Dövlətin intuitiv təfəkkürlə idarə olunması



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə33/54
tarix17.09.2017
ölçüsü2,8 Kb.
#460
1   ...   29   30   31   32   33   34   35   36   ...   54

100 
 
gəlmiş  olur)  ilə  müəyyən  olunur.  Dövlət  və  hökumət  liderinin 
statusu ictimai və siyasi elementləri özündə ehtiva edir. Bu kimi 
şəxslər  cəmiyyətdən  gəlirlər,  dövlət  fəaliyyətində  isə  siyasi 
status  əldə  etmiş  olurlar.  Şəxsiyyətin  siyasi  statusu  isə  onun 
dövlətdə,  dövlət  hakimiyyətində  tutduğu  mühüm  siyasi  postla, 
siyasi imici isə onun fəaliyyətində qazandığı hörmətlə müəyyən 
olunur.  Hörmət  xeyirxah  əməllərdən,  lütfkarlıqdan  meydana 
gələn  dəyər  kimi  üzərə  çıxır.  İmic  və  status  hüquqi  –siyasi 
amillərlə  ifadə  olunmaqla  yanaşı,  həm  də  ətrafdan  qazanılan 
mədəni,  milli  və  beynəlxalq  hörmətdir.  İctimai  və  siyasi  imic 
ətrafdan  qazanılan  müsbət  təəssüratlar  cəmidir.  Bu  təəssüratlar 
şəxsin  özü  tərəfindən  ətrafla  olan  əlaqələrdən  qazanılır. 
Təəssürat şəxsə olan hörməti, izzəti ifadə edir.  
Lider  –aparıcı  şəxs-  zəngin  keyfiyyətlərə  malik  olan 
şəxsiyyətdir.  Lider  ali  düşüncəli  və  yüksək  əmələ  sahib  olan 
şəxsdir. Fərd o halda cəmiyyətin və dövlətin liderinə çevrilir ki, öz 
əməli fəaliyyəti ilə cəmiyyətin və dövlətin siyasət axarını dəyişə 
biləcək  təsirlərə  sahib  ola  bilir.  Liderin  keyfiyyətlərinə  fəlsəfi 
elementlər  baxımından  onun  daxili  tarazlığını  və  zəngin 
potensialını  təmin  edən  enerji  elementləri  aid  olur.  Yüksək 
biliklər,  iniuitiv  təfəkkür,  hadisələri  dolğun  qavrama  qabiliyyəti, 
sistemli həyat tərzi, ətrafdakılara xoş münasibət və digər bu kimi 
keyfiyyətlər  liderin  yetişməsinə  səbəb  olan  amillərdəndir.  Şəxs 
həm  daxili  ehtiyatları,  həm  də  xarici  mühitdən,  əlaqələr  və 
münasibətlərdən  əldə  etdiyi  enerji (hadisələrin obrazlanmasından 
formalaşan enerji) hesabına liderə çevrilə bilir. Liderdə müdriklik 
mövcud olur və fövqəl ağıla sahiblik hiss olunur. Bütün şəraitləri 
məkanda  və  zamanda  dəyərləndirmək  məharəti,  istedadı  və 
qabiliyyəti  liderlərə  xasdır.  Lider  olan  kəs  hadisələrin  axarını 
duyur,  əvvəlcədən  sezir  və  lazımi  qabaqlayıcı,  yönləndirici 
addımlar  atmaq  qərarını  qəbul  etmək  keyfiyyətlərini  özündə 
saxlayır.  Lider  olan  şəxsin  təsiredici  xarici  görünüşü,  təsiredici 
duruşu, sərvqamətli görünüşü, nizamlı yerişi və enerjili baxışları, 
cəlbedici keyfiyyətləri mövcud olur. Lider o halda özünü ətrafda-


101 
 
cəmiyyətdə, dövlətdə, beynəlxalq aləmdə sübut edə bilir ki, ətraf 
üçün mərkəzləşdirici rol oynamış olur. Lider ətrafı özünə cəlb edir 
və  hadisələrin  mərkəzində  özünü  qoyur  və  bununla  da  təsir 
istiqamətlərini  yarada  bilir.  Hadisələrin  mərkəzlərinə  təsir  etmək 
imkanlarına malik olur. Liderin gücü axarı döndərməkdən ibarət 
olur. Lider olan kəs həm mərkəzdə subyektlər, şəxslər üçün böyük 
rol oynayır, həm də hadisələrin mərkəzində aparıcı qüvvə, aparıcı 
oyunçu kimi qərarlaşa bilir. Hadisələrin lokomotivi rolunu oynaya 
bilir.  Bu  halda  lider  maraq  obyekti  rolunu  da  oynayır.  Liderin 
formalaşmış gücü onu deməyə əsas verir ki, öz rəyi, təklifləri və 
ideyaları  ilə  cəmiyyətdə  qəbul  olunur.  Lider  şəxs  ətrafdakıların 
aləminə  təsir  edə  bilir.  Onların  məxsusi  şəxsiyyət  sistemlərində 
özlərinə mövqe tuta bilirlər. Liderin hərəkətləri və nitqi stimul və 
koordinasiya rolunu oynayır.  Lider cəmiyyətdə bir ictimai status 
da  qazanmış  olur.  Bununla  da  cəmiyyətin  söz  və  əməl  sahibinə 
çevrilə bilir.  
Liderin şəxsi keyfiyyətləri onun mənəvi-əxlaqi dəyərləri ilə 
tamamlanmış olur.  Lider və onun şəxsi nüfuzu onun portretini, 
xarakterik  cizgilərini  meydana  gətirir.  Liderin  xarakterik 
cizgiləri və bu cizgilərin cızılmış olduğu portret müstəvisi lideri 
şəxsi  keyfiyyətləri  baxımından  izah  edir,  onun  maddi-mədəni-
mənəvi  kimliyini  sübuta  yetirir.  Liderin  şəxsi  portreti,  siyasi 
cizgiləri  və  ictimai  nüfuzu  onu  cəmiyyətin  avanqard  (öncül) 
ünsürünə  çevirir.  Portret  həmçinin  öz  dövlət  sərhəddini  aşır  və 
beynəlxalq  aləmi  əhatə  edir.  Bu  halda  liderin  portretinə  onun 
beynəlxalq,  dünyəvi  nüfuzu  da  əlavə  olunur.  Bu  baxımdan 
dövlət  lideri  həm  öz  ölkəsində,  həm  də  beynəlxalq  aləmdə 
aparıcı mövqeyə malik olur. İnsanların şüurlarında özünəməxsus 
yer alır. Onların müzakirə obyektinə çevrilir.  
Beynəlxalq  aləmdə  təsiredici  hərəkətlər,  dünya  siyasəti 
axarının  dəyişməsində  yaxından  iştirak  və  təsiredici  rola  malik 
olmaq  dünya  siyasətçisinin  şəxsi  imicini  formalaşdırır.  Liderin 
dolğun məzmunlu fəaliyyəti onun dünya siyasətçisi miqyasında 
əhatə olunması zərurətini yaradır.  


102 
 
Liderin  nüfuzunun  da  əks  olunduğu  siyasi  portreti 
formalaşır: 
Formalaşdırıcı vasitələr və istiqamətlər: 
Daxili aləmin zənginliyi, 
-təbii  irsi-genetik  amillər-gen  sistemi  ilə  keçən  tarazlı, 
yetişkən kodlar; 
Ətraf aləmin dəyərləri, 
-ailə tərbiyəsi; 
-məktəb-müəllim tərbiyəsi; 
-təhsil amili; 
-ictimai-siyasi təlimlər; 
-cəmiyyət tərbiyəsi və cəmiyyət əxlaqı, cəmiyyət tövsiyyəsi 
və qınağı; 
-siyasi mühit; 
 
Liderin etik keyfiyyətləri və nitq mədəniyyəti, 
 
-morfoloji nitq; 
-nitq  mədəniyyətinin  tərkibi  olaraq  lüzumsuz  dialekt 
sözlərindən, jarqon ünsürlərindən təmizlənmiş nitq;  
-düzgün  seçilən,  yerində  işlədilən  ifadəlilik  vasitələri  – 
leksik və frazeoloji sinonimlər, antonimlər, nidalar, müraciətlər, 
ritorik suallar və s; 
-nitqinin  təsirliliyi,  obrazlılığı,  ifadəliliyi,  məntiqliyi, 
zənginliyi; 
-nitqdə  orfoepik,  orfoqrafik,  leksik,  qrammatik,  üslubların 
yerində işlənilməsi və s; 
-nitqin  aydınlığını  yaradan  amillərdən  biri  də  diksiyadır. 
(Diksiya  latınca  dictio  sözündən  alınmışdır,  mənası  sözlərin 
düzgün, səslərin öz məxrəcinə uyğun  
şəkildə tələffüz olunması deməkdir) 
-nitqin melodikliyi;  
-bədii  təsvir  vasitələri  (bura  daxildir:  məcazi  mənada 
işlədilən  söz  və  ifadələr,  təşbeh,  metafora,  mübaliğə  və  s. 
müxtəlif üslubi priyomlar;  
–  sözlərin  təkrarı  və  ya  buraxılması,  inversiya,  ritorik-


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə