17
“toxuyur”. Ardıcıl düşünmə prosesləri insanlarda düşüncə
texnikasının təkmilləşməsini təmin edir. Ardıcıl düşünmə hər bir
məqamda aydınlaşmanı və işıqlanmanı təmin edir. Bu yöndə
aydınlıq müstəvisi meydana gəlir. Sərbəst və sağlam düşüncə
həyata müstəqil baxışların əsaslarını yaratmaqla bərabər, həm də
azad şəxsiyyətin formalaşmasına səbəb olur. Təbii ki, sağlam
düşüncələr öz sərbəstlik ruhunda və yolunda pozitiv olmalı,
obyektiv və subyektiv məntiqdən kənara çıxmamalıdır. Bu
məntiq də pozitiv amallara xidmət etməlidir. Bu yol nəticə
etibarilə müdrik insanın yetişməsinə gətirib çıxarır. Sağlam
düşüncə özünütəsdiq yolunda müdrikliyə səbəb olur.
Düşüncələr insanların öz aralarında və onlarla dövlət və
cəmiyyət arasında bağlılıq yaradır. Düşüncələr həm də
düşünənlə istifadə alətləri arasında bağlılığın formasını və
məzmununu aşkarlayır, təyin edir. Düşüncələrdən dərketmə
meydana gəlir və biliklər mənimsənilir, yeni biliklər
formalaşdırılır. Biliklər fəaliyyət istiqamətlərinin əsaslarını
meydana gətirir. Fəaliyyətin əsasları və sistemləşdirilməsi də
biliklərlə müəyyən olunur. Biliklər sistemi özü fəaliyyət
sistemini meydana gətirir. Deməli, dərketmə, obrazlanma
sayəsində hərəkətlər müəyyən olunur, hərəkətlər obrazlanmanı,
dərketməni ortaya çıxarır. Sağlam düşüncələr sayəsində düşünən
şəxs hər bir hadisəni və obyekti (əşyanı) qeyri-tam olsa da belə,
orijinal düşünməyə başlayır. Burada düşünmənin keyfiyyətlərini,
anlamanın dərəcəsini artırmaq məqsədilə obyekt ardıcıl şəkildə
düşünülməli olur. Sağlam düşüncə o halda təkmilləşir ki,
düşüncələr təzədən əvvəlki düşüncələri redaktə edə-edə
təkmilləşdirir. Sağlam düşüncələr müstəvisi islah olunan
müstəvi mənasını verir ki, bu də nəticə etibarilə islah olunma
yolu ilə insanın əxalqını təkmilləşdirir. Bu ardıcıl proses də şərti
son mütləq məqama qədər ucalmağa, yüksəlməyə və
müdrikləşməyə aparır.
18
Bir daha qeyd etmək yerinə düşər ki, düşüncələr
özünüifadədir, özünüsübut və təsdiqdir. Sağlam düşüncə
prosesləri sayəində insan və onun məqsədləri, mənası aşkarlanır.
Düşüncələr insanların obyekt və vasitələrə təsirlərini meydana
gətirir, həm də mürəkkəblik və sadəliklə dolu sistemli yanaşmanı
ortaya qoyur. Sistemli yanaşmada düyünlərin (bağların, ilmələrin)
sayı çoxaldıqca, istiqamətlər, rəngarəngliklər də artır. Düşüncələr
kombinasiyası və konstruksiyası insan həyatının fəaliyyət
konstruksiyasını formalaşdırır. İnsan öz əməllərini düşüncələrinə
bağlı edir. Sağlam düşüncələr sayəsində insanlarda mövzu üzrə
xətti düşüncələr formalaşır.
Düşüncələr elmi-sistemli və fəlsəfi mahiyyətli olur. Eləcə də
sadədən mürəkkəbliyə doğru genişlənir. Mürəkkəbliyin pik
nöqtəsi isə yenə də sadəliklə tamamlanır. Bu da son məqamda
özünüdərkə, müdrikliyə aparıb çıxarır. Düşüncələr hər bir
elementi öz məkanında konstruktiv edir.
Sağlam düşüncə sərbəst yaradıcılıq ruhunun əsasıdır.
Sağlam düşüncələrdə ruh zənginliyi olur. Sağlam düşüncə
yenidənqurmadır. Sağlam düşüncə daxili aləmin öz tərəfindən
orijinal qaydada təsviridir və obrazlanmasıdır. Sağlam düşüncə
düşünən şəxsin sərbəst və müstəqil yaradıcılığıdır, ruhudur.
Sağlam düşüncə özünü sərbəst dərketmədir. Sağlam
düşüncə intuitiv dərrakənin formalaşmasını meydana gətirir.
İntuitiv təfəkkürün əsasları məhz sağlam düşüncə ilə
möhkəmlənir. Belə təfəkkür həyatda qazanılan biliklərin
məcmusundan meydana gəlir.
Sağlam düşüncə və özünüdərk haqqında bu kimi
ümumiləşdirilmiş fikirlər bildirmək olar:
-sağlam düşüncə insanın özünü öz aləmində tapmasıdır,
kimliyini müəyyən etməsidir;
-sağlam düşüncə insanın daxili aləmi ilə xarici aləmi
arasında sərbəst və azad vəhdət yaratmasıdır;
19
-sağlam düşüncə azad ruhun təcəssümüdür;
-sağlam düçüncə özünəqayıt təfəkkürünün formalaşmasında
rol oynayır və bu baxımdan da keçmiş, indiki və gələcək
zamanlar arasında telləri yaradır;
-sağlam düşüncə insanın özü ilə onun düşüncə obyekti
arasında sərbəst körpünün əsasıdır;
-sağlam
düşüncə sağlam əqidənin
və
amalların
təcəssümüdür;
-sağlam düşüncə ruh sağlığının qoruyucusudur;
-sağlam düşüncə səbatlı insanın özüdür;
-sağlam düşüncə insan xarakterində məğrurluğun təməlidir;
-sağlam düşüncə xalis məntiqi düşüncədir;
-sağlam düşüncə hərdən kasıb görünsə də belə, sağlam
ideyaların özüdür;
-sağlam düşüncələr ruh çaşqınlığının qarşısını alır;
-sağlam düşüncə vahid xətli düşüncələrin əsasıdır;
-sağlam düşüncə yeni ixtira və kəşflərin təməlində dayanan
və meydana gətirən dəyərdir, vasitədir;
-sağlam düşüncə xəyallarda sağlam forma yaratmaq
məharətidir;
-sağlam düşüncə özünüdərkin yollarını müəyyən edir.
Özünüdərk də özünütəsdiq, özünüifadə məkanını yaradır.
Sağlam düşüncə orijinallıqdır və sağlam fiqurların memarlığıdır
və s.
Dövlətin intuitiv təfəkkürlə idarə olunması
İntuitiv təfəkkür. İntuisiya ideal fəlsəfədə hissiyata,
duyğulara əsaslanma ilə dərkin mövcudluğudur. Varlığın
hissiyyatlarla qəbul olunması kimi başa düşülür.
Əvvəlcə qəbul edək ki, varlıq insanlarda hissi (duyğu)
orqanlardan kənar qəbul oluna bilməz. Hissiyyat orqanları varlıq
haqqında məlumatları ötürəndirlər. Onların funksiyası da elə
Dostları ilə paylaş: |