|
Dövlət qulluğuna qəbul üzrə keçirilən müsabiqələrin müsahibə mərhələsində, habelə ümumi müsahibə və daxili müsahibə zamanı namizədlərə dünyagörüşü ilə bağlı verilən ən tipikmay 1945-ci ildə Reyxstaqın alınmasında göstərdiyi rəşadətə görə hansı
|
səhifə | 17/33 | tarix | 24.02.2022 | ölçüsü | 53,58 Kb. | | #84045 |
| Ümumi-dünyagörüşünə-dair-VƏSAİT02 may 1945-ci ildə Reyxstaqın alınmasında göstərdiyi rəşadətə görə hansı azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür?
Cavab: Yusif Sadıqov.
2 dəfə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş yeganə azərbaycanlı kim olmuşdur?
Cavab: Həzi Aslanov.
2 dəfə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş yeganə azərbaycanlı Həzi Aslanova bu ad ikinci dəfə neçənci ildə verilmişdir?
Cavab: 1991-ci ildə.
1904-1907-ci illərdə İngiltərə, Fransa və Rusiyanın yaratdığı hərbi-siyasi blok necə adlanırdı?
Cavab: Antanta
Hər hansı bir məsələnin həlli üçün iştirakçıların hamısının səs verməsi, ümumi razılığa gəlməsi necə adlanır?
Cavab: Konsensus.
BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatı necə adlanır?
Cavab: YUNESKO (UNESCO)
Azərbaycan xalıqının qəhrəmanlıq eposu olan "Kitabi-Dədə Qorqud" dastanının 1300 illiyi ilə əlaqədar yubiley tədbirləri Bakıda neçənci ildə keçirilmişdir?
Cavab: 2000-ci ildə.
BMT-nin Sənayenin İnkişafı üzrə Təşkilatı necə adlanır?
Cavab: YUNIDO (UNIDO - United Nations İndustrial Development Organization)
BMT-nin Uşaq Fondu necə adlanır?
Cavab: YUNİSEF (UNİSEF - United Nations International Children’s Emergency Fund)
Ölkəmizin daxil olduğu ilk Avropa təşkilatı hansıdır?
Cavab: Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT)
Azərbaycan Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) üzvlüyünə nə zaman qəbul olunmuşdur?
Cavab: 30 yanvar 1992-ci ildə.
01 yanvar 1995-ci il tarixinədək Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) necə adlanırdı?
Cavab: Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsi (ATƏM).
Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) əsası nə zaman qoyulmuşdur?
Cavab: 3 iyul 1973-cü il.
Azərbaycan Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsinin (ATƏM – hazırkı ATƏT) Paris Xartiyasına nə zaman qoşulmuşdur?
Cavab: Azərbaycan 20 dekabr 1993-cü ildə ATƏM-in Paris Xartiyasına qoşulmuşdur.
Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsinin (ATƏM) Budapeşt Sammiti (Zirvə toplantısı) nə zaman keçirilmişdir?
Cavab: 05-06 dekabr 1994-cü il.
Hansı sammitin (zirvə toplantısının) nəticələrinə əsasən Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsinə (ATƏM-ə) çevrilmişdir?
Cavab: Budapeşt Sammiti (Zirvə toplantısı).
ATƏT-in Fəaliyyətdə olan Sədrinin ATƏT-in Minsk Konfransının müzakirəsində olan münaqişə üzrə Şəxsi Nümayəndəsi vəzifəsi nə zaman təsis olunmuşdur və 01 yanvar 1997-ci ildən bu vəzifəni kim icra edir?
Cavab: ATƏT-in Fəaliyyətdə olan Sədrinin ATƏT-in Minsk Konfransının müzakirəsində olan münaqişə üzrə Şəxsi Nümayəndəsi vəzifəsi 28 avqust 1995-ci ildə təsis olunmuşdur və 01 yanvar 1997-ci ildən bu vəzifəni səfir Anjek Kasprşik (Polşa) icra edir.
Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT-in) Lissabon Sammiti (Zirvə toplantısı) nə zaman keçirilmişdir?
Cavab: 02-03 dekabr 1996-cı il.
Dostları ilə paylaş: |
|
|