Дырнаг вә тире ишарәләри фәрглидир, һамысы ејни формаја салынсын



Yüklə 1,76 Mb.
Pdf görüntüsü
səhifə50/78
tarix22.01.2022
ölçüsü1,76 Mb.
#83040
1   ...   46   47   48   49   50   51   52   53   ...   78
Allahdan-nur-almış-insan

Özünü 
görməzlik 
Məsumə Səbukxiz 
Bir  axşam  Gövhərşah  məscidində  çıxışı  vardı.  Məsələ 
çox  böyüməsin  deyə,  deyirdi  ki,  bir  döyüşçü  kimi 
camaatla danışmaq istəyirəm. 
Kiçik 
oğlumuz  Əbülfəzlin  bir-iki  yaşı  olardı. 
Əbdülhüseyn  gedəndə  arxasınca  ağladı.  Qucağımda 
çırpınıb «ata-ata» qışqırırdı. 
Nə 
etdimsə, 
sakitləşdirə 
bilmədim. 
Axırda 
Əbdülhüseyn  yanağını  tutub  yavaşca  sıxdı,  gülərək  dedi: 
«Yaxşı, cırtdan, səni də apararam». 
Təəccübləndim. 
– Haraya aparırsan? 
– Özüm getdiyim yerə. 
– Axı sən çıxış edəcəksən, uşaqla necə olar? 
– Eybi yox, verərəm uşaqlara. 
Paltarını dəyişdirdim. Özü ilə apardı. 
Qayıdanda birinci soruşdum ki, uşaq incitdimi? 
Gülümsəyib xüsusi tərzdə dedi: «Nə deyim, vallah?!» 
Uşağı qucağıma verib oturdu. 
– Söhbətin  ortasında birdən ağlamağa başladı. Uşaqlar 
onu  saxlaya  bilməyib  bayıra  çıxardılar.  Çıxışım  bitəndən 
sonra özüm yanına getdim. Sizin işinizə burnumu soxdum 
və  bildim  ki,  altını  dəyişdirməliyəm.  Xəlvət  bir  yerə 
aparmaq  istəyirdim.  Dostlarım  soruşdular  ki,  haraya 
aparırsan? 


 
121 
Uşağı 
göstərib 
dedim 
ki, 
icazənizlə 
altını 
dəyişdirməliyəm. 
Dedilər ki, biz qoymarıq sən dəyişəsən. 
Gülüb  dedim:  «Əmin  olun  ki,  belə  işlərdə  mənə  çata 
bilməzsiniz». 
Çox  israr  etdilər,  amma  razılaşmadım.  Özüm  işi 
bitirdim, uşaq da sakitləşdi.  

Yüklə 1,76 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə