Dorian qreyin portreti



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə67/71
tarix04.11.2017
ölçüsü4,8 Kb.
#8442
1   ...   63   64   65   66   67   68   69   70   71

– Bəlkə də, düz deyirsiz! Amma bu hiss məni tərk etmir. Özümlə bacara 
bilmirəm. Ah, budur, hersoginya! Əsl Artemidadır, ingilis donunda! Biz qayıtdıq, 
hersoginya! 
– Mister Qrey, mən artıq hər şeyi bilirəm, – hersoginya dedi. – Yazıq Cefri dilxor 
olub! Özü də deyirlər ki, siz ondan xahiş etmisiniz, dovşana güllə atmasın! 
Təsadüfə bax e! Çox qəribədir! 
– Hə, çox qəribədir! Heç özüm də bilmirəm necə oldu dedim ki, dovşanı 
vurmayın. Bəlkə də, sadəcə, şıltaqlıq idi. Dovşan elə sevimli görünürdü ki... 
Amma çox nahaq sizə o adam barədə deyiblər.  Dəhşətli hadisə idi... 
– Acınacaqlı hadisədir, – lord Henri düzəliş etdi, – bunun heç psixoloji dəyəri 
yoxdur, maraqlı da deyil. Əgər Cefri onu bilərəkdən öldürsəydi, onda ayrı cür 
olardı! Hadisə son dərəcə maraq kəsb edərdi! O zaman mən, ümumiyyətlə, əsl 
qatillə böyük məmnuniyyətlə tanış olmaq istərdim! 
– Harri, siz necə dəhşətli adamsınız! – hersoginya bağırdı. – Elə deyil, mister 
Qrey? Harri, ah, mister Qrey yenə də naxoşlayıb, deyəsən. Yıxılmaq istəyir... 
Dorian güclə özünü saxladı və gülümsündü. 
– Boş seydir, hersoginya, mənim sinirlərim yaman pozulub. Vəssalam. Görünür, 
bu gün çox gəzdim. Harri yenə nə dedi, eşitmədim. Pis söz danışdı? Sonra mənə 
deyərsiniz. İndi məni bağışlayın, gedim bir az uzanım. 
Onlar gəzə-gəzə şüşəbənddən meydançaya çıxan enli pilləkənin yanına gəlib 
çatdılar. Dorian şüşə qapını açıb içəri girəndən sonra lord Henri hersoginyaya sarı 
dönüb yuxulu gözlərini qadına dikdi, soruşdu: 
– Siz ona bərk vurulmusunuz? 
Hersoginya bir qədər susdu, sonra gözlərini uzaqlara, mənzərəli yerlərə zilləyib 
cavab verdi: 
– Bunu özüm də bilmək istərdim... 
Lord Henri başını buladı. 
– Bilmək sevgini öldürə bilər. Bizi valeh edən yalnız qeyri-müəyyənlikdir. 
Dumanda şeylər qeyri-adi görünür. 
– Axı dumanda yolunu aza bilərsən. 
– Ah, əzizim Qledis, bütün yolların sonu eyni nöqtəyə dirənir. 
– O nədir elə? 
– Ümidsizlik. Hər şeyin sonu məyusluqdur. 
– Mənim həyat yolum da ümidsizliklə başlayıb, – hersoginya ah çəkdi. 
– O, sizə hersoq tacının içində gəlib. 
– Mən bu çiyələk yarpaqlarından bezmişəm. 
– Onlar sizə yaraşır. 
– Mən bu gül ləçəklərini yalnız camaat arasına çıxanda taxıram. 
– Baxın, sonra onlar üçün darıxacaqsınız. 
– Özümdə saxlayacağam hamısını... 


– Monmauntun qulağına çata bilər... 
– Qocalar qulaqdan bir az o məsələ... 
– Doğrudanmı, o, heç vaxt sizi qısqanmır? – lord Henri təəccübləndi. 
– Yox! Kaş bircə dəfə qısqanaydı! 
Henri ətrafa göz gəzdirdi, sanki, nəsə arayırdı. 
– Nə axtarırsınız? – hersoginya soruşdu. 
– Folqanızdakı düyməni salıb itirmisiniz. 
Hersoginya qəhqəhə çəkdi. 
– Axı maska hələ üzümdən düşməyib. 
– O, sizin gözlərinizi daha da sevimli edir, – lord Henri cavab verdi. 
Qadın yenə güldü. Onun dodaqları arasından görünən dişləri qırmızı meyvənin 
içindəki ağ tumları xatırladırdı. 
Yuxarıda Dorian Qrey öz otağında divanın üstündə uzanmışdı; onun bütün 
əzələləri qorxudan titrəyirdi. Həyat birdən-birə onun üçün dözülməz yük 
olmuşdu. Bədbəxt sürəkçinin dəhşətli ölümü, onun meşədə vəhşi heyvan kimi 
güllələnməsi Doriana öz həyatının sonu kimi görünürdü. O, lord Henrinin bayaqkı 
həyasız zarafatlarını da hissiz-duyğusuz udmuşdu. 
Saat beşdə zəngi basıb xidmətçini yanına çağırdı və ona tapşırdı ki, axşam sürət 
qatarı ilə şəhərə yollanacaq, şeylərini qablaşdırsın, doqquzun yarısına isə araba 
hazır olsun. O, qəti qərara gəldi ki, bir daha Selbidə bircə gecə belə qalmasın; 
bura kabus yuvasıdır, burda ölüm hətta gün işığında belə adamın başı üzərində 
dolaşır, meşədəki otların üstünə isə qan ləkələri düşüb. 
O, lord Henriyə məktub yazdı; məktubda deyirdi ki, o, şəhərə, həkimlə 
məsləhətləşməyə gedir; Henridən xahiş edirdi ki, onun əvəzindən qonaqlarını 
əyləndirsin. O, məktubu yazıb qurtaranda qapı döyüldü, xidmətçi girib dedi ki
Dorianın baş sürəkçisi gəlib, onu görmək istəyir. Dorian dodaqlarını dişlədi, bir 
anlıq tərəddüddən sonra qaşqabağını töküb dedi:  
– Qoy gəlsin! 
Baş sürəkçi içəri girən kimi Dorian yeşikdən çek kitabçasını çıxarıb qənşərinə 
qoydu və qələmi götürərək dedi:  
– Yəqin, siz bu gün səhərki o bədbəxt hadisəyə görə gəlmisiniz? 
– Elədir ki var, ser! 
– O yazıq evli idi? Onun ailəsi varmı? – Dorian ehtiyatla soruşdu. – Varsa, onda 
mən onları darda qoymaram, ehtiyaclarını ödəyərəm, onlara pul göndərərəm. 
Sizcə, nə qədər lazımdır? 
– Ser, biz bilmirik o adam kimdir. Elə buna görə də cürət edib sizi narahat etdim. 
– Bilmirsiniz? – Dorian narahat-narahat təzədən soruşdu. – Necə yəni? Məgər o, 
sizin adamlardan deyil? 
– Xeyr, ser. Mən onu heç vaxt görməmişəm, tanımıram da. Əyin-başından 
görünür ki, dənizçidir. 


Qələm əlindən düşdü. Qəflətən quruyub qaldı, elə bil, ürəyi dayandı. 
– Dənizçidir? – yenə soruşdu. – Deyirsiniz dənizçidir, hə? 
– Bəli, ser. Üz-gözündən, əyin-başından da bilinir. Qollarının hər ikisi tatuirovka 
ilə doludur. 
– Üstündən bir şey tapılıb? – deyə Dorian sürəkçiyə tərəf əyilib gözlərini bərəltdi. 
– Sənədi-filanı, adı, soyadı varmı? 
– Xeyr, ser! Bir az pul, bir də altı patronlu tapança vardı üstündə... Adı-zadı 
yoxdur. Görünür, sadə ailədən çıxıb, amma abırlı adama oxşayırdı... Bizə elə gəlir 
ki, dənizçidir... 
Dorian sıçradı. Canında dəhşətli bir ovuntu hissi duydu. 
– Meyit haradadır? – qışqırdı. – Cəld olun! Mən onu görməliyəm!  
– Onu tövləyə qoymuşuq, ser! Camaat cənazəni evində saxlamaq istəmir. Deyirlər 
ki, cənazə bədbəxtlik rəmzidir. 
– Fermada, tövlədə deyirsiniz? Tez gedin oraya, məni gözləyin, gəlirəm! 
Mehtərlərdən birinə deyin, mənə at gətirsin... Ya da... yox... Mən özüm gedərəm 
tövləyə... Belə daha tez olar. 
Heç on beş dəqiqə keçmədi ki, Dorian Qrey uzun xiyaban boyunca bacardığı 
qədər sürətlə at çapırdı. Ağaclar bir-bir arxada qalır, ürkək kölgələr yolboyu bir-
birinə sarılırdı. Birdən at gözlənilmədən yana çevrildi, tanış ağ hasara sarı döndü; 
az qala, yəhər qarışıq Dorianı tullayacaqdı belindən. O, atın boynunu qamçıladı, 
heyvan, elə bil, ox kimi yayından çıxdı və havanı yara-yara irəli götürüldü. Atın 
ayaqları altındakı çınqıllar ətrafa uçurdu. 
Nəhayət, o, fermaya çatdı. Həyətdə iki nəfər veyllənirdi; Dorian atdan düşüb 
yüyəni onlardan birinə verdi. Lap axırıncı tövlədən işıq gəlirdi. Elə bil, ürəyinə 
damdı ki, cənazə də oradadır. Tələsik həmin tövləyə sarı yeridi, qapı sürgüsünü 
itələdi; lakin içəri girmədi, bir anlıq tərəddüd etdi; fikirləşdi ki, bax o, bu dəqiqə 
elə bir kəşf edəcək ki, bu, ya ona əbədi dinclik gətirəcək, ya da elə ömrünün 
axırınadək ona iztirab verəcəkdir. Qapı cırıldadı və o, içəri girdi. 
Meyit tövlənin uzaq küncündə uzadılmışdı, onu kisəyə qoymuşdular; əynində 
yöndəmsiz köynək və mavi şalvar vardı. Üzünü ala-bəzək çit dəsmalla 
örtmüşdülər. Yanında butulkanın ağzına taxılmış yoğun şam yanırdı. Dorian 
qorxudan əsdi və ona elə gəldi ki, dəsmalı meyitin üzündən götürməyə cəsarəti 
çatmayacaq; tövlədə işləyən fəhlələrdən birini çağırıb dedi: 
– Dəsmalı onun üzündən götürün, meyitə baxmaq istəyirəm! 
Ferma işçisi dəsmalı götürəndən sonra Dorian bir qədər də yaxına gəldi və onun 
dodaqları sevincdən aralandı. Bu, meşədə güllə ilə öldürülən adam idi – Ceyms 
Veyn idi! 
O, beləcə bir neçə dəqiqə durub sakitcə meyitə baxdı; Dorian evə qayıdıb gələndə 
gözləri yaşla doluydu; o, sevincindən ağlayırdı; sağ qaldığı üçün ağlayırdı! 
 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə