|
Dövlət qulluğuna qəbul üzrə keçirilən müsabiqələrin müsahibə mərhələsində, habelə ümumi müsahibə və daxili müsahibə zamanı namizədlərə dünyagörüşü ilə bağlı verilən ən tipik
|
səhifə | 25/33 | tarix | 24.02.2022 | ölçüsü | 53,58 Kb. | | #84045 |
| Ümumi-dünyagörüşünə-dair-VƏSAİTİnvestisiya nədir?
Cavab: Ölkə daxilində və xaricində iqtisadiyyat sahələrinə uzun müddətə qoyulan sərmayə (kapital) investisiya adlanır.
Bütün dünyanı özünə vətən hesab edən, milli adət və mədəniyyətdən imtina edən təlim forması necə adlanır?
Cavab: Kosmopolit.
Lokaut (Lockout) nədir?
Cavab: Sahibkarın qəsdən müəssisəni bağlayıb işçiləri kütləvi şəkildə işdən çıxarması. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən lokaut qadağandır.
Azərbaycan Respublikası Prezidentinin 25 may 2006-cı il tarixli Sərəncamına əsasən hər ilin hansı günü ölkəmizdə “Dövlət qulluqçularının peşə bayramı günü“ kimi qeyd olunur?
Cavab: 23 iyun.
Ölkəmizdə “Dövlət Qulluqçularının Peşə Bayramı Günü“nün məhz 23 iyun tarixində qeyd olunması nə ilə bağlıdır?
Cavab: Çünki BMT-nin Baş Assambleyasının 20 dekabr 2002-ci il tarixli Qərarına əsasən hər dünyada 23 iyun “Dövlət Qulluqçularının Peşə Bayramı Günü” kimi qeyd olunur.
Dostları ilə paylaş: |
|
|