Dövlət rüsumu haqqında azərbaycan respublikasinin qanunu f ə s I l I ümumi müDDƏalar



Yüklə 0,92 Mb.
Pdf görüntüsü
səhifə11/34
tarix02.04.2018
ölçüsü0,92 Mb.
#35759
1   ...   7   8   9   10   11   12   13   14   ...   34

18.60.7. seleksiya nailiyyətlərinin yekcinsliyinin, sabitliyinin sınaqdan keçirilməsinə görə - 

60 manat; 

18.60.8.  patentin  verilməsi  və  seleksiya  nailiyyətlərinin  Dövlət  reyestrində  qeydiyyatdan 

keçirilməsinə görə - 35 manat; 

18.60.9. müəlliflik şəhadətnaməsi verilməsi üçün - 35 manat; 

18.60.10. patentin sürətinin verilməsinə görə - 25 manat; 

18.60.11. patentin saxta olmasına aid ərizə daxil olduqda - 25 manat; 

18.60.12. seleksiya nailiyyətinə açıq lisenziyanın verilməsinə görə - 25 manat; 

18.60.13. seleksiya nailiyyətinə açıq lisenziyanın fəaliyyətinin dayandırılması haqda sifariş 

edildikdə - 25 manat; 

18.60.14. seleksiya nailiyyətinə məcburi lisenziyanın verilməsinə təqdim edilən ərizə üçün 

- 25 manat; 

18.60.15. seleksiya nailiyyətinə məcburi lisenziyanın verilməsinə görə - 25 manat; 

18.60.16.  seleksiya  nailiyyətinə  məcburi  lisenziyanın  fəaliyyət  müddətinin  uzadılmasına 

görə - 25 manat. 

18.61. İl ərzində seleksiya nailiyyəti patentinin qüvvədə saxlanmasına görə bitki qrupları 

üzrə: 

18.61.1.  dənli,  dənli-paxlalılar,  qarğıdalı,  pambıq,  tütün,  şəkər  çuğunduru,  kartof, 



pomidor,  badımcan,  bibər,  kələm  üçün  və  s.  üçün  -  10  manat,  hər  artan  il  üçün    7  manat 

artırılmaqla; 

18.61.2.  bəzək  bitkiləri,  meşə  bitkiləri  üçün  -  7  manat,  hər  artan  il  üçün  6  manat  

artırılmaqla; 

18.61.3. digər bitkilər üçün - 9 manat, hər artan il üçün 6 manat artırılmaqla. 

18.62. Adlar verilən şərabçılıq məhsulları na görə: 

18.62.1. ekspertiza üçün - 25 manat;

 

 

 

18.62.2. dövlət reyestrində qeydiyyata alınma üçün - 10 manat; 



18.62.3. attestasiya üçün - 10 manat. 

18.62-1. Müəlliflik hüququ və əlaqəli hüquqlar sahəsində:



 cxliii[143]

 

18.62-1.1. əsərin, əlaqəli hüquqlar obyektinin qeydiyyatı üçün - 5 manat; 



18.62-1.2.  əsərin,  əlaqəli  hüquqlar  obyektindən  istifadə  ilə  bağlı  hüquqların  (əmlak 

hüquqlarının) tam və ya qismən verilməsi haqqında müqavilənin qeydiyyatı üçün - 7 manat. 

 

18.63. İnteqral sxem topologiyası sahəsində: 



18.63.1.  topologiyaya  əmlak  hüququnun  vərəsəlik  üzrə  keçməsinin  qeydiyyatı  və 

qeydiyyat haqqında şəhadətnamənin verilməsi üçün - 5 manat; 

18.63.2. topologiyaya əmlak hüquqlarının verilməsi haqqında müqavilənin qeydiyyatı və 

qeydiyyat haqqında şəhadətnamənin verilməsi üçün - 7 manat. 

18.64. Məlumat topluları sahəsində: 

18.64.1. müəlliflik hüququ və ya xüsusi qorunma hüquqi ilə qorunan məlumat toplusunun 

rəsmi qeydiyyatı üçün - 5 manat;

cxliv[144]

 

18.64.2. müəlliflik hüququ və ya xüsusi qorunma hüququ ilə qorunan məlumat toplusuna 



hüquqların tam və ya qismən verilməsi haqqında müqavilənin rəsmi qeydiyyatı üçün - 7 manat. 

18.65.  Nəqliyyat  vasitələrinə  və onların idarə  edilməsi ilə  bağlı  hüquqi  və  fiziki şəxslərə 

xidmətlərin göstərilməsi: 

18.65.1. Nəqliyyat vasitələrinin illik texniki baxışdan keçirilməsinə görə: 

18.65.1.1. avtonəqliyyat vasitələri üçün - 10 manat; 

18.65.1.2.  motonəqliyyat  vasitələri,  traktor,  tikintidə,  meşə  və  kənd  təsərrüfatında,  başqa 

işlərdə  istifadə  üçün  nəzərdə  tutulan  özügedən  maşınlar,  texnoloji,  yarış  məqsədli  idman  və 

digər mexaniki nəqliyyat vasitələri, qoşqular, yarımqoşqular üçün - 5 manat; 




18.65.2.  Nəqliyyat  vasitələrinin  texniki  uçot  göstəricilərinə  dəyişikliklər  edilməsi  zamanı 

və ya nəqliyyat vasitəsi alıcısının tələbi ilə nəqliyyat vasitələrinə texniki baxış keçirilməsi üçün: 

18.65.2.1.  avtonəqliyyat vasitələri üçün - 10 manat; 

18.65.2.2.  motonəqliyyat  vasitələri,  traktor,  tikintidə,  meşə  və  kənd  təsərrüfatında,  başqa 

işlərdə  istifadə  üçün  nəzərdə  tutulan  özügedən  maşınlar,  texnoloji,  yarış  məqsədli  idman  və 

digər mexaniki nəqliyyat vasitələri, qoşqular, yarımqoşqular üçün - 5 manat; 

18.65.3.  Nəqliyyat  vasitələrinin  qeydiyyatına  (təkrar  qeydiyyatına,  daimi  və  müvəqqəti 

uçota  alınmasına,  nəqliyyat  vasitələrinin  özgəninkiləşdirilməsi  haqqında  müqavilələrin 

müvafiq icra hakimiyyəti orqanlarında dövlət qeydiyyatına) görə:

cxlv[145]

 

18.65.3.1. avtonəqliyyat vasitələri üçün -10 manat; 



18.65.3.2.  motonəqliyyat  vasitələri,  traktor,  tikintidə,  meşə  və  kənd  təsərrüfatında,  başqa 

işlərdə  istifadə  üçün  nəzərdə  tutulan  özügedən  maşınlar,  texnoloji,  yarış  məqsədli  idman  və 

digər mexaniki nəqliyyat vasitələri, qoşqular, yarımqoşqular üçün - 5 manat; 

18.65.4. Sürücülük vəsiqəsinin verilməsi üçün imtahanların qəbuluna görə: 

18.65.4.1. avto-moto nəqliyyat vasitələrinin, tramvay və trolleybusların idarə olunmasının 

milli və beynəlxalq sürücülük vəsiqəsi üçün - 20 manat; 

18.65.4.2. digər sürücülük vəsiqəsi, o cümlədən traktorçu maşinist vəsiqəsi üçün -5 manat 

18.65.5. Sürücülük vəsiqəsinin verilməsi - 15 manat; 

18.65.6. Dövlət qeydiyyat nişanlarının verilməsinə görə:

cxlvi[146]

 

18.65.6.1.  dövlət  qeydiyyat  nişanında  əks  olunmuş  rəqəmlərin  və  ya  hərflərin 



kombinasiyası üzrə: 

 

Dövlət qeydiyyat nişanında əks olunmuş 



rəqəmlərin kombinasiyası 

Dövlət rüsumunun məbləği (manatla) 

 

seriyası müxtəlif 



hərflərdən ibarət 

olduqda 


seriyası eyni 

hərflərdən ibarət 

olduqda 

001, 002, 003, 004, 005, 006, 007, 008, 009 

1500 

2500 


100, 200, 300, 400, 500, 600, 700, 800, 900 

1000 


1500 

111, 222, 333, 444, 555, 666, 777, 888, 999 

500 

1000 


 

18.65.6.2. bu Qanunun 18.65.6.1-ci maddəsinin cədvəl hissəsində göstərilmiş rəqəm və ya 

hərflərin kombinasiyası istisna olmaqla, digər dövlət qeydiyyat nişanlarının verilməsinə, habelə 

cədvəl  hissəsində  göstərilmiş  rəqəm  və  ya  hərflərin  kombinasiyası  da  daxil  olmaqla,  dövlət 

qeydiyyat nişanının təkrar verilməsinə görə - 18 manat. 

18.65.7. Qeydiyyat şəhadətnaməsinin verilməsi - 15 manat; 

18.65.8.  Yol  şəbəkəsinin  müəyyən  hissələrinə  yük  daşıyan  nəqliyyat  vasitələrinin  və 

avtobusların buraxılması barədə xüsusi buraxılış vəsiqələrinin verilməsi - 5 manat; 

18.65.9.  Avtomobil  yollarının  ayırma  zolağında  inşa  olunan  obyektlərdə  təhlükəsiz 

hərəkət sxemlərinin hazırlanması və razılaşdırılması - 5 manat; 

18.66.  Baytarlıq  şəhadətnaməsinin,  sertifikatının  və  baytarlıq  preparatlarının  qeydiyyat 

şəhadətnaməsinin verilməsi üçün: 

18.66.1. Baytarlıq şəhadətnaməsinin verilməsi (bir sənəd) - 5 manat; 

18.66.2. Baytarlıq sertifikatının verilməsi (bir sənəd) - 5 manat; 

18.66.3. Baytarlıq preparatlarının qeydiyyat şəhadətnaməsinin verilməsi (bir preparat) - 50 

manat. 


18.67.  Pestisidlərə,  bioloji  preparatlara  və  aqrokimyəvi  maddələrə  qeydiyyat 

şəhadətnaməsinin, idxal karantin icazəsinin və fitosanitar sertifikatlarının verilməsi üçün: 




Yüklə 0,92 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə