163
beynəlxalq əlaqələr strukturunun vahid formasında özlərinin
ağırlıq mərkəzlərini və ağırlıq sferalarını yaradırlar. Ağırlıq
mərkəzləri vahid strukturun forma və məzmun baxımından
tərəflərə ayrılmasını təmin edir. Burada ayırıcı kriteriyalar
olaraq beynəlxalq əlaqələri təşkil edən elementlərdən istifadə
olunur. Ağırlıq mərkəzlərinin formalaşması dünyanın vahid
tərkibinin hissələrə ayrılmasını təmin edir. Dünyanın böyük
dövlətləri öz radikal fəaliyyətləri ilə destrukturlaşma proseslərini
meydana gətirirlər.
Xəyali təsvirlərdən keçidlər edərək, bu baxımdan da reallıqlar
prizmasından çıxış edərək, belə qəbul etmək olar ki, hər bir böyük
dövlətin, güc mərkəzinin öz siyasi xisləti (təbiəti) var. Bu xislət
həm də universal məzmunludur. Dövlətlərin daxili və
beynəlxalq güclərinin artımı onların fəaliyyət xislətini meydana
gətirir. Bir qayda olaraq dünyada genişlənmək, siyasət
istiqamətlərini məkanlar və sahələr üzrə genişləndirmək,
siyasət axınlarını böyütmək, sistemli və konseptual müstəvi
yaratmaq, təsir məkanlarını böyütmək, öz ətraflarında,
xüsusilə, sərhədlərində kiçik dövlətlərdən ibarət təhlükəsizlik
qurşaqlarını yaratmaq, böyük bazarlar əldə etmək, istehlak
baxımından iqtisadi məkanlar yaratmaq və s. kimi hərəkətlər
böyük dövlətlərin xarakterik xüsusiyyətlərinə aiddir. Böyük
dövlətlərin fəaliyyəti onların regionlarda universal və məxsusi
məzmunlu beynəlxalq xislətini formalaşdırır. Böyük dövlətlər bir
tərəfdən dünya mərkəzinin, digər tərəfdən isə ayrıca olaraq
beynəlxalq əlaqələr mərkəzinin (təbii ki, beynəlxalq əlaqələr də
təsirdədir) funksiyalarını öz üzərlərinə götürürlər. Böyük və kiçik
dövlətlərdən ibarət olan ümumdünya strukturu və beynəlxalq
əlaqələr strukturu bir tərəfdən onun üzvü olan fərqli
elementlər tərəfindən, digər tərəfdən isə böyük dövlətlərin
iştirakı ilə rəngarəngləşir.
Böyük dövlətlər reallıqda və konkret şəkildə yaxın və uzaq
məkanlarda strateji və taktiki təsir dairələri uğrunda mübarizələr
aparırlar. Bu mübarizə məkanları həm böyük dövlətlərin
164
maraqlarını dartan obyektlər rolunu oynayır, həm də onlar üçün
təhlükələr və risqləri artıran obyektlər kimi çıxış edir.
Böyük dövlətlərin rəqabəti kəskin halda gərginliyə
xidmət edir. Hər bir beynəlxalq gərginliyin məkanı mövcuddur.
Miqyası var. Eyni zamanda dərəcələri var. Həm də beynəlxalq
gərginliklərin müəyyən anında, hər hansısa bir xəttin ortasında
gərginlik üçün məkan artıq yox olur. Gərginliyi yaradan
elementlərdə sürət zəifləyir. Sıxılma ortasında məkan artıq
çatışmır ki, elementlər öz hərəkətlərini sərbəst sürətlə etsinlər.
Bu anda mübarizə artıq radikal forma, məkanları çoxçətin
keçən forma almış olur. Radikallıq isə sonrakı qlobal
fəlakətləri gətirib çıxara bilir. Gərginliklər müəyyən xətlərdə
azalmağa başlayır və güzəştlər meydana gəlir. Bu güzəştlər isə
artıq məcburi sabitliyin yaranmasını özündə ehtiva edir.
Gərginlik yeni vərdiş olunacaq tarazlıqların yaranmasını
zəruri edir. Qorxu amili, müəyyən strukturların dağılması
təhlükəsi, mübarizədə olan tərəflərin mərkəzi hissələrinə olan
zərbələr qorxusu tərəfləri artıq geri çəkilməyə məcbur edir.
Böyük dövlətlər böyük potensialın qarşı-qarşıya gəlməməsi
üçün müəyyən güzəştlər etmək, rəqabət mübarizəsini yaradan
elementləri geri çəkmək məcburiyyətində qalırlar. Gərginliklər
aktivikdən passivliyə doğru keçidlər etməyə başlayır.
Kompromislər, danışıqlar güzəştlər məsələsi gündəliyə gəlir.
Diplomatiyadan istifadə olunur, beynəlxalq əlaqələrin digər
təminedici üsulları (beynəlxalq görüşlər, razılaşmalar-
sənədlər) işə düşür. Vəziyyəti yeni əsaslarla üzərə çıxaran
sənədlər meydana gəlir.
Beynəlxalq gərginliklər əsasən bir və ya da bir neçə dövlətin
ərazisində yaşanan problemlərdən ortaya çıxır. Bu gərginliklər
həm dövlətlərarası əlaqələrdə yaranır, həm də gərginliyin
obyekti olan dövlətlərdə (yerli əsaslarla, yerli təzyiq
amillərindən istifadə olunmaqla) meydana gəlir.
Böyük
dövlətlər
dünyanın siyasi strukturunu elə
formalaşdırıblar ki, quruluşdakı proseslərdən dünyanın
165
mərkəzlər tərəfindən idarəolunması halları mövcud olur. Bu
baxımdan da beynəlxalq gərginliklər həm regional, həm də
qeyri-regional təsirlərə malik olur. Bu təsirlər əvvəlki vərdiş
olunmuş strukturlarda çatları meydana gətirir.
Böyük dövlətlər dünyada gərginlik mərkəzlərini bir-birilərinə
təzyiq vasitələri kimi təşkil edirlər. Əsas təzyiq maraqların
cəmləşdiyi mərkəzlərdən meydana gəlir. Təzyiq mərkəzlərindən
digər məsələlər üçün güzəşt amili məqsədilə istifadə olunur.
Böyük dövlətlər regionlarda qruplaşmalar yaradırlar.
Maraqların kollektiv təmini məqsədilə koalisiyalar
yaradırlar. Onların iştirakı öz-özlüyündə təbii şəkildə
qruplaşmanı meydana gətirir. Bir böyük dövlət dünyanın digər
regionunda hərbi və iqtisadi cəhətdən gücləndikdə, regionda
onun tərəfdarları və qeyri-tərəfdarları formalaşır. Bu kimi
amillər regionlarda siyasi və iqtisadi eləcə də mədəni mühitdə
çatları əmələ gətirir.
Böyük dövlətlər özlərinin maraqları naminə daima
dünya ictimaiyyəti üçün aldadıcı siyasət və qeyri-hüquqi
siyasət həyata keçirirlər. Bu baxımdan da dünya “ifadəli-gur
səsli” və “lal-dinməz” şəkildə bölünür.
Böyük dövlətlər dünyanı iqtisadi, siyasi, mədəni, o
cümlədən dini faktorlar üzrə öz təsir dairələrinə salmağa
çalışırlar. Bu təsir və təzyiq, həmçinin bölgü faktoru dünya
vəhdətinin daxilində gərginliklərin yaranmasını şərtləndirir.
Rusiyanın SU-24 qırıcı təyyarəsi və regionda dəyişəcək
strateji və taktiki vəziyyət
24 noyabr 2015-ci il tarixində Rusiya təyyarəsinin Türkiyə
tərəfindən Suriya-Türkiyə sərhəddində vurulması gələcəkdə
Türkiyə-Rusiya
münasibətlərinə
əsaslı
strateji
təsir
göstərməyəcək. Düzdür, Rusiya prezidenti Vladimir Putin öz
bəyanatında münasibətlərin əvvəlki kimi olmayacağını bildirib.
Türkiyəni terrorla mübarizədə “arxadan zərbə vuran dövlət”
166
kimi qələmə verib. Ola bilər ki, əlaqələrdə və münasibətlərdə
qısa bir müddət üçün taktiki dəyişiklik olsun. Məsələn, Rusiya
Xarici İşlər naziri S.Lavrov 25 noyabr tarixində
V Türkiyə-
Rusiya Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının iclasında iştirak
üçün
Türkiyəyə
gözlənilən
səfərindən
imtina
edib.
Vətəndaşlarını Türkiyəyə getməməyə səsləyib. Terrora dəstək
ölkə kmi Türkiyəni qələmə verib. O, Türkiyəni Misir kimi terror
təhlükəsi olan ölkə adlandırıb. İki ölkə arasındakı
münasibətlərdə bu kimi xırda məzmunlu taktiki dəyişikliklər ola
biləcəkdir. Bir müddət diplomatik soyuqluq da yarana bilər.
Uzaq müddət üçün isə bu iki ölkə münasibətlərində gərginliklə
əsaslanan köklü dəyişiklik gözlənilən deyil. Çünki uzaq
müddətli strategiya dəyişməz olaraq qalacaqdır. Təyyarənin
vurulması elə Rusiyanın xeyrinədir. O baxımdan ki, bu hadisə
ilə Rusiyanın Türk dünyasına qarşı şıltaq hərəkətlərinin qarşısı
alınmış olur. Rusiya Türkiyənin gücü ilə bir qədər hesablaşmaq
zərurəti ilə üzləşir.
Rusiya bu hadisədən sonra ehtiyatlı strategiyanı seçməyə
başlayacaq. Əks halda, Rusiya da regiondakı qarışıq mühitdə
uçuruma sürüklənə bilərdi. Bu hadisə NATO-nun da xeyrinədir
ki, Rusiya bölgədə bir qədər balanslaşdırılmış vəziyyətə düşə
bilir. NATO Türkiyə amilindən "ağıllı strategiya" seçə bilər:
Bu hadisə öz arxasınca nəyi gətirə bilər:
-Türkiyənin regional nüfuzu arta bilər. Hətta Türkiyə bu
hadisənin arxasınca bölgəyə, türkmənlər olan yerə, quru qoşun-
lar yeridə bilər;
-Türkiyəyə də ABŞ bu əməliyyatlarda dəstək verə bilər;
-Rusiya Suriyada hərbi əməliyyatları artıra bilər, ancaq Tü-
rkmənlərlə ehtiyatlı davranmaq taktikasını seçə bilər;
-Türkiyə türkmənlərə (azərbaycanlılara) dəstək strate-
giyasını gücləndirə bilər;
-Rusiya Qafqaza təsirini və təzyiqini artra bilər. Erməni-
standa hərbi baxımdan daha da güclənər, Azərbaycana təzyiqləri
artırar;
167
-Ukraynada güclənə bilər;
-Azərbaycan bölgədə Türkiyənin yanında hərbi baxımdan
iştirak edə bilər;
-Azərbaycan Türkiyənin yanında türkmənlərə humanitar
yardım strategiyasını seçə bilər.
Türkiyənin
NATO-dan
gələcəkdə
çıxmasını
şərtləndirəcək başlanğıc səhnələrdən biri: SU-24
qalmaqalı və strateji miqyaslı geosiyasi gərginlik
Beynəlxalq hərbi bloklaşma, güc reallıqları şəraitindən,
zərurətindən və məcburiyyətindən meydana gəlməsinə bax-
mayaraq, olduqca mənfi bir prosesdir. Daima sülhə təhdidləri,
gərginlikləri və digər beynəlxalq böhranları meydana gətirir.
Bloklaşma bir qayda olaraq böyük dövlətlərin dünyaya nəzarət
mexanizmlərinin tərkibidir. Bloklaşma həm də büöv dünyanın
siyasi çatlarıdır. Proseslərdə orta və kiçik gücə malik olan
dövlətlər əziyyət çəkirlər. Bu kimi dövlətlər blok rəhbərlərinin
maraqlarının genişlənməsi və müdafiəsi ilə məşğul olurlar.
Özlərinin milli maraqları üzərinə böyük dövlətlərin maraqlarını
hakim edirlər. Onların maraqlarını öz məkanları üzərlərinə
örtürlər. Orta və kiçik gücə malik olan dövlətlərin əziyyət
çəkmələri həm bloklar daxilində baş verir, həm də bloklar
arasında yaşanır. Bloklararası mübarizədə ən çox əziyyət çəkən
dövlətlər aralıq qurşaq dövlətləri və “sanitar kordon” rolunu
oynayan dövlətlərdir. Bu dövlətlər bloklararası mübarizədə həm
də milli maraqları yarımçıq qalan tərəflərə çevrilirlər.
Türkiyə dünyada orta gücə malik olan bir dövlətdir. NATO-
ya 1952-ci ildə SSRİ-nin boğazlar iddiası qorxusundan daxil
olub. SSRİ dağıldıqdan sonra keçmiş SSRİ məkanında iqtisadi
əlaqələri gücləndirib və özünün də iqtisadiyyatını inkişaf
etdirməyə başlayıb. Türkiyə SSRİ dağıldıqdan sonra geniş bazar
hesabınba inkişaf mərhələsinə qədəm qoyub. Türkiyə şirkətləri
postsovet məkanında böyük layihələrdə iştirak edirlər. Türkiyə
168
ticarətində, energetikasında və turizmində postsovet məkanının,
resurlarının rolu olduqca böyükdür. Bu gün Rusiyanın xarici ti-
carətində Türkiyənin payı önəmlidir.
Postsovet dönəmində Rusiya Türkiyə ilə yaxınlıq strate-
giyasını həyata keçirməyə başlayıb. Hətta son zamanlarda Rusi-
yanın Suriyada aktiv iştirakının əsas strateji məqsədi kimi Tü-
rkiyə amilini qeyd etmək olar. Suriyada Rusiya həm neftin
qiymətlərinə görə (taktiki məqsəd) iştirak edir, həm də Türkiyəni
uzaq müddətli hədəfdə NATO-dan qoparmaq məqsədini güdür.
Buna uzaq hədəfli strateji məqsəd kimi yanaşmaq olar.
Dünyanın çoxqütblü formalaşmasının qurşaqları, sanitar
kordonları rolunu hal-hazrda Ukrayna və Suriya oynamaqdadır.
Yeni çat xətləri formalaşır.
24 noyabr 2015-ci il tarixində Rusiyaya məxsus SU-24
qırıcı-bombardmançı təyyarənin Rusiya-Türkiyə sərhəddində
(Türkiyənin məlumatına əsasən, hadisə Türkiyə hava məkanında
baş verib, Türkiyəyə məxsus F-16 qırıcı təyyarələri “hava-hava”
tipli raketdən atəş açmaqla təyyarəni zərərsizləşdiriblər. Rusiya
isə təyyarənin sərhəddən 1-4 kilometr uzaqda, yəni Suriya hava
məkanı daxilində Türkiyə tərəfindən vurulduğunu iddia edir)
vurulması hadisələrin qlobal və regional güclərin yaxından
iştirakı fonunda strateji və taktiki məcrada dəyişəcəyini göstərir.
İlk növbədə gərgin siyasi vəziyyət meydana gəlib. Belə ki, Tü-
rkiyə prezidenti R. Ərdoğan, baş nazir Əhməd Davudoğlu bu
hadisələrdə Türkiyənin özünümüdafiə haqqı olduğunu və
beynəlxalq hüquqa uyğun hərəkət etdiklərini bildirirlər. ABŞ
prezidenti Barak Obama və NATO –da Türkiyənin beynəlxalq
hüquqla müdafiə haqqının olduğunu bəyan edirlər. Türkiyə
hərəkətinə haqq qazandırılar. Avropa İttifaqı tərəfləri soyuqqanlı
olmağa çağırır. NATO bəyan edir ki, Rusiya İŞİD-in olmadığı
əraziləri bombalayır.
Rusiya isə bir qədər başqa seçim edir və alternativ
metodların tətbiqi üzərində işləyir.
Rusiya müdafiə naziri
Sergey Şoyqu da alternativ addım üçün bir plan üzərində
169
işlənildiyini bildirir.
Bu baxımdan Strateq.az saytı Rusiya in-
formasiya mənbələrinə istinadən xəbər verir ki, Rusiya Müdafiə
Nazirliyinin mövqeyi ondan ibarətdir ki,
bundan sonra zərbə
aviasiyasının bütün hərəkətləri qırıcı təyyarələrin mühafizəsi
ilə həyata keçirləcək. Həmçinin hava hucumuna qarşı müda-
fiə sistemi gücləndiriləcək. Bu məqsədlə C-300 –ün analoqu
olan HHM sistemi ilə təchiz olunmuş “Moskva” kreyseri
Latakiya sahillərinə çıxarılır. Təhlükə yaradan bütün
hədəflər məhv ediləcək. Görünür, Rusiya nazirinin dediyi
plan bundan ibarətdir. Yəni, bombardmançıların qırıcılarla
mühafizə olunması ilə müşayiət edilən yeni taktika seçilir.
Rusiya mətbuatında alternativ təzyiq vasitələrinin tətbqindən
də yazılara rast gəlinir. Məsələn, Rusiyanın vesti.ru xəbər
informasiya portalında yazılan bir şərhə əsasən, Rusiya
vətəndaşları Türkiyə turizm sektorunda oynadıqları böyük
rollarından imtina edə bilərlər. Belə ki, turizm şirkətləri əlaqələri
kəsə bilər. Turpaketlərin satışı qadağan oluna bilər. O da
bildirilir ki, Türkiyəyə Almaniyadan sonra ikinci ən böyük turist
axını Rusiyadandır. Ən çox pul xərcləyən də elə Rusiya
vətəndaşlarıdır. 2014-cü il ərzində Türkiyə Rusiyalı turistlər 280
milyon evro pul xərcləyiblər.
1
Ümumiyyətlə, bu hadisə gələcəkdə regionda hansı
strateji əhəmiyyətli geosiyasi fon yaradacaq:
-ilk növbədə nəzərə almaq lazımdır ki, hava məkanlarını
pozmaq xarakteri Rusiya aviasiyasında var. Bu, strateji və
cari-taktiki ölçüdə güc nümayişidir. Məsələn, bu ölkəyə
məxsus uzaq məsafəyə uçan strateji aviasiya dəfələrlə Şimali
Avropa ölkələrinin hava məkanlarını pozub, havada
həyacan siqnalları yaşadıb. Baltikyanı ölkələr və Ukrayna da
tez-tez belə hallarla üz-üzə qalır. Ukrayna hadisələri zamanı
Rusiya Qara dənizdə Türkiyə hava məkanını da pozmuşdu;
1
Прекращение российского турпотока грозит Турции
ногомиллиардными потерями. http://www.vesti.ru/doc.html?id=2690771
170
-bu gün Suriyada yaşanan taktiki proseslər gələcək
strateji fon dəyişikliyə gətirib çıxara biləcək.
1. Belə ki, Türkiyə Rusiyanın çoxdankı hədəfidir. Bu
ölkəyə dayaq ölkə kimi də baxır. Həm Rusiya, həm də
Türkiyə Avropanın soyuq münasibətləri ilə rastlaşırlar.
Uyğun geosiyasi vəziyyət iki dövlətin yaxınlaşmasına zəmin
yaradır.
2. Türk dünyası slavyan-rus dünyası ilə birlikdə
Avrasiyada aparıcı mövqedə qərarlaşıblar ki, bu da
türklərin Rusiya üçün dayaq rolunu oynamasına imkan
yaradır. Rusiya Türkiyəni cəlb etmək strategiyasını
qarşısına məqsəd qoyub.
3.Təyyarə hadisəsi Rusiyanı regionda strateji baxımdan
daha da gücləndirəcək. Belə ki, taktiki müdafiə adı altında
Rusiyanın strateji təyinatlı silahları regiona gətiriləcək.
Rusiya hərbi baxımdan daha da güclənəcək. Rusiya gücü
Türkiyəni tədricən bu ölkəyə doğru aparacaq.
4. Həm Rusiya, həm də Türkiyə regionda “ehtiyatlı
davranış” taktikasını seçəcəklər. Bəlkə də bir-birilərini başa
düşəcəklər. Rusiya ehtiyatdan həm tarazlı vəziyyətə düşəcək,
həm də yeni növ əməliyyatlar (böyük silahlarla kəskin
əməliyyat) variantını seçəcək.
5. Rusiya Türkiyəni öz tərəfinə çəkmək üçün strateji
silahları hesabına bu ölkəni gərgin vəziyyətdə saxlayacaq.
Rusiya bölgədə tarazlıqla rastlaşsa da, yeni silah tətbiqi
fazasına əl atacaq. Bu da Türkiyəni “təpkili dost”
vəziyyətində qoyacaq. Türkiyəni sərhədləyəcək.
6. Rusiya regionda “təpkili dostu” olan Türkiyənin
iştirakı ilə bir qədər barışcaq və ona şərait yaradacaq. Bu
yolla da yaxınlaşdırma strategiyasını tətbiq edəcək. Ancaq
qlobal aspektlərdə real köməksiz qalan Türkiyəni tədricən
NATO-dan qoparmağa çalışacaq.
171
Regionun geosiyasi mühiti bir müddət şiddətli
qaynarlılıqla seçiləcək. Sonra isə soyuq mənzərə yaranacaq.
Ancaq psi vəziyyətdə o insanlar qalacaqlar ki, onların
iniltisi, ahı, fəryadı bomba səsləri ilə boğulacaq.
Türkiyə NATO-ya güvənməməlidir
Nahaq yerə deməyiblər ki, Allah hər kəsin özünə versin!
Hər bir dövlətin gücü məkan baxımından baza (milli) və
ətraf (beynəlxalq əlaqələrdə iştirak sferası və iştirak edən
elementlərinin gücü) hissədən ibarət olur.
Hər bir dövlətin baza gücü onun daxili komponentlərinin
gücündən, çəkisindən, həcmindən, sayından və elementlərin
istifadə keyfiyyətlərindən asılıdır. Resurslar və onların istifadəsi
bazanı gücləndirir. Sistem və resurs dövlətin güc bütövlüyüdür.
Xarici siyasət resursları da bazaya xidmət üçündür. Yəni,
dövlətin ətraf gücü də baza gücün artmasına xidmət edir. Bu
baxımdan dövləti əsasən milli əsaslarda güclü hesab etmək
lazımdır. Beynəlxalq təşkilatlarda iştirak heç də dövlətin tam
şəkildə gücünü artırmır. Yəni, dövlət beynəlxalq təşkilatın
gücünə tam arxayın olmamalıdır. Beynəlxalq təşkilatlarda iştirak
resursların dövriyyəsini artırır. Bir də nəzərə almaq lazımdır ki,
beynəlxalq təşkilat vahid dövlət deyil ki, bütün sərhəddaxili
məkan üzrə özünə cavab versin. Beynəlxalq təşkilatlarda iştirak
edən dövlətlər beynəlxalq hüququn müstəqil əsas subyektəridir.
Təşkilatlar isə törəmədirlər.
Türkiyə NATO-ya qərarla qəbul olunub. Düzdür, hərbi
kontingent sayına görə qurumda ikinci dövlət hesab olunur.
Türkiyə ərazisində ABŞ bazası var. Lakin təşkilat Türkiyəni tam
qoruya bilməz. Qlobal təhlükə yaranan təqdirdə hər bir dövlət öz
marağından çıxış edir. NATO üzvləri qlobal təhlükədə yalnız öz
fərdi maraqlarından çıxış edə bilərlər. Çoxistiqamətli təhlükələri
öz üzərlərinə götürməzlər. Bu, real siyasətdir. İttifaq (Alyans)
vahid dövlət deyil.
172
Əgər Türkiyə Rusiya ilə qlobal qarşıdurmaya gedərsə,
NATO üzvləri sadəcə bəyanatlarla çıxış edərlər. Türkiyəni də
quruma təhlükə yaradan dövlət kimi bu qurumdan qərarla da
kənarlaşdırarlar. Bu yolla da kollektiv məsuliyyəti öz
üzərlərindən atarlar.
Türkiyə NATO-ya çox da arxayın ola bilməz. Özünü
gücləndirməlidir!
Türkiyə NATO gəmilərini Bosfora gətirməklə siyasi
vəziyyəti gərginləşdirə bilər. Bu, lazım deyil. Moskva ilə birbaşa
ikitərəfli dialoqa gedilməlidir.
İqtisadi əlaqələrdə itkilər ola bilər. Rusiya Türkiyəyə çox
lazımlı bir dövlətdir. Türkiyənin uzaqgörənliyi lazımdır!
Türkiyə siyasətçiləri şoudan əl çəkməlidirlər!
173
Elşən Misir oğlu Nəsibov
DÖVLƏT VƏ SİYASƏT FƏLSƏFƏSİ
SİYASƏT III CİLD
Kitabın Üçüncü bölümü
«Елм вя Тящсил» няшриййат-полиграфийа мцяссисяси
Dostları ilə paylaş: |