum. Gözləri yaşla doldu. Yavaş-
yavaş danışmağa başladı. 
–  Biz  onun  yanına  çatanda  hələ  özünə  gəlməmişdi,  nə 
baş  verdiyini  əvvəlcə  palata  yoldaşlarından  eşitdik. 
Deyirdilər ki, bihuş halda beş kimsə  ilə danışırdı, özü də 
çox yanıqlı halda. 
Nə danışdığını soruşduq. Dedilər ki, onları bir-bir adları 
ilə çağırırdı. 
Özünə  gələndən  sonra  bu  haqda  özündən  soruşduq. 
Əvvəlcə  boyun  qaçırdı,  sonra  isə  çox  qəmli  halda 
danışmağa  başladı:  «Huşsuz  halda  beş  kimsənin  başım 
üstə gəldiklərini gördüm. Halımı soruşub mənimlə danışır, 
yaralarımın 
üstünə 
əllərini 
çəkib 
buyururdular: 
«Əbdülhüseyn möhkəmdir, inşallah, tez sağalar». 
Hacı  deyirdi:  «Yanımda  çox  qaldılar.  Gedəndə  biri 
eynilə  yoldaşımın  üzüyünü  göstərib  könül  oxşayan  səslə 


 
62 
buyurdu:  «Üzüyünüz  necədir?»  Mən  çox  təəccübləndim. 
Sonra buyurdu: «Deyin o üzüyü zərihə salsınlar». 
Qardaşımın  yanaqları  yaş içində idi, öz vəziyyətimdən 
isə  xəbərim  yoxdu.  Onda  öyrəndim  ki,  üzüyü  zərihə 
salmaq  öz  istəyi  deyilmiş,  uğurlarında  vuruşduğu 
idealların buyuruğu imiş. Bəlkə bu məqamı da xatırlatmaq 
yerinə düşər: «Hər şey öz yerində gözəldir!» 

Yüklə 1,76 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə