Dövlətin intuitiv təfəkkürlə idarə olunması



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə32/54
tarix17.09.2017
ölçüsü2,8 Kb.
#460
1   ...   28   29   30   31   32   33   34   35   ...   54

97 
 
Adərt-ənənə  sırf  insana  və  cəmiyyətə  məxsusdur.  Onun 
dəyişməsi  və  irsi  davamı  cəmiyyətin  və  məişətin  problemidir, 
səlahiyyətidir.  Bu sahədə dövlət  yalnız qoruyucu,  təşkiledici və 
hüquqları  təminedici  tərəf  kimi  çıxış  etməlidir.  Dövlət  özü  də 
adət-ənənələrə və onların təmin olunması qaydalarına tabedir.  
 
Dünya  dövlətləri  və  hökumətləri  liderlərinin  siyasi 
portretləri 
 
Azərbaycanın  görkəmli  alimlərindən  biri  akademik  Azad 
Mirzəcanzadə  özünün  “İxtisasa  giriş”  əsərində  yazır  ki, 
psixoloqlar insan şəxsiyyətinin əksəriyyəti üçün ümumi olan bir 
neçə  tipoloji  xüsusiyyətləri  təyin  etmişlər.  Birinci  tip-
təsəvvürlərdən  daha  çox  qavrayışlara  meyil  edən  ekstravert 
şəxsiyyətlərdir.  Bunlarda  xarici  qıcıqlandırıcılara  qarşı 
reaksiyanın  bilavasitə  nəticəsi  qeyri-iradilikdir(impulsivlikdir). 
İkinci  tip-ən  çox  öz  şəxsi  təsəvvürləri  ilə  yaşayan  introvert 
şəxsiyyətlərdir.
1
 
 
Mən bu bölgünü şərti adlandırardım. Elə insanlar da olar ki, 
hər  iki  tipik  cəhətləri  özündə  tamamlaya  bilsin.  Çünki, 
qavrayışsız təsəvvür ola  bilməz.  İnsan  əqli  və şüuru və  onların 
obrazlı  nəticəsi  olan  təxəyyül  həm  qavramadan,  həm  də 
təsəvvürlərdən  meydana  gəlir.  Təsəvvür  özü  də  qavramanı 
meydana gətirir. Eləcə də qavramanın nəticəsi olaraq formalaşır.  
Psixoloqlara görə şəxsiyyətlər çılğınlığın müxtəlif növlərinə 
aid olunurlar: sanqvinik-diribaş, qanıqaynar; xolerik-tündməcaz, 
tez  özündən  çıxan;  fleqmatik-soyuqqanlı,  laqeyd;  melanxolik-
bədbin,  məyus.  Təbii  ki,  bu  bölgü  də  şərtidir  və  tarazlıq 
baxımından dəyişə bilər. Xarakterin dəyişməsi məkana, şəraitə, 
zamana  münasib  olaraq  həyata  keçə  bilər.  İnsanı  bir  qayda 
olaraq  bir  qism  göstərici  üzərində  tam  xassələndirmək  olmaz. 
                                                 
1
 Azad Mirəzacanzadə. İxtisasa giriş. Neft və qaz profilli ali məktəblər üçün 
dərs vəsaiti. Bakı: Qanun, 2010, 432 səh., səh.13. 


98 
 
Dəyişən  göstəricilər  makro  və  mikro  miqyasda  təsir  edə  bilər. 
Şərait, təsir edən qüvvə, enerji mübadiləsi bu kimi məqamlarda 
rol oynaya bilər.  
Lider  ətraf  xarakterləri  özünə  cəlb  edən,  özünə  cəzb  edən 
mərkəzləşdirici  keyfiyyət  məcmusudur.  Onun  özündə  olan 
potensial,  güc  ətrafı  çəkməyə,  müxtəlif  məsafəli  xarakter 
dalğalarını  özündə  mərkəz  etməyə  imkan  verir.  Lider  yaxın  və 
uzaq  ətrafın,  çoxlu  sayda  insanların  diqqətini  özündə 
cəmləşdirmək  iqtidarında  olur.  Belə  demək  mümkünsə,  onun 
dalğaları  daha  uzun  məsafələri  özünə  qatır.  Ətraf  zənginn 
siqnallar  sayəsində  lider  mərkəzi  potensial  qüvvəyə  çevrilmək 
iqtidarında olur. Lider özünü koordinat nöqtəsinə çevirə bilir və 
hadisələr  üçün  başlanğıc  və  şərti  sonluq  rolunu  oynamaq 
imkanlarına malik olur. Burada nitq, davranış, mimika, konkret 
əməllər liderin məzmununu yaxından ifadə etməklə yanaşı, onu 
ətraf  üçün  zəngin  təsiredici  ünsürə  çevirir.  Liderlər  də  öz 
portretlərinə  görə  dərəcələnə  bilirlər.  Dövlət  lideri,  xalq  lideri, 
milli lider, bəşəri lider heç də lokal, eləcə də avtoxton və məhəlli 
miqyaslı  olmurlar.  Onlar  qlobal  potensiala  sahib  olmaqla,  yerli 
və beynəlxalq xarakterləri birləşdirmək, sintez etmək məharətinə 
sahib  olurlar.  Belə  hesab  edək  ki,  dövlət  lideri  daha  çox  siyasi 
məzmundursa, milli və bəşəri lider siyasi fiqur olmaqla bərabər, 
mədəni, dini, bəşəri kriteriyaları özündə əks etdirməklə mənəvi-
ruhi  liderə  çevrilir.  Liderlərin  bu  keyfiyyətindən  Millət  Atası, 
Ümummilli Lider kimi anlayışları meydana gəlir. Bəşəri liderin 
əsas insani və  əməli keyfiyyətləri təmsil  etdiyi xalqı və  dövləti 
ümumdünya  miqyasına  çıxarmaqdan,  dünyada  layiqincə 
tanıtmaqdan ibarət olur. Dünyanın da dəyərlərini yerli və milli-
mədəni  dəyərlərlə  vəhdətdə  birləşdirən  lider  bəşəri  məzmuna 
sahib olur. Lider özündə ali mahiyyəti daşıhyır və ümumi olaraq 
bir fəlsəfi məzmuna çevrilir.  
Liderin  siyasi  portreti  onun  ictimai-siyasi  nüfuzu  ilə 
həmahəngdir,  simmetrikdir,  harmonikdir,  şərtləndirici  və 
tamamlayıcıdır.  Liderdə  psixoloqların  şərti  olaraq  müəyyən 


99 
 
etdikləri  xarakterik  cəhətlər  cəm  halda  birləşə  bilir.  Bir-birini 
şərtləndirə  bilir.  Liderin  şəxsi  siyasi  portret  sisteminin 
elementləri həmin şəxsin mədəni, əxlaqi və ictimai-siyasi nüfuz 
sistemi  elementləri  ilə  şərtlənir,  tamamlanır.  Bu  elementlər 
portret  müstəvisinin  (mücərrəd  bir  təsvir  əsasında  olan  xəyali 
müstəvi) daxili aləmini aşkarlayır. Şəxs özünün mədəni-mənəvi 
xarakterini  əməlində,  cəmiyyətdə  və  dövlətdə  tutduğu  ictimai-
siyasi  postlarda  aşkarlayır,  sübuta  yetirir.  Əxlaqi-mənəvi 
keyfiyyətləri  onun  hüquqi-ictimai  və  siyasi  fəaliyyətində  dayaq 
rolunu  oynayır.  Şəxsin  mənəvi  keyfiyyətlərinin  büruzəsi  və 
faydalılıq üçün reallaşması halları yaşanır. Elə də olur ki, siyasi 
vəzifələr mənəvi keyfiyyətləri kasad olan şəxsin eqosunun daha 
da  artmasına  səbəb  olur.  Bu  postdan  istifadə  şəxsin  radikal 
xarakterlə  müşahidə  olunan  portretini  yaradır.  Yüksək 
keyfiyyətlərin  postdan  istifadə  zamanı  qəddarlığa  çevrilməsi 
prosesləri  də  mövcud  olur.  Portret  tərkib  məzmununda  olan 
keçidlərlə  də  dəyişikliyə  uğramış  olur.  Siyasi  postlar  şəxslərin 
əksər hallarda  yetişməsinə təsir  edir. Belə ki, siyasi hadisələrin 
kompleks  xarakteri  ilə  rastlaşmaq  sayəsində  şəxs  elementləri 
cəlb edir. Bundan da faydalar əldə olunmuş olur. Şəxs ali siyasi 
postda  dövlətdə  və  dünyada  tanınan,  ali  nüfuzlu  siyasi  liderə 
çevrilir.  Ali  post  şəxsdə  ali  keyfiyyətləri  aşılayır.  Ali  post  öz 
səlahiyyətlərinə  görə  siyasi  şəxsə  dünyada  imic  və  hörmət 
qazandırmaq  imkanları  verir.  Siyasi  postda  qərarlaşan  şəxs 
dövlətin  daxili  siyasəti  ilə  xarici  siyasətinin  tamamlanmasından 
özünün  siyasi  imicini  dövlətinin  sərhədlərindən  kənara  çıxarır. 
Bu  halda  siyasi  status  və  imic  dünyəvi  xarakter  alır  və 
beynəlxalq münasibətlər areallarını əhatə edir, dövlətlərin daxili 
cəmiyyətlərinə də nüfuz edir.  
Hər  bir  şəxsin  cəmiyyətdə  mövqeyi  onun  ictimai  imici 
(cəmiyyətdə  qazandığı  hörmət,  topladığı  mərifət,  ziyalılıq)  və 
statusu  (status-burada  cəmiyyət  tərəfindən  verilən  “hüquqi” 
səlahiyyət,  ad.  Hüquqi  səlahiyyət  seçkili  orqanlarda  yer  tutan 
şəxslərə  də  verilir.  Bu  halda  şəxsin  siyasi  statusu  da  meydana 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə