Дырнаг вә тире ишарәләри фәрглидир, һамысы ејни формаја салынсын



Yüklə 1,76 Mb.
Pdf görüntüsü
səhifə43/78
tarix22.01.2022
ölçüsü1,76 Mb.
#83040
1   ...   39   40   41   42   43   44   45   46   ...   78
Allahdan-nur-almış-insan

Boş qutular 
Məsumə Səbukxiz 
Bir əməliyyatdan sonra  evə gəldi. Özü ilə iki boş silah 
qutusu  gətirmişdi.  Salamlaşıb  hal-əhval  tutandan  sonra 
qutuları nə üçün gətirdiyini soruşdum. 
– Gətirdim ki, uşaqlar kitab-dəftərlərini içinə qoysunlar. 


 
111 
Qutuları  maşından  çıxaranda  qonşu  qadınların  biri 
görmüşdü.  Sonradan  mənə  dedi  ki,  deyəsən,  ağa  Burunsi 
bu dəfə əlidolu gəlib. 
Məqsədini  anlamadım,  bir  qədər  mızıldanandan  sonra 
dedi: «Qutular». 
Qutu  sözünü  eşidən  kimi  üzüm  istiləşdi,  «əlidolu» 
sözünün mənasını anladım. Tez cavab verdim: «O qutular 
boş idi». 
– Bizdən gizlətmək lazım deyil, özgəsi deyilik ki. Hər 
halda, hacı ağa nə isə gətirmişdi. 
Evə gedəndə dilxor halda Əbdülhüseynə dedim: «Kaş o 
qutuları bu qonşuların bəzisinə göstərəydin». 
Gülərüzlə zarafata dedi: «Yəqin yenə kimsə nəsə deyib 
ki, bizim hacı xanım narahat olub». 
Daha  dilxor  halda  dedim:  «Qonşu  qadınların  biri  elə 
bilib ki, bu qutularda nə isə gizlədib evə gətirmisən». 
Güldü. 
– Bunlar xəyallardır, bunlara görə narahat olma. 
Səsimi ucaltdım. 
– Narahat olmayım?! 
Bir söz demədi. 
–  Əgər  Allah  eləməmiş,  belə  işlərlə  məşğul  olsaydın, 
narahat olmamalı idim, amma indi gərək o qutuları qadına 
göstərib nə üçün gətirdiyini deyim. 
Yenə güldü. 
– Həqiqətən, yeri var. 
Səbəbini  soruşmaq  istəyirdim,  danışmağa  macal 
vermədi. 
– Bilirsən o qadının cavabı nə idi? 
Bir söz deməyib ona baxdım. 
–  Ona  deməli  idin  ki,  yol  açıqdır;  mənim  ərim  gedib 
gətirib, siz də cəbhəyə gedin gətirin. 


 
112 
Bir az dayanıb yumora keçdi. 
–  Biz  uşaqların  kitab-dəftərləri  üçün  iki  qutu  gətirdik, 
onlar gedib yüz qutu gətirsinlər. 
Ağsaqqal  jesti  ilə  sözünə  davam  etdi:  «Əgər  yenə  bir 
söz desələr, bu cavabı verərsən». 

Yüklə 1,76 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə