18.60.7. seleksiya nailiyyətlərinin yekcinsliyinin, sabitliyinin sınaqdan keçirilməsinə görə -
60 manat;
18.60.8. patentin verilməsi və seleksiya nailiyyətlərinin Dövlət reyestrində qeydiyyatdan
keçirilməsinə görə - 35 manat;
18.60.9. müəlliflik şəhadətnaməsi verilməsi üçün - 35 manat;
18.60.10. patentin sürətinin verilməsinə görə - 25 manat;
18.60.11. patentin saxta olmasına aid ərizə daxil olduqda - 25 manat;
18.60.12. seleksiya nailiyyətinə açıq lisenziyanın verilməsinə görə - 25 manat;
18.60.13. seleksiya nailiyyətinə açıq lisenziyanın fəaliyyətinin dayandırılması haqda sifariş
edildikdə - 25 manat;
18.60.14. seleksiya nailiyyətinə məcburi lisenziyanın verilməsinə təqdim edilən ərizə üçün
- 25 manat;
18.60.15. seleksiya nailiyyətinə məcburi lisenziyanın verilməsinə görə - 25 manat;
18.60.16. seleksiya nailiyyətinə məcburi lisenziyanın fəaliyyət müddətinin uzadılmasına
görə - 25 manat.
18.61. İl ərzində seleksiya nailiyyəti patentinin qüvvədə saxlanmasına görə bitki qrupları
üzrə:
18.61.1. dənli, dənli-paxlalılar, qarğıdalı, pambıq, tütün, şəkər çuğunduru, kartof,
pomidor, badımcan, bibər, kələm üçün və s. üçün - 10 manat, hər artan il üçün 7 manat
artırılmaqla;
18.61.2. bəzək bitkiləri, meşə bitkiləri üçün - 7 manat, hər artan il üçün 6 manat
artırılmaqla;
18.61.3. digər bitkilər üçün - 9 manat, hər artan il üçün 6 manat artırılmaqla.
18.62. Adlar verilən şərabçılıq məhsulları na görə:
18.62.1. ekspertiza üçün - 25 manat;
18.62.2. dövlət reyestrində qeydiyyata alınma üçün - 10 manat;
18.62.3. attestasiya üçün - 10 manat.
18.62-1. Müəlliflik hüququ və əlaqəli hüquqlar sahəsində:
cxliii[143]
18.62-1.1. əsərin, əlaqəli hüquqlar obyektinin qeydiyyatı üçün - 5 manat;
18.62-1.2. əsərin, əlaqəli hüquqlar obyektindən istifadə ilə bağlı hüquqların (əmlak
hüquqlarının) tam və ya qismən verilməsi haqqında müqavilənin qeydiyyatı üçün - 7 manat.
18.63. İnteqral sxem topologiyası sahəsində:
18.63.1. topologiyaya əmlak hüququnun vərəsəlik üzrə keçməsinin qeydiyyatı və
qeydiyyat haqqında şəhadətnamənin verilməsi üçün - 5 manat;
18.63.2. topologiyaya əmlak hüquqlarının verilməsi haqqında müqavilənin qeydiyyatı və
qeydiyyat haqqında şəhadətnamənin verilməsi üçün - 7 manat.
18.64. Məlumat topluları sahəsində:
18.64.1. müəlliflik hüququ və ya xüsusi qorunma hüquqi ilə qorunan məlumat toplusunun
rəsmi qeydiyyatı üçün - 5 manat;
cxliv[144]
18.64.2. müəlliflik hüququ və ya xüsusi qorunma hüququ ilə qorunan məlumat toplusuna
hüquqların tam və ya qismən verilməsi haqqında müqavilənin rəsmi qeydiyyatı üçün - 7 manat.
18.65. Nəqliyyat vasitələrinə və onların idarə edilməsi ilə bağlı hüquqi və fiziki şəxslərə
xidmətlərin göstərilməsi:
18.65.1. Nəqliyyat vasitələrinin illik texniki baxışdan keçirilməsinə görə:
18.65.1.1. avtonəqliyyat vasitələri üçün - 10 manat;
18.65.1.2. motonəqliyyat vasitələri, traktor, tikintidə, meşə və kənd təsərrüfatında, başqa
işlərdə istifadə üçün nəzərdə tutulan özügedən maşınlar, texnoloji, yarış məqsədli idman və
digər mexaniki nəqliyyat vasitələri, qoşqular, yarımqoşqular üçün - 5 manat;
18.65.2. Nəqliyyat vasitələrinin texniki uçot göstəricilərinə dəyişikliklər edilməsi zamanı
və ya nəqliyyat vasitəsi alıcısının tələbi ilə nəqliyyat vasitələrinə texniki baxış keçirilməsi üçün:
18.65.2.1. avtonəqliyyat vasitələri üçün - 10 manat;
18.65.2.2. motonəqliyyat vasitələri, traktor, tikintidə, meşə və kənd təsərrüfatında, başqa
işlərdə istifadə üçün nəzərdə tutulan özügedən maşınlar, texnoloji, yarış məqsədli idman və
digər mexaniki nəqliyyat vasitələri, qoşqular, yarımqoşqular üçün - 5 manat;
18.65.3. Nəqliyyat vasitələrinin qeydiyyatına (təkrar qeydiyyatına, daimi və müvəqqəti
uçota alınmasına, nəqliyyat vasitələrinin özgəninkiləşdirilməsi haqqında müqavilələrin
müvafiq icra hakimiyyəti orqanlarında dövlət qeydiyyatına) görə:
cxlv[145]
18.65.3.1. avtonəqliyyat vasitələri üçün -10 manat;
18.65.3.2. motonəqliyyat vasitələri, traktor, tikintidə, meşə və kənd təsərrüfatında, başqa
işlərdə istifadə üçün nəzərdə tutulan özügedən maşınlar, texnoloji, yarış məqsədli idman və
digər mexaniki nəqliyyat vasitələri, qoşqular, yarımqoşqular üçün - 5 manat;
18.65.4. Sürücülük vəsiqəsinin verilməsi üçün imtahanların qəbuluna görə:
18.65.4.1. avto-moto nəqliyyat vasitələrinin, tramvay və trolleybusların idarə olunmasının
milli və beynəlxalq sürücülük vəsiqəsi üçün - 20 manat;
18.65.4.2. digər sürücülük vəsiqəsi, o cümlədən traktorçu maşinist vəsiqəsi üçün -5 manat
18.65.5. Sürücülük vəsiqəsinin verilməsi - 15 manat;
18.65.6. Dövlət qeydiyyat nişanlarının verilməsinə görə:
cxlvi[146]
18.65.6.1. dövlət qeydiyyat nişanında əks olunmuş rəqəmlərin və ya hərflərin
kombinasiyası üzrə:
Dövlət qeydiyyat nişanında əks olunmuş
rəqəmlərin kombinasiyası
Dövlət rüsumunun məbləği (manatla)
seriyası müxtəlif
hərflərdən ibarət
olduqda
seriyası eyni
hərflərdən ibarət
olduqda
001, 002, 003, 004, 005, 006, 007, 008, 009
1500
2500
100, 200, 300, 400, 500, 600, 700, 800, 900
1000
1500
111, 222, 333, 444, 555, 666, 777, 888, 999
500
1000
18.65.6.2. bu Qanunun 18.65.6.1-ci maddəsinin cədvəl hissəsində göstərilmiş rəqəm və ya
hərflərin kombinasiyası istisna olmaqla, digər dövlət qeydiyyat nişanlarının verilməsinə, habelə
cədvəl hissəsində göstərilmiş rəqəm və ya hərflərin kombinasiyası da daxil olmaqla, dövlət
qeydiyyat nişanının təkrar verilməsinə görə - 18 manat.
18.65.7. Qeydiyyat şəhadətnaməsinin verilməsi - 15 manat;
18.65.8. Yol şəbəkəsinin müəyyən hissələrinə yük daşıyan nəqliyyat vasitələrinin və
avtobusların buraxılması barədə xüsusi buraxılış vəsiqələrinin verilməsi - 5 manat;
18.65.9. Avtomobil yollarının ayırma zolağında inşa olunan obyektlərdə təhlükəsiz
hərəkət sxemlərinin hazırlanması və razılaşdırılması - 5 manat;
18.66. Baytarlıq şəhadətnaməsinin, sertifikatının və baytarlıq preparatlarının qeydiyyat
şəhadətnaməsinin verilməsi üçün:
18.66.1. Baytarlıq şəhadətnaməsinin verilməsi (bir sənəd) - 5 manat;
18.66.2. Baytarlıq sertifikatının verilməsi (bir sənəd) - 5 manat;
18.66.3. Baytarlıq preparatlarının qeydiyyat şəhadətnaməsinin verilməsi (bir preparat) - 50
manat.
18.67. Pestisidlərə, bioloji preparatlara və aqrokimyəvi maddələrə qeydiyyat
şəhadətnaməsinin, idxal karantin icazəsinin və fitosanitar sertifikatlarının verilməsi üçün: