Дырнаг вә тире ишарәләри фәрглидир, һамысы ејни формаја салынсын



Yüklə 1,76 Mb.
Pdf görüntüsü
səhifə17/78
tarix22.01.2022
ölçüsü1,76 Mb.
#83040
1   ...   13   14   15   16   17   18   19   20   ...   78
Allahdan-nur-almış-insan

Dönüşsüz əməliyyat 
Höccətülislam Məhəmmədrza Rzayi 
O, deyirdi: 
«Batalyon komandiri olduğum vaxtlarda yüksək rütbəli 
zabitlər arasında bir  əməliyyatdan söz  gedirdi. Əməliyyat 
zonası mürəkkəb və həssas yer idi. Bir tərəfdən, düşmənin 
ora çoxlu canlı qüvvə və texnika toplaması, digər tərəfdən 
də  bizim  hücumumuzu  təxmin  etməsi  işi  çətinləşdirirdi. 
Güclü hazırlıq görüb bizi gözləyirdilər. 
Bir  gün  briqadanın  qərargahından  gəlib  dedilər:  «Sənə 
bir  iş  tapşırmaq  istəyirik.  Bunu  yalnız  sən  bacararsan. 
Qəbul edirsən?» 
– Nə işi? 
– Qısası budur ki, bu işdə dönüş yoxdur. 
Biri dərhal dilləndi: «Əgər möcüzə baş verməsə». 
– Deyin görüm nə işdir? 
–  Bu  əməliyyatda  bir  neçə  səmtdən  hücuma  keçmək 
istəyirik.  Düşmənin  topladığı  qüvvədən  və  bizim 
hücumumuzu  gözləməsindən  isə  özün  xəbərdarsan.  Bu 
baxımdan,  biz  bu  hücumda  qələbə  çalsaq  da,  şübhəsiz, 
itkimiz çox olacaq. 
Abdullah batalyonunun  üzərinə düşən tapşırığın nədən 
ibarət  olduğunu  öyrənmək  üçün  səbirsizlənirdim.  İşimizi 
açıqlamağa başladılar. 
– Sizin batalyonunuz düşmənin içinə girib vuruşmalı və 
başını  qarışdırmalıdır.  Belə  olduqda  düşmən  ətrafa 


 
56 
nəzarəti  itirəcək  və  biz  digər  səmtlərdən  hücuma  keçib 
Allahın köməyilə qələbə çalacağıq. 
Sakit  qalıb  düşünürdüm.  Başqa  biri  söhbəti  davam 
etdirdi:  «Ola  bilər  sizdən  bir  nəfər  də  sağ  qalmasın.  Siz 
bunu  bilərək  düşmənin  mühasirəsinə  düşməlisiniz.  Hər 
tərəfdən başınıza güllə yağacaq. Belə bir işi qəbul edirsən, 
yoxsa yox?» 
– Bəli, üzərimə düşürsə, qəbul edirəm. 
Əməliyyat  gecəsi  hamını  toplayıb  lazımi  tapşırıqları 
verdim.  Üzərimizə  düşəni  tam  başa  düşmüşdülər.  Bir  az 
sonra düşmənə sarı yola düşdük. 
Zikr  və  təvəssüllə  ilk  postu  tutduq.  Uşaqların  biri 
digərindən  qərarlı  idi.  Addımlarını  möhkəm  və  əminliklə 
atırdılar. Biz digər qüvvələr üçün fədaiyə çevrilmişdik və 
bu, əməliyyatın şirinliyini qat-qat artırırdı. 
Nə  qədər  getdiyimiz  dəqiq  yadımda  deyil.  Nəhayət, 
təyin olunmuş yerə - düz düşmənlərin ortasına çatdıq. Bir 
tərəfimizdə  düşmənin  zirehli  texnikası  dayanırdı,  bir 
tərəfimizdə  zirehsiz  texnikası,  digər  tərəfdə  də  piyada 
qüvvələri.  Artilleriya  da  bir  qədər  uzaqda  atəşə  hazır 
vəziyyətdə idi. 
Bütün bölgəyə ağır sükut çökmüşdü. Biz hər tərəfə atəş 
açmalı  idik.  Mənim  işarəmlə  uşaqlar  yerlərini  tutdular. 
Hər  birinin  işini  öncədən  demişdim.  Bircə  nəfəs  səsi  də 
gəlmirdi.  Ətrafımı  yenidən  nəzərdən  keçirdim.  Hərəkətə 
keçməyin və özümüzünkülərə işarə verməyin tam zamanı 
idi. Bilirdim  ki,  uşaqların  hər  biri  mənim səsimi gözləyir. 
Ürəyimdə dedim: «İlahi, Sənə təvəkkül!» 
Birdən var gücümlə qışqırdım: «Allahu-Əkbər!» 
Sükut pozuldu, silahların aramsız atəşləri başladı. Eyni 
zamanda bir neçə tərəfə atəş açırdıq. 


 
57 
Düşmən əvvəlcə başını itirdi, lakin çox tez özünə gəldi. 
Bir  neçə  dəqiqə  ərzində  hər  tərəfdən  başımıza  atəş 
yağmağa  başladı;  avtomat,  pulemyot,  qumbara,  top, 
katyuşa və sair. Bir qədər sonra orada sözün əsl mənasında 
bir  cəhənnəm  əmələ  gəldi.  Artıq  tapşırığı  yerinə 
yetirmişdik  və  uşaqları  qorumaq  hər  şeydən  vacib  idi. 
Birdən qışqırdım: «Uzanın! Heç kim atəş açmasın!» 
Hərə bir  yerə daldalandı. Mən də bir tərəfdə uzandım. 
Daha  silahlarımız  açılmırdı,  yalnız  dillərimiz  tərpənirdi. 
Bütün vücudumuzla zikr deyirdik. Düşmənin atəşi isə hər 
an  güclənirdi.  Yerləşdiyimiz  mövqeyin  hər  qarışını 
vururdular. Öz-özümə düşündüm ki,  yəqin uşaqların çoxu 
şəhid olub. 
Qərargahdan  əmr  gözləyirdim.  Bir  müddətdən  sonra 
nəhayət, 
ratsiyanın 
səsi 
gəldi. 
Əməliyyat 
komandirlərindən  biri  idi.  Mənim  də  sağ  qalmamı 
düşünmürdü.  Dedi:  «Allaha  şükür  olsun  ki,  sizin 
fədakarlığınız  bəhrəsini  verdi.  Əgər  sağsınızsa,  geri 
dönün!» 
Canlı  qüvvəmiz  digər  səmtlərdən  düşmən  səddini 
yarmışdılar.  Başlarını  itirdiklərindən  bizi  unutdular.  Tez 
yerlərimizdən  qalxdıq.  Bir  neçə  dəqiqədən  sonra  isə 
hamımız geri qayıdırdıq. 
Uşaqlar  böyük  qələbə  çalmışdılar.  Biz  qayıdanda 
bəziləri  təəccübdən  barmaqlarını  dişlədilər.  Özümüz  də 
inana  bilmirdik.  Hamımız  şəhadət  eşqi  ilə  getmişdik, 
amma  yalnız  bir-iki  şəhid  vermişdik,  bir-iki  də  yaralımız 
vardı. 
 
 
 


 
58 

Yüklə 1,76 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə