Дырнаг вә тире ишарәләри фәрглидир, һамысы ејни формаја салынсын



Yüklə 1,76 Mb.
Pdf görüntüsü
səhifə42/78
tarix22.01.2022
ölçüsü1,76 Mb.
#83040
1   ...   38   39   40   41   42   43   44   45   ...   78
Allahdan-nur-almış-insan

Ağır şərait 
Məsumə Səbukxiz 
Son  zamanlarda  Sepahın  maşınlarından  biri  həmişə 
onda olurdu. Bir dəfə anasını yoxlamaq üçün kəndə getdi. 
Orada  nə  baş  vermişdisə,  şəhadətindən  sonra  əmisinin 
gəlini  məclisdə  çox  ağlayırdı,  halı  əsla  təbii  deyildi. 
Təxmin etdim ki, Əbdülhüseyndən xatirəsi var. Orada bir 
şey  soruşa  bilmədim,  sonradan  evinə  gedəndə  bunun 
səbəbini soruşdum. 
Yenə gözləri yaşla doldu. Başını oyan-buyana yelləyib 
Əbdülhüseynin  təkbaşına  kəndə  getdiyi  zamandan  mənə 
bir  xatirə  danışdı.  Əvvəlcə  soruşdu:  «Bilirsən  ki,  oğlum 
Məşhəddə təhsil alır?» 
Təsdiq  əlaməti  olaraq  başımı  yellədim.  Söhbətini 
davam etdirdi. 
– Ağa Burunsinin maşınla kəndə gəldiyini eşidən kimi 
tez  bir  boğça  çörək,  bir  qədər  ət,  qatıq  və  digər  şeylər 
hazırladım.  Hamısını  rəhmətlik  ərinin  yanına  gətirdim. 
Əmin  olmaqdan  ötrü  soruşdum  ki,  siz  Məşhədə 
qayıdacaqsınız?  Dedi  ki,  elə  indicə  qayıdıram,  Məşhəddə 
işiniz var? Əlimdəkiləri göstərib dedim: «Zəhmət olmasa, 
bunları oğluma verərsiniz». 
Bir neçə saniyə sakit qalıb heç nə demədi, sonra başını 
qaldırdı,  kəndin  qarajını  göstərib  dedi:  «Elə  indicə 
Məşhədə bir avtobus çıxır, sürücüyə ver aparsın». 
Yerimdə donub qaldım. Bəlkə də gözləmədiyim yeganə 
cavab  bu  idi.  Özü  mehribancasına  dedi:  «Pulunu  mən 
verərəm,  Məşhədə  çatanda  da  özüm  oğluna  deyərəm  ki, 
gedib qarajdan götürsün». 
Təəccüblə  dedim:  «Sən  ki  maşınlasan,  əmioğlu,  daha 
qaraja nə üçün verim?!» 
Çox ciddi şəkildə dedi: «Bu maşın beytülmalındır». 


 
110 
Soyuqqanlılıqla dedim: «Nə olsun ki?!» 
Dedi:  «Mən  bu  maşınla  yalnız  kəndə  gəlib  anama  baş 
çəkə bilərəm, bundan artığına icazəm yoxdur». 
Nə qədər fikirləşdimsə, ağlıma batmadı. Deyəsən, o da 
bunu  anlayıb  dedi:  «Əgər  sizin  uşağınıza  ət  və  çörək 
aparsam, qiyamət günü bundan ötrü cavab verməliyəm». 
Rəhmətlik  narahat  halda  dedi:  «Gərək  bu  ölkənin 
əhalisinin hər birinə tək-tək cavab verim». 
O  zaman  bu  sözləri  anlamırdım,  pərt  olmuş  və  çox 
incimişdim, narahat halda dedim: «Heç olmasa, özün üçün 
apar». 
–  Özümə  də  aparmaq  istəsəm,  ya  avtobusla 
göndərərəm,  ya  da  sonradan  şəxsi  maşınla  gələndə 
apararam. 
Gəlinin sözləri buraya çatanda yenə onu ağlamaq tutdu. 
–  Əgər  ağa  Burunsinin  nə  iş  gördüyünü  orada 
anlasaydım, özümü onun ayaqlarına atardım, amma  heyif 
ki, gec anladım. 
Bir dəfə uşaqlarımızdan birinin qolu sındı, ya da başına 
nəsə  başqa  bir  iş  gəldi.  Hər  nə  idisə,  cəld  xəstəxanaya 
aparmalı  idik.  Elə  şəraitdə  də  qapının  önündə  olan 
beytülmal maşınına əl vurmadı, tez gedib bir taksi gətirdi. 
Ümumi mülkdən istifadə zamanı bu həddə diqqətli idi. 

Yüklə 1,76 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə