98
Dəyişən göstəricilər makro və mikro miqyasda təsir edə bilər.
Şərait, təsir edən qüvvə, enerji mübadiləsi bu kimi məqamlarda
rol oynaya bilər.
Lider ətraf xarakterləri özünə cəlb edən, özünə cəzb edən
mərkəzləşdirici keyfiyyət məcmusudur. Onun özündə olan
potensial, güc ətrafı çəkməyə, müxtəlif məsafəli xarakter
dalğalarını özündə mərkəz etməyə imkan verir. Lider yaxın və
uzaq ətrafın, çoxlu sayda insanların diqqətini özündə
cəmləşdirmək iqtidarında olur. Belə demək mümkünsə, onun
dalğaları daha uzun məsafələri özünə qatır. Ətraf zənginn
siqnallar sayəsində lider mərkəzi potensial qüvvəyə çevrilmək
iqtidarında olur. Lider özünü koordinat nöqtəsinə çevirə bilir və
hadisələr üçün başlanğıc və şərti sonluq rolunu oynamaq
imkanlarına malik olur. Burada nitq, davranış, mimika, konkret
əməllər liderin məzmununu yaxından ifadə etməklə yanaşı, onu
ətraf üçün zəngin təsiredici ünsürə çevirir. Liderlər də öz
portretlərinə görə dərəcələnə bilirlər. Dövlət lideri, xalq lideri,
milli lider,
bəşəri lider heç də lokal, eləcə də avtoxton və məhəlli
miqyaslı olmurlar. Onlar qlobal potensiala sahib olmaqla, yerli
və beynəlxalq xarakterləri birləşdirmək, sintez etmək məharətinə
sahib olurlar. Belə hesab edək ki, dövlət lideri daha çox siyasi
məzmundursa, milli və bəşəri lider siyasi fiqur olmaqla bərabər,
mədəni, dini, bəşəri kriteriyaları özündə əks etdirməklə mənəvi-
ruhi liderə çevrilir. Liderlərin bu keyfiyyətindən Millət Atası,
Ümummilli Lider kimi anlayışları meydana gəlir. Bəşəri liderin
əsas insani və əməli keyfiyyətləri təmsil etdiyi xalqı və dövləti
ümumdünya miqyasına çıxarmaqdan, dünyada layiqincə
tanıtmaqdan ibarət olur. Dünyanın da dəyərlərini yerli və milli-
mədəni dəyərlərlə vəhdətdə birləşdirən lider bəşəri məzmuna
sahib olur. Lider özündə ali mahiyyəti daşıhyır və ümumi olaraq
bir fəlsəfi məzmuna çevrilir.
Liderin siyasi portreti onun ictimai-siyasi nüfuzu ilə
həmahəngdir, simmetrikdir, harmonikdir, şərtləndirici və
tamamlayıcıdır. Liderdə psixoloqların şərti olaraq müəyyən