|
Dövlət qulluğuna qəbul üzrə keçirilən müsabiqələrin müsahibə mərhələsində, habelə ümumi müsahibə və daxili müsahibə zamanı namizədlərə dünyagörüşü ilə bağlı verilən ən tipik
|
səhifə | 16/33 | tarix | 24.02.2022 | ölçüsü | 53,58 Kb. | | #84045 |
| Ümumi-dünyagörüşünə-dair-VƏSAİTII Dünya müharibəsi nə zaman başlamışdır?
Cavab: II Dünya müharibəsi 01 sentyabr 1939-cu il tarixində Almaniyanın Polşaya hücumu ilə başlamışdır.
II Dünya müharibəsi illərində Almaniyanın Qafqaza hücum planı necə adlanırdı?
Cavab: II Dünya müharibəsi illərində Almaniyanın Qafqaza hücum planı “Edelveys” adlanırdı. “Edelveys” çoxillik çiçək növüdür.
II Dünya müharibəsi zamanı neçə nəfər Azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür?
Cavab: II Dünya müharibəsi zamanı 121 nəfər Azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür.
II Dünya müharibəsi zamanı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş ilk azərbaycanlı kim olmuşdur və o hansı şücaətinə görə bu ada layiq görülmüşdür?
Cavab: II Dünya müharibəsi zamanı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş ilk azərbaycanlı İsrafil Məmmədov olmuşdur və o bu ada Novqorod yaxınlığında Pustinka kəndi uğrunda döyüşlərində göstərdiyi igidliyə görə layiq görülmüşdür.
Dostları ilə paylaş: |
|
|