|
Dövlət qulluğuna qəbul üzrə keçirilən müsabiqələrin müsahibə mərhələsində, habelə ümumi müsahibə və daxili müsahibə zamanı namizədlərə dünyagörüşü ilə bağlı verilən ən tipik
|
səhifə | 29/33 | tarix | 24.02.2022 | ölçüsü | 53,58 Kb. | | #84045 |
| Ümumi-dünyagörüşünə-dair-VƏSAİTAvropa İttifaqının 1993-cü ildən Avropa İttifaqını və Şərqi Avropa, Qafqaz, Mərkəzi Avropanın 14 ölkəsini əhatə edən beynəlxalq nəqliyyat proqramı necə adlanır?
Cavab: TRACECA (Transport Corridor Europe-Caucasus-Asia) proqramı.
TRACECA proqramının məqsədi nədir?
Cavab: Proqramın məqsədi Qara Dəniz hövzəsi, Cənubi Qafqaz və Mərkəzi Asiya regionunda iqtisadi, ticarət və nəqliyyat əlaqələrini gücləndirməkdir.
Bakı-Tbilisi-Ərzurum qaz boru kəmərinin istifadəyə verilməsində əsas məqsəd nə idi?
Cavab: Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” yatağından çıxarılan qazın Gürcüstan və Türkiyəyə nəqli üçün inşa edilmişdir.
Bakı-Tbilisi-Ərzurum qaz boru kəmərinin uzunluğu və ötürmə gücü nə qədərdir?
Cavab: Bakı-Tbilisi-Ərzurum qaz boru kəmərinin uzunluğu 980 km-dir, ötürmə gücü isə ildə 20 mlrd. kubmetrədəkdir.
Bakı-Tbilisi-Ərzurum qaz boru kəmərinə ilk ixrac olunan qaz nə zaman vurulmuşdur?
Cavab: Bakı-Tbilisi-Ərzurum qaz boru kəmərinə ilk ixrac olunan qaz 2007-ci ilin martında vurulmuşdur.
Azərbaycan və Türkiyəni birləşdirən Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin təməli nə zaman qoyulmuşdur?
Cavab: 21 noyabr 2007-ci il.
Dostları ilə paylaş: |
|
|