|
Dövlət qulluğuna qəbul üzrə keçirilən müsabiqələrin müsahibə mərhələsində, habelə ümumi müsahibə və daxili müsahibə zamanı namizədlərə dünyagörüşü ilə bağlı verilən ən tipikİslam Əməkdaşlıq Təşkilatının (əvvəlki İslam Konfransı Təşkilatı) əsası nə
|
səhifə | 20/33 | tarix | 24.02.2022 | ölçüsü | 53,58 Kb. | | #84045 |
| Ümumi-dünyagörüşünə-dair-VƏSAİTİslam Əməkdaşlıq Təşkilatının (əvvəlki İslam Konfransı Təşkilatı) əsası nə zaman qoyulmuşdur?
Cavab: Təşkilat 1969-cu ildə Rabatda (Mərakeş) müsəlman ölkələrinin dövlət və hökumət başçılarının konfransında yaradılmışdır.
İslam Konfransı Təşkilatı (İKT) 28 iyun 2011-ci ildən necə adlanmağa başladı?
Cavab: İslam Əməkdaşlıq Təşkilatı (İƏT).
İslam Əməkdaşlıq Təşkilatının (İƏT-nin) Nizamnaməsinə görə bu təşkilata üzv olmaq üçün əsas şərt nədən ibarətdir?
Cavab: İslam Əməkdaşlıq Təşkilatına (İƏT-ə) üzv olmaq istəyən ölkə müsəlman ölkəsi olmalıdır.
Hazırda İslam Əməkdaşlıq Təşkilatının (İƏT-nin) neçə üzvü vardır?
Cavab: Hazırda 57 ölkə İƏT-ə üzvdür.
Dünya neft və qaz ehtiyatının müvafiq olaraq neçə faizi İƏT-ə üzv olan ölkələrdə cəmləşmişdir?
Cavab: Dünya neft ehtiyatının 70%-i, qaz ehtiyatının isə 50%-i İƏT-ə üzv olan ölkələrdə cəmləşmişdir.
Dünya əhalisinin hansı hissəsi İslam Əməkdaşlıq Təşkilatına (İƏT-ə) üzv olan ölkələrin vətəndaşlarıdır?
Cavab: İslam Əməkdaşlıq Təşkilatına (İƏT-ə) üzv ölkələrin əhalisinin sayı 1.6 mlrd.
nəfərdir.
Dostları ilə paylaş: |
|
|