Дырнаг вә тире ишарәләри фәрглидир, һамысы ејни формаја салынсын



Yüklə 1,76 Mb.
Pdf görüntüsü
səhifə51/78
tarix22.01.2022
ölçüsü1,76 Mb.
#83040
1   ...   47   48   49   50   51   52   53   54   ...   78
Allahdan-nur-almış-insan

Kiçik bir 
vəzifə 
Məsumə Səbukxiz 
Təxminən  axşam  saat  doqquz  idi.  Qapının  səsinə 
yerimdən  hoppandım.  Nədənsə  özümdən  asılı  olmadan, 
qorxdum.  Çadramı  başıma  çəkib  tez  qapıya  getdim. 
Qapının  önündə  bir  motosiklet  vardı,  üstündə  iki  kişi 
oturmuşdu. Hər ikisi üzlərini cəfiyə ilə örtmüşdülər, yalnız 
gözləri görünürdü. Onların biri çox nəzakətlə salam verib 
soruşdu: «Ağa Burunsi evdədir?» 
– Yox. 
– Haradadır? 
Düşündüm ki, yəqin döyüş yoldaşlarındandır. 
– Bir yerə gedib. 
– Nə vaxt gələr? 
– Bilmirəm. Çıxış etməyə gedib, nə vaxt dönəcəyi bəlli 
deyil. 
–  Bağışlayın,  hacı  xanım,  biz  onun  cəbhə 
yoldaşlarındanıq. Onu görmək üçün nə vaxt gəlməliyik? 
– Məzuniyyətə çıxanda özümüz onu zorla görürük. 
Sualları bitmək bilmirdi. 
– Bu axşam saat neçədə gələr? 
– Mən daha saatını bilmirəm, qardaş. 


 
122 
Bir  neçə  saniyə  susdu.  Mən  içəri  girmək  istəyəndə 
yenidən  dilləndi:  «Bağışlayın,  hacı  xanım,  cənab 
Burunsinin adı nə idi?» 
Daha özümü saxlaya bilməyib qışqırdım. 
– Siz onun yoldaşlarısınızsa, adını da bilməlisiniz axı! 
Bunu  deyən  kimi  sükanın  arxasında  oturan  adam  tez 
motosikleti işə salıb qaz verdi və sağollaşmadan getdilər. 
Saat  ona  yaxın  Əbdülhüseyn  gəldi.  Yanında  bir  nəfər 
də vardı. Salam verən kimi dedi ki, yemək gətirin yeyək, 
çox acmışıq. 
Motosikletçilərin  gəlişini  söyləməyə  tələsirdim.  Sanki 
onun  sözünü  eşitməmiş  kimi  dedim:  «İki  nəfər  gəlmişdi, 
səninlə işləri vardı». 
– Nə vaxt? Kim? 
– Üzlərini şal ilə örtmüşdülər, özləri də kim olduqlarını 
demədilər. 
Əbdülhüseynlə  dostu  bir-birinə  baxdılar.  Baxışları 
mənalı idi. Məndə böyük maraq yarandı və narahat halda 
soruşdum: «Məgər nə olub?» 
Əbdülhüseyn özünü itirdi. 
– Heç... heç nə. Onlar yoldaşlarımız idilər. 
Susdu,  nəsə  fikirləşib  yenidən  soruşdu:  «Bəs  nə 
deyirdilər?» 
Onlarla  olan  bütün  söhbətimi  xırdalığına  qədər 
danışdım. Gülüb dedi: «Axırda yaxşı cavab vermisən». 
Həmin  gecə  məsələnin  nədən  ibarət  olduğunu 
öyrənməyə çalışsam da, faydası olmadı. 
Ertəsi  gün  səhər  tezdən  qonşumuzun  mağazasına 
getdim.  Bir  qadının  idi,  adətən,  uşaqlara  ondan  süd 
alırdım.  Məni  görən  kimi  salam  verər-verməz  dedi: 
«Gördün, axşam ərini terror etməyə gəlmişdilər». 
Rəngim qaçdı. 


 
123 
– Te... terror?! Nə üçün? 
Mənə bir stul gətirdi. Qeyri-iradi olaraq, oturdum. 
– Narahat olmağa dəyməz, Allaha şükür, yaxşı keçdi. 
Bir  qədər  sonra  özümə  gəlib  bütün  hadisəni 
danışmasını istədim. 
–  Səninlə  danışan  motosikletçilər  əvvəlcə  buraya 
gəldilər. 
– Nə üçün? 
– Sizin ünvanınızı soruşurdular. 
– Sən də dedin? 
Haqlı görkəm aldı. 
– Mən haradan bilim ki, o dinsizlər nə üçün gəliblər?! 
Mağazasına bir müştəri gəldi. Onu tez yola salıb sözünə 
davam  etdi:  «Amma  bilirsən  Yadullah  mənə  nə  qədər 
hirsləndi?!» 
Yadullah  onun  oğlu  idi,  dayısı  uşaqları  ilə  birgə 
Əbdülhüseynin yanında döyüşürdü. 
– Yadullah deyirdi ki, nə üçün ünvanı dedin? Onlar ağa 
Burunsini öldürmək istəyirlər. 
Bir  qədər  dayandıqdan  sonra  sözünə  davam  etdi: 
«Doğrusu, məndə sual yaranıb: Bu ağa Burunsi nəçidir ki, 
onu öldürmək istəyirlər?»  
Çox qorxmuşdum. Məndə də sual yaranmışdı ki, məgər 
Əbdülhüseyn  nəçidir?  Hər  şeydən  bixəbər  adamlar  kimi 
dedim:  «Mən  bilmədim  ki,  o  motosikletçilər  nə  üçün 
gəlmişdilər». 
– Oğlum Yadullah axşam Bəsicə gedib məsələni xəbər 
verdi, səhərə qədər evinizin ətrafında keşik çəkdilər. 
Gözlərim bərəlmişdi. Dodaqaltı mızıldadım: «Gör ha!» 
Başqa  bir  söz  gözləmədim.  Südü  alıb  tez  evə,  birbaş 
Əbdülhüseynin yanına yollandım. 
– Mən səndən çox incimişəm. 


 
124 
– Nə üçün? 
– Sən onların terror məqsədilə gəldiyini bilirdin, amma 
mənə heç nə demədin. 
Güldü.  Soyuqqanlı  və  çox  təbii  şəkildə  dedi:  «Məgər 
mən kiməm ki, məni öldürmək istəsinlər?!» 
Üzü ciddiləşdi. 
– Bunu sənə kim deyib? 
– Yadullahın anası. 
Başını  yelləyib  asılqana  sarı  getdi,  pencəyini  çiyninə 
atıb  evdən  çıxdı.  Bir  neçə  dəqiqədən  sonra  gülə-gülə 
qayıtdı. 
–  Yox,  əşi,  mənimlə  işləri  yox  imiş.  Onlar  başqa  bir 
Burunsini öldürmək istəyirmişlər, mənimlə səhv salıblar. 
Yalanını çıxarmaq istədim. 
– Bəs Bəsic də səni səhv salıb? 
– Necə məgər? 
– Çünki səhərə qədər evimizin ətrafında keşik çəkiblər. 
Əminliklə dedi: «Yalan deyirlər. Məgər mən kiməm ki, 
Bəsic vaxtını mənə sərf etsin?!» 
Sepahda kiçik bir vəzifəsinin olduğunu belə demədi. 
Şəhid  olandan  sonra  öyrəndim  ki,  həmin  gün 
Yadullahın yanına gedib. Yadullah deyirdi: «Ağa Burunsi 
məndən çox incimişdi. Məni danladı ki, nə üçün qadınlara 
belə  sözlər  deyirsən?!  Onlar  da  mənim  mühüm  adam 
olduğumu düşünürlər». 
Yadullah  deyirdi:  «Həmin  gün  səhər  çağı  hacı  ağa  ilə 
anamın  yanına  getdik  və  onun  fikirlərini  tamamilə 
dəyişdik». 
Şəhid  Burunsiyə  qarşı  bir  dəfə  də  terror  planı 
hazırlamışdılar.  Maşında  olanda  atəş  açmışdılar. 
Eşitdiyimizə  görə,  bir  nəfər  şəhid  olmuşdu.  Bunu  da 
danışanda qətiyyətlə inkar edib dedi ki, şayiədir. 


 
125 

Yüklə 1,76 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə