Дырнаг вә тире ишарәләри фәрглидир, һамысы ејни формаја салынсын



Yüklə 1,76 Mb.
Pdf görüntüsü
səhifə38/78
tarix22.01.2022
ölçüsü1,76 Mb.
#83040
1   ...   34   35   36   37   38   39   40   41   ...   78
Allahdan-nur-almış-insan

Şəxsi hədiyyələr 
Seyid Kazim Hüseyni 
Bir  dəfə  də  məzuniyyətə  çıxmışdıq.  O,  işinin  ardınca 
getdi,  mən  də  evə  yollandım.  Hələ  yolun  yorğunluğu 
canımdan çıxmamış gəldi. 
– Daha istirahət bəsdir. 
– Xeyirdir inşallah? Harasa gedirik? 
Gülümsədi. 
– Hə, gəldim ki, həm özünü aparım, həm də maşınını. 
Cavab gözləməyib çiynimdən vurdu. 
– Tez ol, hazırlaş gedək. 
Gördüm ki, vəziyyət ciddiləşir. 
– Haraya? 
– Bu qədərini bil ki, bir neçə saatlıq işimiz var. 
Zarafata  dedim:  «Bizim  cəmi  dörd  gün  icazəmiz  var, 
onda da istirahət etməyə imkan vermirsən». 
Ayağa  qalxdı,  əlimdən  yapışıb  məni  də  ayağa  qaldırdı 
və gülərək dedi: «Tez ol, gecikirik». 
Tez hazırlaşıb onunla çıxdım. 
Yolda bir neçə mağazaya girdik. Çox şey aldı. Hamısını 
da  hədiyyə  kağızlarına  bükdürürdü.  Sonuncu  dəfə  maşına 
minəndə dedim: «Nəhayət, deyəcəksən ki, haraya gedirik, 
yoxsa yox?» 
Gülümsədi. 
– Şəhidləri görməyə gedirik. 
– Şəhidləri görməyə?! 
–  Şəhid  ailələrinə  baş  çəkməyə  gedirik.  Hər  halda, 
onlardan  da  şəhid  ətri  gəlir.  Bilirsən  ki,  şəhidin  ruhu 
ailəsinə  baxır.  Buna  əsasən,  biz  elə  şəhidlərin  özlərini 
görməyə gedirik. 
Bizim  batalyonumuz  bir  neçə  şəhid  vermişdi.  Həmin 
gün  hər  birinin  ailəsinə  baş  çəkdik.  Hər  bir  evə  girəndə 


 
103 
Əbdülhüseyn  şəhidin  yaxın  qohumlarının  birinə  o 
hədiyyələrdən birini verirdi. 
İşimiz axşama qədər uzandı, hələ də bitmədi. Şam azanı 
veriləndə  Məşhəd  şəhərinin  cənubundakı  bir  məhəllədə 
idik.  Məhəllə  məscidinə  gedib  namazımızı  camaatla 
qıldıq.  Namazdan  və  bir  qədər  duadan  sonra  getməyə 
hazırlaşırdıq  ki,  birdən  Əbdülhüseyn  dedi:  «İlahi,  Sənə 
ümidlə!» 
Bunu  deyib  ayağa  qalxdı,  gedib  düz  imamın  yanında 
oturdu.  Nə  danışdılarsa,  birdən  hər  ikisi  ayağa  qalxdı. 
Ruhani  Əbdülhüseynlə  çox  hörmətlə  davranırdı.  Onlar 
mikrofonun  arxasına  keçdilər.  Ruhani  üzünü  camaata 
tutub  bir  qədər  girişdən  sonra  dedi:  «Bu  axşam  cəbhənin 
əziz  komandirlərindən  biri  qonağımızdır.  Yəqin  ki  hacı 
ağa Burunsinin qəhrəmanlıqlarından eşitmisiniz». 
Camaatın  arasında  pıçıltı  başlandı  və  sonra  salavat 
dedilər.  Əbdülhüseyn  soyuqqanlı  və  sakit  şəkildə 
dayanmışdı. 
-  Biz  bu  əziz  döyüşçünün  söhbətini  dinləyəcək  və 
inşallah, hamımız bəhrələnəcəyik. 
Camaat  yenidən  salavat  dedi.  Əbdülhüseyn  mikrofona 
yaxınlaşdı. Cəhbədən, döyüşdən və cəbhələri doldurmağın 
gərəkliyindən  danışdı.  Çox  rahat  və  enerjili  danışırdı. 
Özümdən  asılı  olmadan,  əməliyyatdan  öncəki  anlar  və 
Əbdülhüseynin  xüsusi  mənəvi  halı  yadıma  düşdü.  Azad 
nöqtədə    uşaqların  önündə  çıxış  edəndə  ora  həqiqətən, 
dünyadan və dünyəvi bağlardan azadlıq yerinə çevrilirdi. 
Özümə  gələndə  gördüm  ki,  mənəviyyatdan  danışır  və 
bütün  məscid  həyəcanla  onu  dinləyir.  Söhbətinin  təsiri 
çoxlarının üzündən aydın görünürdü. 


 
104 
Yaxşı  yadımdadır,  onun  çıxışından  sonra  çoxları, 
xüsusən  də  gənclər  ayağa  qalxıb  adlarını  cəbhəyə 
yazdırdılar. Bəziləri hətta sonralar Sepaha da qoşuldular. 
Gecə  evə  dönəndə  ona  dedim:  «Hacı  ağa,  sən  nə  üçün 
bu kimi işlərdən ötrü maşın istəmirsən?» 
Gülüb dedi: «İstəyirəm sizə də savab çatsın». 
– Ən azı, şəhid ailələrinə verdiyin hədiyyələrin pulunu 
Sepahdan almaq olar. 
–  Bu  işlərin  dəyəri  ondadır  ki,  adam  öz  cibindən 
xərcləsin. 
Bunu  deyəndə  onun  az  maaşını  və  öhdəliyində  olan 
insanları düşünürdüm. 
Sonralar onunla  yoldaşlıq səadəti mənə daha çox nəsib 
oldu.  Hətta  uzaq  rayonlara  da  gedib  şəhid,  itkin  və 
yaralıların  ailələrinə  baş  çəkirdik.  Mənim  maşınım  xarab 
olanda dostlarımızdan başqa birinin şəxsi maşını ilə gedib 
şəxsi hədiyyələri çatdırırdı. 

Yüklə 1,76 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə