Дырнаг вә тире ишарәләри фәрглидир, һамысы ејни формаја салынсын



Yüklə 1,76 Mb.
Pdf görüntüsü
səhifə36/78
tarix22.01.2022
ölçüsü1,76 Mb.
#83040
1   ...   32   33   34   35   36   37   38   39   ...   78
Allahdan-nur-almış-insan

Bir damla göz 
yaşı 
Məsumə Səbukxiz 
Qapının  zəngi  çalındı.  Çadramı  başıma  atıb  qapıya 
getdim. Sepah uşaqlarından iki-üç nəfər idi. Onlar bir neçə 
dəfə  Əbdülhüseynlə  bizə  gəlmişdilər.  Salam  verdilər, 
cavablarını  verdim.  Dedilər  ki,  bağışlayın,  hacı  xanım, 
zəhmət olmasa, ağa Burunsinin kimliyini gətirin. İstəkləri 
bir tərəfdən müqəddiməsiz idi, bir tərəfdən də əhəmiyyətli. 
Təəccüblə soruşdum ki, nə üçün? 
– İnşaallah, onu Məkkəyə göndərəcəyik. 
– Məkkəyə?! 
–  Bəli,  hacı  xanım.  Ağa  Burunsi  bu  əməliyyatda 
möhtəşəm iş gördü, çox qənimət əldə etdik. Buna görə də, 
İmam  Xomeyni  tərəfindən  mükafat  olaraq  Məkkəyə 
göndərmək istəyirlər. 
Sevincimi gizlədə bilməyib həyəcanlandım. 
– Özünün xəbəri var? 


 
97 
– Yox. Biz sənədlərini hazırlamaq istəyirik ki, inşallah, 
Tehrandan  Məkkəyə  uçsun.  Tez  içəri  girib  pasportunu 
gətirdim. Alıb sağollaşdılar və getdilər. 
İki  gündən  sonra  pasportu  gətirib  dedilər:  «Allahın 
köməyi ilə bütün işlər hazırdır». 
Biri bir bağlama verdi. Soruşdum ki, bu nədir? 
– Ağa Burunsinin ehram paltarıdır. 
Məsələ ciddiləşmişdi. 
– Axı o hələ cəbhədədir. 
– Vaxtı çatanda özü Məşhədə gələcək. 
Onlar  gedəndən  sonra  içəri  girdim.  Hələ  nəfəsimi 
dərməmiş yenidən qapı döyüldü. Qonşu qadın idi. Dedi ki, 
tez gəl, telefona çağırırlar. 
– Kimdir? 
– Ağa Burunsi. 
Özümü  telefona  necə  çatdırdığımı  bilmədim.  Dəstəyi 
götürüb  salamlaşar-salamlaşmaz  məsələni  danışdım. 
Ucadan gülüb dedi: «Məkkə hara, biz hara?!» 
Əvvəl  elə  bildim  zarafat  edir,  sonra  gördüm  ki, 
həqiqətən, xəbəri yoxdur. Güldüm. 
– Sənə hətta ehram paltarı da almışlar. 
– Yox, hacı xanım, biz Məkkəlik deyilik. 
Sona  qədər  inanmadı.  Bəlkə  də  inandı,  amma  özünü 
buna layiq bilmədi. 
Getməsinə  iki  gün  qalmış  gəldi.  Ertəsi  gün  sağollaşıb 
Tehrana yola düşdü, oradan da həcc səfərinə. 
Gedəndə soruşdum ki, nə vaxt qayıdacaqsınız? 
–  Əgər  Tehrana  salamat  çatsam,  inşallah,  zəng  vurub 
deyərəm. 
İki-üç  gündən  sonra  qardaşımla  qaynım  bizə  gəldilər. 
Dedim ki, ağa Burunsi qayıdanda onu yaxşı qarşılayarıq. 
Qardaşı güldü. 


 
98 
– Mən artıq qoyun almışam. Hələ sənin qardaşın da bir 
qoyun alıb. 
Özüm də həmin gündən işə başladım. Əlimizdən gələni 
etdik,  hətta  boynuna  salmağa  gül  çələngi  də  hazırladıq. 
Dedik ki, küçənin başında boynuna salarıq. 
Hər şey hazır idi. Bir gün anamgilə getdim. Evləri bizə 
yaxın idi. Başımız söhbətə qarışdı. Birdən qonşuların biri 
qapını  döyməmiş  içəri  girdi,  həyəcanla  mənə  baxdı. 
Soruşdum ki, nə olub? 
– Qaç, ağa Burunsi Məkkədən gəlib. 
Heyrət içində dedim ki, ola bilməz. 
– İnan ki, qayıdıb, indi evdədir. 
Çadramı  necə  başıma  saldığımı  bilmədim.  Çəkələyi 
geyinər-geyinməz  evə  qaçdım.  İçəri  girəndə  gördüm  ki, 
bəli,  başqa  iki  hacı  ilə  birgə  otaqda  oturub.  Üzündə 
təbəssüm vardı. 
Anam  da  gəldi.  Yavaş-yavaş  uşaqlar,  qardaşı  və 
digərləri də gəldilər. Hamı ilə görüşüb öpüşür və hallarını 
soruşurdu. Üzü həmişə gülürdü. İncik halda dedim ki, bəs 
nə üçün xəbərsiz gəldin? 
Digərləri  də  nə  baş  verdiyini  anlayıb  etiraz  etdilər.  O, 
dedi:  «Əsla  narahat  olmayın.  İnşallah,  sabah səhər  tezdən 
məqbərəyə  gedəcəyəm.  Qayıdanda  ürəyiniz  nə  istəyir 
edərsiniz». 
Daha da inciyib üzümü qardaşıma tutdum. 
– Sən niyə elə dayanmısan? 
– Nə edim, bacı? 
–  Heç  olmasa,  gedin  qoyunların  birini  gətirib  kəsin. 
Zarafata  dedi:  «Mən  indi  burada  özümü  kəsəcəyəm, 
qoyunu yox. Hacı ağa bütün həvəsimizi korladı». 
Əbdülhüseyn  dedi:  «Siz  sabah  səhər  çələng  salın, 
qoyun kəsin; nə istəyirsiniz edin». 


 
99 
Hirsləndim. 
–  Bu  işin  çox  yanlış  idi.  Camaat  elə  biləcək  ki,  xərc 
çəkib qonaqlıq verməyək deyə səssiz-səmirsiz gəlmisən. 
–  Siz  narahat  olmayın,  inşallah,  sabah  səhər  hər  şey 
düzələr. 
 
*** 
 
Ertəsi  gün  sübh  azanında  getməyə  hazırlaşdı.  Dedi: 
«Tələsməniz  lazım  deyil,  biz  üçümüz  İmam  Rzanın  (ə) 
məqbərəsinə gedirik və saat 10-a qədər gəlməyəcəyik». 
Evdən  çıxdılar.  Artıq  əmin  idim  ki,  saat  10-da 
gələcəklər. 
Uşaqlar  hələ  yuxudan  oyanmamışdılar.  Səhər  yeməyi 
hazırlayanda birdən qapı döyüldü və hər üçü həyətə girdi. 
Təəccüblə dedim: «Axı dedin saat 10-da gələcəksiniz!» 
Bir söz  demədi.  Yanındakı iki  nəfər  evə  girdi.  Mən də 
getmək istəyəndə çağırdı. 
– Bura gəl, səninlə işim var. 
Mənə baxdı. 
– Sən boynuma çələng salmaq istəyirsən, elə bilirsən ki, 
mən adımı dəyişdirmək üçün həccə getmişəm?! 
Bir söz demədim. 
–  Allah  istəyib  Məkkə  və  Mədinəyə  getmişik.  Adıma 
bir  titul  artırmaq  üçün  getməmişəm,  Allah  qismət  edib 
ziyarətə getmişəm. 
Gözlərini üzümə dikdi. 
–  Yaxşı  qulaq  as,  gör  nə  deyirəm.  Mən  bir  Bəsic 
üzvüyəm, fərz elə cəbhədə bir neçə nəfər də mənə tabedir;  
məsələn,  Şəhid  Sədaqət  və  digər  şəhidlər  kimi.  Özünü 
onların yoldaşlarının yerinə qoy.  Belə bir şəxs Məkkədən 


 
100 
qayıdıb,  indi  də  boynundan  çələng  asıb,  sən  də  bir  neçə 
kiçik uşaqla oradan keçirsən. Öz-özünə nə deyərsən?! 
Yenə bir söz demədim. 
–  Deməzsən  ki,  bizim  ərimizi  öldürdülər,  özləri  isə 
Məkkəyə getdilər?! Belə deməzsən?! 
Sakit qaldım.  And verdi  ki,  cavab  verim və  doğrusunu 
deyim.  Başımı  aşağı  saldım.  Bir  az  düşünüb  dedim  ki, 
doğru deyirsən. 
Daha da qızışdı. 
–  Əgər  bir  yetimin  gözündən  bir  damla  yaş  axsa, 
bilirsən  ki,  qiyamət  günü  Allah  mənə  nə  edər?!  Çələng 
salmaq nədir, qarşılama mərasimi nədir?! 
Qane  olduğumu  görəndə  dedi:  «İndi  kim  gəlmək 
istəyirsə,  gözümüz  üstə  yeri  var,  çox  yaxşı  qulluq  da 
edərik». 
Üç  gün  qonaqlar  gəlib-getdilər,  biz  də  onlara  qulluq 
etdik.  Üç  gündən  sonra  isə  qoyunları  kəsib  hamıya  ehsan 
verdik. 
Maraqlı  idi  ki,  evimizə  kim  gəlirdisə,  hacı  ağanın 
Məkkə və Mədinəyə getdiyini orada öyrənirdi. 

Yüklə 1,76 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə