Dövlətin intuitiv təfəkkürlə idarə olunması



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə30/54
tarix17.09.2017
ölçüsü2,8 Kb.
#460
1   ...   26   27   28   29   30   31   32   33   ...   54

91 
 
Din, vicdan saf olaraq qalmalı və hakimiyyətin baza ideoloji 
vasitəsinə  çevrilməməlidir.  Dini  hakimiyyət  dini  ucuzlaşdırır. 
Onun  ali  dəyərini  aşağı  endirir.  Dinin  həqiqiliiyini  şübhələrə 
çevirir.  Fanatizm  və  dini  savadsızlıq  cəmiyyəti,  dövləti 
uçurumlara sürükləyir. Buna görə də dünyəvi dövlət olmalıdır və 
insanlar dövlətlərinə və cəmiyyətlərinə, özlərinə vicdanla xidmət 
etməlidirlər. İnsanlar ədalət kriteriyasını bütün hallarda əllərində 
rəhbər tutmalıdırlar.  
Dini dəyərləri qorumaq üçün, bu nadir incini alidə saxlamaq 
məqsədilə,  ondan  aşağıda  qərarlaşan  hakimiyyətdən  uzaqda 
tutmaq  lazımdır.  Dini  dövlət  uçurum  deməkdir!  Ulu  Yaradanın 
insana göndərdiyi kəlamlar siyasətdə dəyərini itirə bilməz! Buna 
yol vermək olmaz! 
 
Dövlət  insanların  dini  etiqadları  (dini  inancları)  yolunda 
hansı funksiyanı yerinə yetirməlidir: 
 
 
-İlk  növbədə  qeyd  edək  ki,  dövlət  insanların  dini 
inanclarına  qarışmır.  Qadağan  olunmayan  dinləri  inanc  dəyəri 
kimi seçmək sərbəstdir.; 
-müasir  qloballaşma  və  müstəqilləşmə  cərəyanlarının 
genişlənməsi onu tələb edir ki, dinə inanc, dini etiqad tam azad, 
müstəqil  və  sərbəst  olmalıdır.  Hər  bir  şəxs  öz  dinini  sərbəst 
seçməlidir.  Cəmiyyətdə,  ailədə  dinə  inanc  üçün  sərbəst  mühit 
olmalıdır.  Dini  ibadətlər  sərbəst  şəkildə,  kənardan  müdaxilə 
olmadan, şəxsin inancına uyğun həyata keçməlidir. Dini ayinlər 
inanclara və dini qaydalara uyğun həyata keçməlidir. Dini sitayiş 
məbədlərinə  ziyarət  müstəqil  seçimlə  həyata  keçməlidir. 
Ümumiyyətlə,  dini  inanclar  mötədil  (orta,  mülayim)  olmalıdır. 
Heç  kəsin dini inancı ona cəmiyyətdə  və dövlətdə, ailədə  əlavə 
hüquqi  imtiyaz  verə  bilməz.  Dövlət  insanların  bu  kimi  inanc 
hüquqlarını tanıyır və qəbul edir; 
-dövlət  dini  ibadətlər  zamanı  təşkilatçı  funksiyanı, 
müşahidə-nəzarət  funksiyasını  yerinə  yetirməlidir.  Dövlət  dini 


92 
 
radikal qrupların fəaliyyətini qanunla qadağan etməlidir. Radikal 
dini  qrupların  pozucu  fəaliyyətinin  qabağı  dövlət  tərəfindən 
alınmalıdır  və  dini  qarşıdurmalara  yol  verilməməlidir.  Radikal 
dini  qrupların  özləri  tərəfindən  özlərinə  şamil  etdikləri  dini 
imtiyazlar  və  immunitetlər  və  bundan  istifadə  halları  dövlət 
tərəfindən  qadağan  olunmalıdır.  Dövlət  cəmiyyətdə  “inanc 
sabitləşdirici” rolunu oynamalıdır;  
-din  siyasi  hakimiyyətdən  kənarda  müstəqil  olmalıdır. 
Çünki,  bu,  dini  məzhəblərin,  dini  təriqətlərin,  dini  cərəyanların 
hakimiyyətə  gəlişinin  qarşısını  alar.  O  da  məlumdur  ki,  dini 
təriqətlər,  cərəyanlar,  məzhəblər  arasında  radikal  inanc 
uçurumları 
mövcuddur. 
Hakimiyyət 
uğrunda 
savaşlar 
cəmiyyətin  dağılmasına  səbəb  ola  bilər.  Dini  heysiyyat  (dini 
ləyaqət, dini vüqar, dini şərəf) insan əməllərinə və davranışlarına 
təsir göstərə bilir; 
-dövlət  insanların  dini  inanclarını  (ibadət  zamanı)  təmin 
etmək üçün ibadətgahların (məscidlərin, sinaqoqların, kilsələrin, 
başqa  dini  konfessiyaların  məbədgahlarının,  ocaq  və  pirlərin, 
digər  ziyarətgahların  ziyarət  olunması  zamanı)  təşkilində 
yardımçı  olur,  dəstək  göstərir.  Dövlət  imkanları  çərçivəsində 
şərait yaradır; 
-dövlət  dini  relikviyemlərin  (dini  inanc  nümunələrinin) 
qorunması üçün dəstək göstərir; 
-dövlət dini ayinlərin yerinə yetirilməsi, sitayişlərin edilməsi 
üçün  təşkilatı  funksiyanı  yerinə  yetirir.  Rahat  gediş-gəliş  üçün 
infrastruktur vasitələrini gücləndirir; 
-dölət  dini  bayramların,  dini  matəmlərin  keçirilməsi, 
həmçinin dini ayinlərin yerinə yetirilməsi zamanı icimai-asayişin 
qorunmasını təmin edir; 
-dövlət  dini  radikalizmin  bir  ideoloji  xətt  kimi  cəmiyyət 
üzərində  nüfuzunun  qarşısını  alır  və  dindən  alət  kimi  istifadəni 
qadağan edir; 
-dövlət  dini  təhsilin  verilməsi  və  maariflənmə  üçün  şərait 
yaradır və s.  


93 
 
Ulu  Tanrı  dəyəri,  qiyməti  insanlar  tərəfindən  tam  verilə 
bilməyən sonsuz Varlıqdır. Sonsuz dəyərdir, dəyərlərin Alisidir. 
İnsan  yalnız  Onun  dəyərlərindən  müəyyən  qədər  istifadə  edə 
bilir. Din də ALLAH kimi sonsuz dəyərlidir. İnsanlar dindən bir 
az yararlana bilirlər. 
İnsan  ALLAHA,  Dinə  tam  qiymət  verə  bilməz.  Lakin  ha-
kimiyyətə,  hakimiyyətdəkilərin  fəaliyyətinə  qiymət  vermək 
mümkündür.  Çünki  hakimiyyət  insana  məxsusdur.  İnsan  yara-
dandır.  Hakimiyyətlərdə  ədalətli  və  ədalətsiz,  vicdanlı  və  zəif 
vicdanlı  insanlar  toplaşar.  Hakimiyyətinin  dəyərini  vermək 
mümkündür. 
Heç  kəs,  bir  qrup  şəxs  o  Uca  Dəyəri  gətirib  hakimiyyət 
səviyyəsinə  endirə  bilməz.  Kiminsə  Ali  dəyərlə  hakimiyyət 
dəyərini  eyniləşdirmək  haqqı  yoxdur.  Ali,  sonsuz  dəyəri  şəxsi 
maraqlar üçün istifadə etmək günahdır. 
Unutmaq  olmaz!  -İnsan  insana  hakim  olur.  Dövlət  insana 
hakim olur. Onu idarə edir. Allah insana hakim olmur. Din insa-
na, insan da dinə hakim olmur! 
Hər  bir  subyektiv  inanc  başqa  şəxs  üçün  kriteriya  və  tələb 
ola bilməz!  
Gəlin, dinimizi siyasi alətə çevirməyək! 
 
Dövlət və adət-ənənə 
 
Adət-ənənə  tarixən  xalqın  formalaşdırdığı  mədəniyyətdir. 
Çünki vərdişlərdir, rituallardır, bu baxımdan da yaradıcılığın və 
quruculuğun  tərkib  hissələridir.  Adət-ənənə  xalqın  daxili 
aləminin ifadəsidir. Daxili mənanın  əks olunması  və əməllərdə, 
əlaqələrdə, münasibətlərdə obrazlanmasıdır. Hər bir xalqın tarixi 
identifikasiyası  (kimliyi,  tanıtımı)  onun  mədəniyyəti  ilə  də 
müəyyən olunur.  Xalq məskəndə,  yəni məkanda öz quruculuğu 
və  yaradıcılığı  ilə  tanınır.  Mədəniyyət  xalqın  statusunu,  imicini 
müəyyən edən kriteriyaları özündə ehtiva edir. Mədəniyyət xalqı 
sivil və dini aspektdə sübut edən əsas dəyərlər kompleksidir.  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə