Дырнаг вә тире ишарәләри фәрглидир, һамысы ејни формаја салынсын



Yüklə 1,76 Mb.
Pdf görüntüsü
səhifə35/78
tarix22.01.2022
ölçüsü1,76 Mb.
#83040
1   ...   31   32   33   34   35   36   37   38   ...   78
Allahdan-nur-almış-insan

İmam Rzanın (ə) lütfü 
Məcid Əxəvan 
Xeybər əməliyyatında ayağım ağır yaralandı. Məni geri 
göndərdilər, oradan da müqəddəs Məşhədə köçürdülər. 
Bir  neçə  gündən  sonra  xəstəxanadan  çıxıb  evə  getdim. 
Orada  öyrəndim  ki,  Hacı  Burunsi  dördgünlüyə  evə  gəlib. 
Bilirdim ki, mənə baş çəkəcək. Məzuniyyət zamanı işi bu 
idi,  bütün  yaralılara  və  şəhid  ailələrinə  baş  çəkirdi.  Bunu 
bilirdim,  amma  Məşhədə  çatan  kimi  mənim  yanıma 
gələcəyini düşünməzdim. 
Otağa  girəndə  üzü  gülürdü.  Salamlaşıb  hal-əhval 
tutduq.  Gülərək  dedim:  «Hacı  ağa,  cəmi  dörd  gün  icazən 
var, yenə başlamısan yaralı uşaqlara baş çəkməyə?!» 
– Mən elə buna görə gəlmişəm, başqa bir işim yoxdur. 
Zarafat etdiyini düşündüm. 
– Bəs ailə? 
–  Mən  ailəmi  İmam  Rzaya  (ə)  tapşırmışam.  Yoldaşım 
da, maşallah, aslan kimi dayanıb. 
– Bu arada sənin də üzərinə düşən vəzifələr var. 
Bir 
qədər  yerini  rahatlayandan  sonra  üzünü 
yaxınlaşdırdı, düz gözlərimin içinə baxdı. 
– Bilirsən, Əxəvan, bir şey mənə çox qəribədir. 
– Nə? 
–  Mən  məzuniyyətə  gələndə  ayağımı  evə  qoyan  kimi 
problemlər  başlayır;  uşaqların  biri  xəstələnir,  birinin 
çənəsi  sınır,  birinin  biləyi  çıxır...  Beləcə  problemlər 
bitmək bilmir. Lakin evdən çıxan kimi daha heç nə olmur 
və hər şey öz qaydasına düşür. 


 
96 
Gülümsədi. 
–  Artıq  elə  olub  ki,  yoldaşım  deyir  məzuniyyətə 
çıxmasan olmazmı?! 
Gülməyə başladıq. Sözünün axırında əsas hissəni dedi: 
«Bu  baxımdan,  mənə  sübut  olunub  ki,  ailəmi  qoruyan 
başqa birisidir. Çünki evə gedən kimi problemlər başlayır, 
cəbhəyə gedən kimi hər şey qaydasına düşür». 
İndi o gündən illər ötür. O, şəhid olandan sonra sözünü 
daha  yaxşı  anladım.  Həyat  yoldaşı  kiçik  bir  evdə  və  az 
maaşla  səkkiz  övlad  böyütdü,  ikisini  universitetə  yolladı, 
ikisini  də  evləndirdi.  Digərləri  də  yaxşı  qiymətlə 
təhsillərini davam etdirirlər. Allah ona rəhmət eləsin, ailəsi 
sarıdan İmam Rzanın (ə) lütfünə arxayın idi. 

Yüklə 1,76 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə