Dövlətin intuitiv təfəkkürlə idarə olunması



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə28/54
tarix17.09.2017
ölçüsü2,8 Kb.
#460
1   ...   24   25   26   27   28   29   30   31   ...   54

84 
 
-bütün istehsalat sahələrində yenilikçi, təzələyici vəzifəsinin 
yerinə yetirməsi; 
-həyatın  yeni  axarlarının  müəyyən  edilməsi.  Burada  elmin 
cəmiyyətə,  dövlətə,  xalqa  və  bəşəriyyətə  xidmət  etməsinin 
əsasları  nəzərdə  tutulur.  Elm  cəmiyyətin,  dövlətin,  bəşəriyyətin 
daxili  məzmununa  xidmət  edir.  Elm  insanlığın  daxili 
məzmununa  xidmətləri  əsas  hədəf  və  məqsəd  kimi  qarşısına 
qoyur.  Buna  elmin  humanitar  və  ictimai  funksiyası  da  demək 
olar.  
Baza funksiyalardan irəli gələrək (baza funksiyalara “Elmin 
strategiyası”  kimi  da  baxmaq  olar)  taktiki  funksiyalar  mövcud 
olur.  Elmin  strateji  funksiyası  horizontal  genişlənməni  və 
universal  mahiyyəti  özündə  əks  etdirirsə,  onun  taktiki 
funksiyaları həm ətrafa genişlənməni özündə əks etdririr, həm də 
daha  çox  vertikallığı  nəzərdə  tutur.  Elmin  tədrisə  xidmət 
funksiyası  dövlətin  cəmiyyəti  maarifləndirmə  funksiyası  ilə 
həmahənglik  təşkil  edir.  Dövlət  elmi  nailiyyətlərdən  istifadə 
etməklə maarifləndirmə sistemini meydana gətirir.  
Taktiki funksiyalara aid ola bilər: 
-təşkilati  funksiya-yeni  ruha  uyğun  təşkilati  funksiyanın 
yerinə yetirilməsi; 
-yeni kəşflərə və ixtiralara əl atılması-məxsusi sahələr üzrə; 
-elmin sahələrinin genişləndirilməsi və yeni elmin meydana 
gəlməsi. 
 
Azərbaycan  elminin  yeni  strategiyasına  və  taktikasına 
aid ola bilər: 
 
-dəyişən  və  qloballaşan  dünyada  yerli  elmi  səviyyəni 
dünyanın aparıcı elmi mərkəzləri ilə uyğunlaşdırmaq; 
-başqa ölkələrdən olan elmi-texniki asılılığı azaltmaq; 
-avtoxton elmi bazanı da gücləndirmək;  
-elmi innovativ mahiyyətli etmək; 


85 
 
-elmi potensialı artırmaq üçün texniki elmi sahələri prioritet 
hesab etmək; 
-təbiət elmlərinin yükünü artırmaq; 
-elmi  subyektlərin  fəaliyyətini,  ünsürləri  daha  çox  təbiət 
elmlərinə yönləndirmək; 
-ayrı-ayrı elm sahələri üzrə texnoparklar yaratmaq; 
-texnoparkların regionlar üzrə tarazlı strategiyasını müəyyən 
etmək; 
-elmin bazasında maliyyəni təkanverici faktor hesab etmək; 
-yeni 
səmərələşdirici 
təkliflər 
və 
ixtiralar 
üçün 
laboratoriyalar təşkil etmək; 
-insanların şüurunda texniki-mədəni inqilablar düşüncələrini 
oyatmaq; 
-orta  təhsildə  təbiət  elmlərinə  üstünlük  vermək  və  təsnifat 
zamanı təbiət elmlərini prioritet kimi müəyyən etmək; 
-insan  potensialının  ictimai  və  humanitar  elmlərdə, 
poeziyada və digər bu kimi sahələrdə istifadəsini azaltmaq, yükü 
təbiət elmlərinə transfer etmək; 
 
Təşkilati baxımdan,  
 
-Analogiya prinsipini tətbiq etmək; 
-təbiət elmləri üzrə ixtisas alan tələbələrə dövlət təqaüdlərini 
artırmaq; 
-özəl  iqtisadiyyat  subyektləri  ilə  texniki  elmlərin  qarşılıqlı 
əlaqəsini təmin etmək; 
-mühəndis  hörmətini  cəmiyyətdə  yüksəltmək  və  insanları 
belə sahələrə təşviq etmək; 
-istedadlı alimləri “seçilən, fərqlənən” statuslu etmək; 
-alimi  sosial-məişət  problemləri  ilə  çaşqınlıq  vəziyyətində 
qoymamamaq və s.  
 
AMEA-da islahatların zəruriliyi 
 
Azərbaycan  elminin  əsas  problemi  onun  axsamasındadır. 
Elmin  üzərində  inzibati  bir  yük  mövcuddur.  Bu  yük  elmi 


86 
 
potensialın  artmasının  və  ondan  dəyər  kimi  istifadəsinin 
qarşısını  alır.  Bu  gün  elmi  təşkilatlar  inzibati  ruhdan  xilas 
olmalıdır. İnzibati təbəqə elmi potensiala zərbə vurur.  
Azərbaycan  elminin  yeni  inkişaf  strategiyasından  irəli 
gələrək  Milli  Elmlər  Akademiyasında  iş  keyfiyyətlərini,  elmi 
keyfiyyətləri  artırmaq  zəruridir.  Bu  qurumda  təkanverici 
addımlar  atılmalıdır.  Elmər  Akademiyası  Azərbaycan  elminin 
inkişafına məsuliyyətli tərəf kimi prioritet bir təşkilat olmalıdır.  
 
İlk növbədə hansı addımlar atılmalıdır: 
 
İş  keyfiyyətlərini  yüksəltmək  naminə  zamandan  dəyərli 
istifadə  və  elmi  bilik  daşıyıcılarından  səmərli  istifadə  əsas 
götürülməlidir.  Elmi  potensialın  zaman  axarı  ilə  istifadəsi 
dövlətin  və  cəmiyyətin  inkişafının  təməl  xəttidir.  Alim 
heyətinin  maddi  maraqlarının  təminatı  və  onlara  qarşı 
qoyulan müvafiq tələblər bir-birini tamamlamaldır; 
-işçilərlə  (elmi  əməkdaşlarla,  alim  heyəti  ilə)  rəhbəlik 
arasında əmək müqaviləsi vaxtamuzd əvəzinə işəmüzd əsaslarla 
müəyyən olunmalıdır. Bu addım atılarsa, elmin keyfiyyəti artar, 
alim  və  tədqiqatçılarda  işə  həvəs  yaranar.  Əmək  haqqı  yazılan 
əsərlərin müqabilində müəyyən olunar; 
-layihələrdə  iştirak  əsaslarının  hər  iki  tərəfə  xeyir  verəcək 
əsaslarla formalaşdırılıması zəruridir; 
-AMEA-da  vahid  “təklif,  təşəbbüs  və  yeni  ideya” 
mərkəzlərinin  yaradılması  və  bu  təkliflərin,  ideyaların  çap 
olunması məqsədəuyğundur; 
-AMEA-da tərcümə  mərkzələrinin  yaradılması və  müəllifin 
əsərlərinin tərcümə olunması üçün müəlliflə açıq münasibətlərin 
yaradılması, əlaqələrin qurulması labüddür; 
-AMEA-nın  təsərrüfat  fəaliyyətinin  genişləndiirlməsi  və  bu 
qurumun  müstəqil  biznes  sahələrinin  yaradılması  zəruridir. 
AMEA-nın  müstəqil  biznes  şəbəkələrinin  olması  bu  qurumun 
maliyyə imkanlarını artırar və muxtar təsərrüfat yaranar; 


87 
 
-AMEA-nın 
elm 
tutumlu 
transmilli 
korporasiyaya 
çevrilməsi labüddür. Bu addım Azərbaycan elmini dünya elminə 
sürətlə inteqrasiya edə bilər; 
-AMEA-nı  dünya  üçün  alim-mütəxəssis  buraxan  mərkəzə 
çevirmək  lazımdır.  Bu  zaman  quruma  xaricdən  də  təkliflərin 
axını güclənə bilər;  
-Azərbaycanın  dövlət  büdcəsində  xüsusi  elm  hissəsinin 
olması daha yaxşı olar. Ölkəyə elmin gətirdiyi faydalar (gəlirlər) 
və elmin xərcləri ayrıca verilsə daha yaxşı olar; 
-AMEA-da  əsər  müsabiqələrinin  keçirilməsi  və  qaliblərin 
mükafatlandırılması zəruridir; 
-AMEA-nın  inzibati  işçilərinin  sayının  azaldılması  elmin 
inkişafına  təkan  verə  bilər  və  bu  qurum  inzibati  mənadan  elmi 
mənaya  transfer  edər.  İnzibati  xərclər  azalar.  Alimi  inzibati 
işlərdən elmi işlərə yönəldər.  
 
Dövlət və din 
 
Dövlət  və  din  ayrı-ayrı  məfhumlardır.  Hər  anlayışın  öz 
əlaməti var. İnancla biz insanlar qəbul edirik ki, təbii yaranışımız 
var  və  bu  da  Allahdandır.  Allahın  bəxş  etdiyi  təbiətdəndir. 
Məlumdur  ki,  dövlət  mifik  inanclardan  sonra  meydana  gəlib. 
Əvvəllər  insanlar  təbiətə  çox  bağlı  olublar  və  təbiət  hadisələri 
qarşısında  öz  düşüncələri  ilə  aciz  olublar.  O  da  məlumdur  ki, 
şüurlarda  təbiət  hadisələrinin  Allahları,  Tanrılar,  yer  üzündəki 
canlıların ilahiləşdirilməsi mövcud olub. Teologiya elmindən və 
tarixdən  məlumdur  ki,  təkallahlılığın  mənbəyi  qədim  Misirə 
gedib  çıxır.  Təkallahlılıq  inancı  ortaya  çıxanda  artıq  dövlət 
quruluşu  olub.  Belə  ki,  tarixçilər  qeyd  edirlər  ki,  təkallahlılıq 
(burada tək Günəş Allahı olan “Aton”nun qəbulu) inancı Misirin 
qədim  dövrünə  aid  XVIII  sülaləsinin  IX  fironu  olan  IV 
Amenhotepin,  IV  Amenofisin  (e.ə.1375-1336)  adı  ilə  bağlıdır. 
O,  öz  adını  Exnaton  (“Günəşə  sərfəli”)  qoymuşdur.  Dini 
inanclara  görə  Yusif  peygəmbər  və  Musa  peygəmbər  Qədim 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə