139
soyqırımlar, bunlardan peydah olan iniltilər, zarımaqlar,
fəryadlar, ah çəkməklər, aclıqlar, səfalətlər dövrü deyil axı, ay
mənim Candan, Kökdən bir Olanım!
Sən böyük Qardaşsan. Böyük nəsil, tayfa, ailə yükü var
çiynində. Hələ bir ailədə nəsildə, tayfada olanların, kiçiklərin
üzünə bax, gözlərini onlara zillə. Gör, nə demək istəyirlər?! Aya,
Atalarımız əbədiyyət dünyasındadırlar. Onlar sağ olsaydılar, heç
də belə hadisələr baş verməzdi, qorxular yaranmazdı! Sən
onların yerini əvəzləyəcək birisisən axı, Ata məsuliyyəti
çiynindədir, bizi hara sürükləyirsən? De görüm, yol göstər
görüm, bundan sonra neynəyək, - fəlakətlərdə, faciələrdə itək-
bataq, həə..? Axı, bütün nəslimiz gələcəyin xoşbəxtliyinə göz
dikib axı? Niyə bu dəyərlərdən məhrum olaq?! Bunun
məsuliyyəti həm də Sənin üzərindədir. Hamımız Sənə göz
dikmişik. Müharibələrlə sən nə demək istəyirsən? Kimlərin
fitvalarına qulaq asırsan, hə? Kimlərdir bizi qırdırmaq istəyənlər,
xainlər?
Qardaşım,
tarixdən
dərs
götürmədikmi?
Bilirik,
qazanclarımızla yanaşı, itkilərimiz də oldu. Düzdür, biz türklər
çoxlu müharibələr apardıq, qılınclar çəkdik, toplar, mərmilər
atdıq. Şücaətlər göstərdik, qəhrəmanlıqlar etdik. Düşmən
hücumlarına sinə gərdik, onlara qalib gəldik. Zəfərlər çaldıq, uca
zirvələrə bayraqlar sancdıq. Çox məkanlar tapdaladıq,
ayaqlarımız dünyanı gəzdi! Bəşəriyyət tarixinə şəhidlər verdik!
İddialarımız böyüdü, tarixə imperiyalar bəxş etdik, qitələr
tutduq, dünyada çoxlu dövlətlər yaratdıq! Tarixə şanlı
sərkərdələr, igid döyüşçülər, dahi siyasətçilər bağışladıq! Türk
adıyla bəşəriyyət üçün böyük tarix yazdıq! Qardaş, sən bilirsən
ki, bunlar keçmişdə, kitablarda, sənədlərdə qaldı artıq! Mən başa
düşürəm ki, Türk əyilməzdir, sınmazdır, qorxmazdır,
cəsarətlidir, mübarizdir, mətinlidir! Türk hünər simvoludur!
Türk namus, qeyrət, əsil ər simvoludur! Türk qurd ürəklidir,
qandan qorxmaz, ancaq, namusunu, qeyrətini, şərəfini
itirməkdən qorxar!
140
Ərdoğan, indi qılınc, at beli, qalxan, nizə, tüfəng, top dövrü
deyil axı, Qardaş! İndi meydan səsləri, döyüş düşərgələri ağır
texnikanındır, bizlər də bu texnikadan uzağıq. Axı, sən ki, bunu
yaxşı bilirsən? Hansı gücünə güvənirsən, hə? Nahaq yerdən
qanmı tökək. Ətraf bizəmi gülsün. Xəyanətlər işəmi düşsün, Ay
Qardaş?! Ayə, uzağı görmək və gələcəyi yaxşı düşünmək
lazımdır, mənim Hörmətlim! Sən öz yönünü hara döndərmisən?
Ruslar və slavyanlar da biz türklər kimi böyük xalqlardır.
Onlar da tarixdə böyük iz qoyublar. Dünyaya dəyərlər veriblər.
İndi Avrasiyanın ürəyinə sahibdirlər. Düzdür, işğallar ediblər,
zülmlər göstəriblər. Qan töküblər. Şəhidlər, qəhrəmanlar
veriblər. İmperiya iddiaları onları hegemon ruhlu edib. Ancaq
onlarda olan böyüklük bütün dünyanı, o cümlədən bizləri
özlərinə cəlb edir. Təəssüf hissi ilə bildirirəm ki, dünyada rus
xalqına və dövlətinə qarşı bir qısqancılıq hissi var. Dünyaya
müraciət edirəm, bu xarakterlərindən əl çəksinlər!
Tarixin qisməti, taleyi elə gətirib ki, biz onların
qonşuluğunda və içərisində qərarlaşmışıq. İndi onlarla birlikdə
çörək yeyirik, süfrələr açırıq. Doğmalaşmışıq. Qan qohumu da
olmuşuq. Düzdür, ruslar tarixdə bizi də işğal ediblər, əziblər,
tapdalayıblar. Dəfələrlə müharibələr aparmışıq. Udmuşuq,
uduzmuşuq. Lakin buna baxmayaraq bəzi müsbət dəyərlər də
qazanmışıq. Axı, bunlar artıq tarixdə qalıb. İndi iddialar başqa
səmtə və məzmuna yönəlməlidir. İddialar sülhə, dostluğa,
mehribanlığa, qardaşlığa söykənməlidir! Tariximi təkrarlayaq,
ay şanlı Qardaşım, Ərdoğan (igid doğan) soylu Rəcəb?!
Ay Canımdan, Qanımdan olan, Rəcəb, Sənin Rusiyanın
təyyarəsini vurmağın o xalqın xatirinə dəyib, onları ruhunu
incidib, mənliyini sarsıdıb. Bu hadisə Liderləri Vladimir Putinin
acığına gəlib. O da vüqarlı, məğrur bir adamdır. Dünyada əməl
və söz sahibidir. Ər, igid xarakterlidir. Cəsarətlidir, cürətli
adamdır! Şöhrət mənsubudur. Özü də Türk dünyasına qarşı
yaxşı münasibəti olan adamdır. Təyyarəni vurmaqla sən onun
şərəfinə toxunmusan, qonşumuzu, qardaşımızı, qohumumuzu
141
incitmisən! O da düzdür ki, Vladimir Putin də son zaman
müəyyən səhvlərə yol verib. Özünü türk dünyasına qarşı şıltaq
aparıb. İndi iki dünya arasında bir gərginlik var. Neynəyək,
beləmi davam etməlidir?! Hadisədir, olub. Xalqlar öz
qəzəblərini, kinlərini söndürməlidirlər. Müvafiq barışdırıcı
addımların atılması zəruridir. Çünki, hər iki tərəfdən əziyyət
çəkənlər var.
Rəcəb, sənə deyirəm, səhvlərə görə, hətta səhv olmayanlara
görə belə, üzr istəmək Türk böyüklüyünün, Türk vüqarının,
şərəfinin əlamətidir. Türk həm qəhrəmanlığı, həm də nəzakəti və
ədəb-ərkanı ilə ad qazanıb,-bu dünyada! İndi, O Böyük Rus
xalqı və Böyük Rus oğlu Putin Səndən üzrxahlıq gözləyir. Mən
Türk ailəsinin kiçik bir evladı kimi öz böyük Qardaşımın
əvəzinə Rus xalqından və Rus lideri Vladimir Putindən üzr
istəyirəm! Təki barışıq olsun! Səndən də xahiş edirəm, əbədi
dostluq, iki dünya arasında qohumluq, qonşuluq və insanlıq
naminə o böyük dünyadan və böyük şəxsiyyətdən üzr istə,- həm
də Böyük Türklük naminə! Qoy, bu Türk Böyüklüyü tarixə
növbəti qızıl xətlərlə yazılsın!
2016-cı ili mən, bu dünyanın sadə bir sakini olaraq, “Türk-
Rus dostluğu ili” elan edirəm!
Sənə deyiləcək sözlərimin sadəcə bir qismini dedim. İndi
buyur, Qardaşım Rəcəb, səni qaldırıram öz ali kürsünə, xahiş
edirəm öz kiçik qardaşın Elşənin xahişini yerinə yetir!
Rusiya prezidenti Vladimir Putinə də bir xahiş məktubu
yazmaq niyyətindəyəm! Bizim düşmənçiliyimiz lazım deyil!
Dünyanın,
Avrasiyanın
sülhü
Türk-Rus-Slavyan
dünyalarının dostluğundan çox asılıdır! Yaşasın bu Dostluq!
Cavab versən, çox şad olaram!
06 dekabr 2015
Dostları ilə paylaş: |