|
Dövlət qulluğuna qəbul üzrə keçirilən müsabiqələrin müsahibə mərhələsində, habelə ümumi müsahibə və daxili müsahibə zamanı namizədlərə dünyagörüşü ilə bağlı verilən ən tipikaprel 2016-cı il tarixində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində yerləşən
|
səhifə | 28/33 | tarix | 24.02.2022 | ölçüsü | 53,58 Kb. | | #84045 |
| Ümumi-dünyagörüşünə-dair-VƏSAİT2 aprel 2016-cı il tarixində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində yerləşən hansı yüksəklik “Dördgünlük müharibə” zamanı Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilib?
Cavab: Lələtəpə yüksəkliyi.
Cəbrayıl rayonun erməni işğalından azad olunmuş yeganə kəndi hansıdır?
Cavab: Cocuq Mərcanlı kəndi.
Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi nə zaman və hansı əməliyyat zamanı erməni işğalından azad edilib?
Cavab: Kənd 1994-cü ildə “Horadiz əməliyyatı” zamanı işğaldan azad olunub.
1993-ci ilin dekabrından başlamış 1994-cü ilin 6 yanvar tarixinə kimi davam edən “Horadiz əməliyyatı” zamanı hansı yaşayış məntəqələrimiz azad olunmuşdur?
Cavab: “Horadiz əməliyyatı” zamanı Füzuli rayonunun Horadiz qəsəbəsi, rayonun daha 20 kəndi və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi işğaldan azad olunub.
Azərbaycan Ordusunun 1994-cü ilin “qış kampaniyası”nda keçirdiyi ən uğurlu əməliyyat hansı olub?
Cavab: “Horadiz əməliyyatı”.
“Horadiz əməliyyatı”nda misilsiz qəhrəmanlıq nümunələri göstərdiklərinə görə neçə nəfər Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür?
Cavab: 8 nəfər.
Avropa İttifaqının Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrində iqtisadi islahatların sürətləndirilməsinə yardım məqsədilə 1991-ci ildən həyata keçirdiyi proqram necə adlanır?
Cavab: TACIS (Technical Assistance for the Commonwealth of Independent States, Müstəqil Dövlətlər Birliyinə Texniki Yardım) proqramı.
Dostları ilə paylaş: |
|
|