Дырнаг вә тире ишарәләри фәрглидир, һамысы ејни формаја салынсын



Yüklə 1,76 Mb.
Pdf görüntüsü
səhifə27/78
tarix22.01.2022
ölçüsü1,76 Mb.
#83040
1   ...   23   24   25   26   27   28   29   30   ...   78
Allahdan-nur-almış-insan

124-cü briqada 
Seyid Kazim Hüseyni 
Vəlfəcr-hazırlıq  əməliyyatından  öncə  idi.  Batalyonları 
gecə təlimlərinə aparırdıq. 
Bir gün Əbdülhüseyn motosikletlə gəlib dedi ki, gedək 
ətrafı gözdən keçirək. 
Fəkkə  bölgəsi  çox  qumlu  idi.  Piyadalar  ən  azı  30-40 
kilometr  getməli,  yeddi-səkkiz  kilometr  də  silah  və 
texnikalarla 
irəliləməli  idilər.  Buna  əhəmiyyətsiz 
yanaşdım. 
– Biz hər gecə təlim keçirik. 
–  Yox,  dəqiq  planlarımız  olmalıdır  ki,  uşaqların 
hazırlığı daha da artsın. 
Sonra  gülümsəyib  sözünə  davam  etdi:  «Fəthülmübin 
əməliyyatının xatirələrini yenidən yaşayacağıq». 
Motosikletin  tərkinə  oturdum.  Qaz  verdi  və  yola 
düşdük. 
Təxminən on beş kilometr  getdik. Bir təpənin  yanında 
saxladı.  124-cü  təpə  idi.  Motorsikletdən  enib  təpənin 
başına  çıxdıq.  Yolda  dedi  ki,  sənə  o  təpənin  xatirəsini 
danışacağam. 


 
71 
Fəthülmübin  onun  batalyon  komandiri  kimi  iştirak 
etdiyi  ilk  əməliyyat  idi.  Həmin  əməliyyatda  mən  ondan 
ayrı  düşdüm;  o,  bir  səmtdən  irəliləyirdi,  mən  başqa  bir 
səmtdən. 
Havadan  hələ  səhər  ətri  gəlirdi.  Təpənin  başında 
yerimizi  rahatladıq  və  o,  124-cü  təpənin  xatirəsini 
danışmağa başladı: 
«Əməliyyat komandirinin dediyi kimi, bizim işimiz çox 
mühüm  idi.  Düşmən  mövqelərinin  içinə  doğru  təxminən 
dörd  kilometr  irəliləyib  bu  təpəyə  çatmalı  idik.  Ondan 
sonra  işimiz  başlayırdı.  Düşmənin  ən  güclü  diviziyasının 
qərargahı burada, bu təpənin üstündə yerləşirdi. 
Üstəlik,  təpəyə  çatandan  sonra  əmri  gözləməli  idik. 
Demişdilər ki, əməliyyatın başlandığı elan olunan kimi bu 
bölgəni vurmağa başlayarsınız. 
Əməliyyat  gecəsi  hamıdan  tez  biz  yola  düşdük. 
Yolumuz  dırmıqlanmış  yerdən  idi.  Çox  əziyyətlə  düşmən 
xəttini aşdıq. Sonra iş daha da çətinləşdi, lakin bu təpəyə 
çatana 
qədər  ciddi  problem  yaşamadıq.  Buraya 
yaxınlaşandan sonra uşaqlara işarə verdim ki, uzanın. 
Hamı  yerə  uzandı.  Burada  olsaydın,  bir  nəfərin 
nəfəsinin səsini də eşitməzdin. Bütün diqqətim ətrafda idi. 
Zaman  çox  ağır  keçirdi.  Hər  an  ratsiyadan  hücum  əmrini 
gözləyirdim. 
Bir  neçə  dəqiqə  ötdü,  amma  xəbər  çıxmadı.  Hamıdan 
çox  mən  narahat  idim.  Elə  şəraitdə  canlı  qüvvəyə  nəzarət 
etmək  çətin  idi.  Uşaqların  düz  başlarının  üstündəki 
düşmən pulemyotları ən zəif bir səsə hazır dayanmışdılar. 
Düşmən  diviziyasının  qərargahının  hər  tərəfinə  tikanlı 
məftillərdən  dairə  çəkmiş,  torpaq  və  qum  dolu  kisələr 
düzmüş və digər maneələr yaratmışdılar. 


 
72 
Düşmən oranı  elə düzəltmişdi  ki, xətti  yarılsa belə, ən 
azı  qərargah  müqavimət  göstərə  bilsin.  Qərargahın  hər 
addımına  bir  keşikçi  qoymuşdular.  Bir  dəfə  başımı 
qaldırıb  baxanda  özüm  yeddi-səkkiz  SUV  avtomobili 
saydım. 
Bir  neçə  dəqiqə  də  ötdü,  hələ  xəbər  yox  idi. 
Narahatlığım  anbaan  artırdı.  Bir  nəfərdən  ən  zəif  bir  səs 
çıxsaydı,  həm  öndən,  həm  də  arxadan  bizi  atəşə 
tutacaqdılar. 
Bundan 
ötrü 
çox 
narahat 
deyildim. 
Bizim 
batalyonumuz  fədai  kimi  çıxış  edirdi  və  uşaqlar  şəhadətə 
hazır  idilər.  Narahatlığım  əməliyyatın  bilinəcəyinə  görə 
idi. Onlar bizi görsəydilər, əməliyyat iflas edərdi. 
Bir neçə dəqiqə də ötdü, bir xəbər çıxmadığını görəndə 
zikrə  və  təvəssülə  başladım.  Elə  əvvəldə  üzüm  tamamilə 
islandı.  Uşaqların  belə  sakit  qala  bilməsi  üçün  dua 
edirdim;  birinin  öskürəyi  gəlsə  də,  səsi  çıxmasın,  Allah 
eləməmiş,  silah-zad  tərpənməsin.  Ən  çox  da  dua  edirdim 
ki, tez əməliyyat əmri verilsin. 
Təvəssül duasını oxuyurdum. Həzrət Peyğəmbərdən (s) 
başlayıb  İmam  Mehdiyə  qədər  oxudum,  amma  xəbər 
çıxmadı.  Göz  yaşları  içərisində  zikr  və  təvəssülə  davam 
etdim.  Çox  keçmədən  çiynim  üzərindəki  əli  hiss  etdim. 
Ratsiyaçı idi. Ratsiyanı uzatdı, onun əlindən necə aldığımı 
bilmədim. Komandir idi, çox astadan danışırdı. 
– Allaha təvəkküllə başla!» 
Sözü  buraya  çatanda  Əbdülhüseyn  susdu.  Üzü 
qızarmışdı.  Ağlayırdı.  Uzaqlara  baxır,  deyəsən,  həmin 
səhnələri görürdü. Bir az sonra sözünü davam etdirib dedi: 
«Mən nə olduğunu anlamadım, özümə gələndə gördüm ki, 
ratsiyaçı  ilə  tək  qalmışam,  hamı  gedib.  Bilmirəm  tikanlı 
məftilləri və digər maneələri necə keçdilər, ancaq bilirəm 


 
73 
ki,  qısa  müddət  ərzində  səngərləri  və  hər  şeyi  dağıdıb 
qərargahı  tutdular.  Bu,  düşməni  iflic  etdi.  Onlar 
komandirləri başları üstündə olanda məğlub olurdular, o ki 
qala komandirsiz olduqda. 
Bizim  tərəfdən  uşaqlar  digər  səmtlərdən  əməliyyata 
başlamışdılar. Düşmənin məyusluğu hər an artırdı. Həmin 
gecə bütün bu bölgələr bizim əlimizə keçdi. 
Düşmənin  qərargahında  farsca  yaxşı  danışan  bir  neçə 
qadın  vardı.  Onların  işi  bizim  ratsiya  danışıqlarımızı 
dinləmək idi. Uşaqlar onları əsir tutdular. Onlar deyirdilər: 
«Biz  birdən  gördük  ki,  sizinkilər  gəlmişlər  və  səngərlər 
bir-bir əldən gedir». 
Əməliyyatın  ertəsi  günü  komandirlərin  biri  yanıma 
gəldi. O, məni qucaqlayıb öpür və deyirdi:  «Sən nə etdin 
ki,  çox  qısa  müddətdə  bu  qərargahı  çökdürə  bildin? 
Bilirsən  nə  oldu?  Düşmənin  bütün  qüvvəsi  iflic  oldu, 
başını itirdi. Axı komandiri, arxa-dayağı məhv olmuşdu!» 
O,  bizim  bir  neçə  dəqiqə  ərzində  oranı  tutmağımızı 
gözləmirmiş. O deyirdi: «Əməliyyat  əmri verəndən  sonra 
oturub  hesabladıq  ki,  siz  maneələrdən  keçib  qərargaha 
çatana  və  oranı  vurana  qədər  çox  çəkəcək,  amma  birdən 
gördük  ki,  qərargahın  səngəri  və  ratsiyaları  bir-birinə 
qarışdı və bütün sistemləri çökdü». 

Yüklə 1,76 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə